“Ноев Ковчег и Гямигая-Гобустанский Алфавит” kitabının xülasəsi
“Xülasə”
Bu günlərdə Azərbaycanın görkəmli alimi Əjdər Fərzəlinin (1937-2011) “Ноев Ковчег и Гямигая-Гобустанский алфавит” əsəri yenidən işıq üzü görüb
Xatırladaq ki, məşhur dilçi Naxçıvan qayalarında, Bakı yaxınlığında Qobustanda, digər arxeoloji abidələrdə və Azərbaycan xalçalarında ilk dəfə olaraq qədim Azərbaycan Əlifbasını kəşf edib.
Həmçinin Nuh Gəmisinin Gəmiqaya və Qobustandakı təsvirləri də tarixdə ilk dəfə müəllif tərəfindən aşkarlanıb.
Kitab Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə nəşr edilib.
Qarşıdan gələn 2015-ci ildə kitabın azərbaycan dilində də nəşri planlaşdırılır.
Oxucuların diqqətinə kitabın azərbaycan dilində “Xülasə”-sini təqdim edirik.
XÜLASƏ
NUHUN GƏMİSİ VƏ GƏMİQAYA-QOBUSTAN ƏLİFBASI
Bu kitabın müəllifı son illərdə apardığı tədqiqatlar nəticəsində tam ay- dınlıgı ilə yəqin etmişdir ki, Azərbaycan dünyada ən qədim və ən mükəm- məl əlifbanın Vətəni, Azərbaycan-türk xalqı o əlifbanın yaradıcısıdır. Bu əlifba işarələri Azərbaycan ərazisində çox qədim zamanlarda qayalar, daş- lar üzərinə həkk edilmişdir.
Naxçıvanda Gəmiqaya, Bakı yaxınlığında Qobustan qayaları qədim işarələr və rəsmlərlə xüsusilə zəngindir.
Hələ «SSRİ» vaxtında 1920-90-cı illərdə Azərbaycanda geniş arxe- oloji tədqiqatlar aparılmışsa da, buradakı qədim yazılar diqqətdən yayın- mışdır. Qobustan abidələri haqqında ilk dəfə 1924-cü ildə xəbər verilmiş, 1938-ci ildə arxeoloq-alim İsaq Cəfərzadə onu aşkara çıxarmış, 1947-ci ildən isə tədqiqinə başlamışdır. Sonralar bu işi başqa alimlər davam et- dirmişlər. 1973-74-cü və sonrakı illərdə çap olunmuş Qobustan haqqında albom-kitablarda və digər nəşrlərdə, o cümlədən Azərbaycan Sovet Ensik- lopediyasında (I cild, 1976) qeyd olunmuşdur ki, Qobustan qaya təsvirləri guya «ibtidai insanların, ovçuların və çobanların əl işləridir».
Amma buradakı təsvirlərin özü sübut edir ki, onlar yüksək dərəcədə inkişaf etmiş mədəniyyətin danılmaz izləridir. Bunlar heç də çobanların mənasız cızma-qaraları deyil, istedadlı rəssamlar və bilicilər tərəfındən çəkilmiş nadir sənət inciləridir. Bu rəsmlər qayaların köksündə bədii, həndəsi-riyazi dəqiqliklə qazılmış, həkk edilmişdir. Bunlaın hamısı sözlü işarələrdir və Tanrıçılıq-yaradılış inamını yer-göy əlaqələrini, kosmik dü- şüncəni əks etdirir.
Gəmiqaya abidələrini isə Azərbaycan MEA-nın müxbir üzvü Vəli Əli- yev 1968-ci ildən tədqiq etməyə başlamışdır. V. Əliyev həmin mövzuda bir neçə kitab çap etdirmiş, əsasən tapılmış abidələrin qədim rəsm əsərləri olmasına üstünlük vermiş, bununla birlikdə yazmışdır ki, Gəmiqayada qədim yazı işarələrinə təsadüf olunur, bu yazıları açıqlamaq dilçi mütəxəs- sislərin üzərinə düşür.
Filologiya elmləri namizədi mərhum Əbülfəz Hüseyni Gəmiqaya rəsmlərində yazı işarələrinin olması qənaətinə gəlmiş, bəzi sözləri oxuma- ğa cəhd göstərmişdir. O, Nuh peyğəmbərin Azərbaycanda yaşamış tarixi şəxsiyyət olduğu barədə cəsarətli fikirlər irəli sürmüşdür. SSRİ vaxtında bu bəyanat Kommunist partiyasının yeritdiyi milli ayrıseçkilik siyasətinə qarşı açıq üsyan idi. Bu da Ə. Hüseyninin həyatı bahasına başa gəlmişdir: Görkəmli yazıçı və cəsarətli tədqiqatçı Əbülfəz Hüseyni vətənpərvərlik ruhunda üsyankar yazılarına və çıxışlarına görə sovet imperiyasının nökər- ləri tərəfindən gözümçıxdıya salınmış və o, ağır sıxıntı və məhrumiyyətlər içərisində həyatla vidalaşmışdır.
Bu Kitabın müəllifı 1970-ci illərdən başlayaraq Qobustan, Naxçıvan, Kəlbəcər, Gəncə, Mingəçevir, Şamaxı və Azərbaycanın digər regionların- da tədqiqatlar, müşahidələr aparmış və həmin ərazilərdə Azərbaycan xalqı- nın çox qədim yazı mədəniyyətindən, qədim Azərbaycan Əlifbasından ilk dəfə xəbər tutmuşdur. O, qədim əlifbanı qayalara, daşlara həkk edilmiş piktoqraflar – şəkil sözlər sırasından aşkara çıxarmışdır.
Bu müddətdə müəllif qədim yazılan, rəsmləri, piktoqrafları oxumağın elmi prinsiplərini müəyyən etmiş, işləyib hazırlamış, müasir əlifbalardan çoxunun, müasir yazı sisteminin əsasında dayanan ilk fonetik işarələrin dinamikasını üzə çıxarmışdır. Bu axtanşlarda ilk dəfə ən yeni elmi nəticələr aşkarlanmışdır:
O cümlədən:
Gəmiqaya-Qobustan əlifbası çox qədim zamanlarda – e.ə. VIII min illiyə qədər Azərbaycan ərazisində, Azərbaycan: praazərbaycan -praoğuz dilinin əsasında yaradılmışdır;
E.ə. uzaq min illiklərdə indiki Azərbaycan ərazisində yaşamış digər etnoslann da bu əlifbanın yaradılmasında xidmətləri olmuşdur.
Gəmiqaya-Qobustan çoxşəkilli əlifba olmuşdur. Müasir dünya əlif- baları: latın, kiril, ərəb, hind əlifba sistemləri, Çin-Yapon heroqlifləri və başqa sistemli yazılar sonralar Gəmiqaya-Qobustanın çoxşəkilliyindən bəhrələnərək, iqtibas edilərək yaradılmışdır.
Gəmiqaya-Qobustan Orxon-Yeniseylə eyni sistemli əlifbadır.
Orxon -Yenisey əlifbası uzaq min illiklərdə Azərbaycandan köçüb get- miş praoğuz soylu xalqın nümayəndələri tərəfındən yaradılmışdır.
Gəmiqaya-Qobustan və Orxon-Yenisey 32 hərfdən: 9 sait və 23 samit- dən ibarət olmuşdur; hər iki əlifba Göydən: Tanrıdan göndərilmiş – inam əsasında, sağdan sola – Tanrıdan insana – göydən yerə doğru. yazılmışdır; Sonralar Gəmiqaya-Qobustan Yerdən Göyə -Tanrıya doğru: soldan sağa yazılmağa başlamışdır;
Gəmiqaya-Qobustan Azərbaycan dilinin ərəb əlifbasından əvvəlki nor- maları, fonetik-leksik durumu haqqında yeni bilik vermək imkanındadır;
Gəmiqaya-Qobustan işarələri tək-tək hərflər, hərflərdən kombinə edil- miş piktoqraflar: şəkil-sözlər, epitafiya (qəbir daşı) yazılan kimi, qayalarda və yer altından çıxarılan arxeoloji eksponatlar üzərində, Azərbaycan xal- çalarında pərakəndə halda aşkar edilmiş və nizama düzülmüşdür; müəllif bu yazıları daha çox Gəmiqaya və Qobustanda müşahidə etdiyinə görə onu «Gəmiqaya-Qobustan Əlifbası» adlandırmışdır. O, bu əlifbanı ilk dəfə tapmış, oxumuş, sistemə salmış, bəzi fonetik-leksik xüsusiyyətlərini təyin etməyə çalışmış və onun 300-ə yaxın kəlmədən ibarət sözlüyünü tərtib etmişdir.
İşğallar, müharibələr, qarətlər nəticəsində bu əlifba ilə yazılmış mətn- lər məhv edilmiş və oğurlanmışdır.
Gəmiqaya-Qobustanın başqa əlifbalardan əsas fərqi-onun Yara- dılış əlifbası olmasındadır. Burada 32 hərfdən hər biri qədim azər- baycanlının(oğuzun) Yaradılış fəlsəfəsindən irəli gələn əlamətlərin əks etdiricisidir.
Gəmiqaya-Qobustan Əlifbası – Gəmiqaya-Qobustan mədəniyyəti- nin tərkib hissəsidir.
Gəmiqaya-Qobustan əlifbasının, ərəb işğalçıları tərəfindən qadağan edildiyi 1300 ildən sonra yenidən aşkara çıxarılması – əlifbanın meydana gəlməsində uydurma «Finikiya birinciliyi» -nə son qoymuşdur.
Əlifbalar xalqların taleyində müstəqilliyin əsas atributlarından biri kimi, çox böyük rol oynamışdır.
Müstəqil əlifba-müstəqil dil, müstəqil dövlət amilini şərtləndirmiş, ta- mamlamış, təsdiq etmişdir. Bəzən müstəqil dövləti olmayan xalqların var- lığını, yaşarılığını onların müstəqil əlifbaları təyin etmişdir.
Amma hər müstəqil əlifba heç də müstəqil yaradılmamışdır. Hər yeni əlifba Vahid əlifba Ağacının yeni budağı kimi meydana gəlmişdir. Yəni Vahid Əlifba Ağacının yarpaqlarından-hərflərindən müxtəlif əyrilər, çıxın- tılar, nöqtələr, başqa fərdi əlamətlərlə özünə yeni əlifbalar quraşdırmışdır.
Bu hətta eyni xalqın ayrı-ayrı dövlətlərinin «fərqli olmaq» tələbindən irəli gəlmişdir. Məsələn, VIII əsrdə Altay ətrafında Türk qırğız dövlətini süquta uğratmış türk uyğur dövləti «müstəqillik atributu» kimi, öz uyğur əlifbasını yaratmış, daha qədim və mükəmməl, yazıb-oxumaq üçün daha əlverişli və şöhrətli Orxon-Yenisey əlifbasının fəaliyyətinə xitam verilmiş- dir. Belə hallar başqa əlifbaların da taleyində müşahidə edilmişdir.
Gəmiqaya-Qobustan Sivilizasiyanın inkişafında, dünya əlifbalarının taleyində məhz Dünyanın vahid Əlifba Ağacı rolunu oynamışdır.
Gəmiqaya-Qobustan 1300 illik (bəlkə daha qədim) qadağalardan, təqiblərdən sonra, bu kitabın müəllifı tərəfindən dünyaya yenidən qayıt- mışdır. Onun bir çox sirləri hələ bundan sonra öyrəniləcək, öyrənildikcə elm daha da zənginləşəcəkdir.
Dünya yazı mədəniyyətinin tarixində Gəmiqaya-Qobustan yeni bir tarixdir.
Gəmiqaya-Qobustan Əlifbası ilə dünya ilk dəfə Yer üzündə ən qə- dim mədəniyyətdən xəbər tutmuşdur. Bu: Gəmiqaya-Qobustan mədə- niyyətidir. Bu mədəniyyətin aşkarlanması asan olmamışdır.
Arxeologiyada «ibtidai inamlar» məsələsi dərin kök salıb və uzaq keçmişin sirlərini dərk edə bilməyin qarşısında keçilməz səddə çevri- lib. Bu səddin o üzündə Tanrıçılıq dayanır. Müasir dinlərin bəhrələndi- yi, əsaslandığı və «unutduğu» Tanrıçılıq.
Tanrıçılıq – elmlə dini özündə birləşdirmiş ən qədim və ən mükəmməl dünyagörüşüdür.
Tanrıçılıq – dünyanın vahid dini sisteminin əsasında dayanır. Mövcud dinlərin hamısı: islam, xristianlıq, iudaizm və buddizm Tanrıçılıqdan bəh- rələnmiş və öz təlimlərində Tanrıçılığı bu və ya digər dərəcədə yaşadırlar.
Həyatın qoşa sütunu: od və su; dörd ünsür: Su, işıq, göy, hava; Hər il yazın 1-ci günü həyatın yenidən dirilməsi və eyni vaxtda doğumun, dölün, artımın yenidən başlanması, Xeyirin Şər üzərində yenidən qələbə çalması; Təbiətdə yuxuya getmək və oyanmaq, insanın Tanrı və ailə qarşısında öz borcunu dərk etməsi Gəmiqaya-Qobustan rəsmlərində əks olunmuşdur.
Bununla yanaşı, Gəmiqaya-Qobustan rəsmlərində insanın Utuya: Günəşə – Tanrının yaratdığı Tanrı, Tanrı qüdrətinin baş təmsilçisi kimi, pərəstiş etməsi, uşaqlı anaların Günəşin qızından (Sevit-iştar-Venera pla- neti) mərhəmət diləməsi, insanın göyə uçmaq arzusu (kosmonavt paltarı – skafandr geymiş adamlar), ilanın «qoruyucu» olmaq sirrini düşünmək, Ay Ana, ruhun quş timsalında göydən gəlib, yenə də göyə qayıtması, ilin yaz-yay yansının – işıq-isti, işığın – şir: şir bürcü, ilin payız-qış yarısı- nın su-soyuq, suyun Buğa-öküz və Buğa – Öküz bürcləri ilə, Ayın 28 gün olmağı ilə qadında ana halının da 28 günə bərabər olmağı, ay və il bütövlüyü, insanın «bütöv od» olması, «9 ay, 9 gün, 9 saatdan…» sonra məhz 10-cu ayda dünyaya gəlməsi, bütövlüyün 10-luq say sistemində aş- karlanması, Boz qurda bağlı inam və s. Gəmiqaya-Qobustan rəsmlərində əks olunmuşdur.
– Gəmiqava-Qobustanda əlifba – yazı məsələsi belə qoyulur: Tan- rı, ulu rəssam kimi, yaratdıqlarının əvvəl rəsmini çəkdi, sonra onla- ra ruh-can verdi; Tanrının rəsmləri kimi, işarələr insanın üzündə və bədənində, başqa canlılarda, ağaclarda, çiçəklərdə, otlarda göründü; insan-Tanrının qələmindən çıxmış 32 işarənin kombinə edilməsi kimi qəbul olundu; Tanrı öz səma Gəmisində Göydən Yerə 32 işarə-hərf göndərdi, Əlifba üçün 32 hərfi normal hədd qoydu. Tanrı Göydən Yer ə ilk müqəddəs Kitab göndərdi. Qobustanda «32 hərf və 2 insan: kişi və qadın: 23 samit və 9 sait…» yüklənmiş Səma Gəmisi yəqin ki, dünyanın ən 1-ci möcüzəsidir.
Ən azı 10 min il əvvəl (Azərbaycan EA tərəfindən müəyyən edilmiş e.ə. VIII minillikdə) yaşamış Gəmiqaya-Qobustan: praazərbaycan-prao- ğuz cəmiyyəti yüksək intizamlı cəmiyyət olmuşdur. Normadan-qanundan kənara çıxmaq-uşaqdan böyüyədək, hətta ana bətnindəki körpədən-emb- riondan ölkə başçısına-hökmdara qədər, hamıya yasaq edilmişdir. Abi- dələrdə bu həqiqət də öz əksini tapmışdır. Qobustanda «Ana və balta» heykəli bu intizamdan-qanundan-tərbiyədən söhbət açır. Bu heykəl «Dədə Qorqud Kitabı»ndakı «Ana haqqı-Tanrı haqqıdır» – Ana sözü -Tanrı sözüdür, hamı o haqqa, o sözə tabe olmalıdır – misalı ilə yaşadılır. Gəmiqaya-Qobustan bütövlükdə «Dədə Qorqud Kitabı»nın mifoloji qay- naqlarının baş mənbəyidir.
Gəmiqayada «Nuhun Gəmisi» rəsmlər qrupunu dünyanın 2-ci mö- cüzəsi hesab etmək olar.
Bəşəriyyəti Dünya daşqınından xilas etmiş Nuh Peyğəmbər və onun Gəmisi haqqında söhbətlər, əfsanələr min illərdən bəri dünyanı dolaş- maqdadır. Nuhun Gəmisi və dünyanı su basması haqqında ilk məlumatlar «Bilqamıs dastanı»nda, sonra Tövratda, İncildə və Quranda yazılmışdır. Bu xilaskar Peyğəmbər «Bilqamıs»da Utnapiştim, Tövratda və Bibliyada Noy, Quranda Nuh adı ilə təqdim olunur.
«Nuh» – «Gün» – Hun sözünün sonrakı şəkillərindəndir. (Necə ki, rus dilində də Nuh bəzən «Nux» şəklində yazılır).
Gəmiqayada Nuhun Gəmisinin üstündə Gəmiqaya-Qobustan əlifbası ilə «Gün» və «Ütu» sözləri yazılmışdır. Kitabda həmin sözlərin elmi açımı verilir: Gün-Qun-Hun-Nuq-Nuh-Nux.
«Utu» sözü də Gün Tanrı – Tanrının yaratdığı Tanrının adlarındandır. Hə- min ad – Utu, Nuh peyğəmbərin də adlarından birinə çevrilmişdir. Necə ki, Bilqamıs dastanında «Utnapiştim» dünyanı daşqından xilas etmiş peyğəm- bərin adı kimi verilir. Buradan aydın olur ki, həm Nuh peyğəmbərin, həm də onun ölkəsinin – “Azərbaycanın qədim adlarından biri” həm «Gün» , həm də «Utu»: Utlar – Odlar ölkəsi – bilavasitə Tanrının adlarından yaranmışdır.
Gəmiqaya və Qobustan Günəşin şəkli və kombinə edilmiş «Utu» sözü ilə zəngindir. Gəmiqayada Nuhun gəmisinin üstündə də Günəş rəsmi ilə kombinə edilmiş «Utu» sözü aydın oxunur.
Yuxanda qeyd etdiyimiz kimi,»Bilqamıs»da «Utu» həm də Utnapişti- min- Gün-Hun-Nuh Peyğəmbərin ölkəsinin adıdır.
Nəhayət, kitabda «Naxçıvan» etnotoponiminin də məzmunu açılır: Nuhçu mən – Nuhçu ban – Nahçıvan – Naxçıvan. Yəni: Nuhçu xalq: – Nuhun öz gəmisində xilas etdiyi xalq; Nuh yeri.
Nuhun Gəmisi haqqında min illərdən bəri dünyanı dolaşan söhbətlə- rin, yazıların yeganə tarixi – maddi əsası, əyani dəlili – sübutu yalnız Azər- baycan torpağında – Naxçıvan dağlarında neçə min il əvvəl yaradılmış və ilk dəfə bu kitabın müəllifı tərəfindən aşkar edilmiş Nuhun Gəmisi rəsmlər qrupudur.
Məhəmməd Peyğəmbərin «Buraq» ata minərək meraca-Tanrının hü- zuruna getməsi haqqında hədislərin də Gəmiqaya və Qobustanda, ilk dəfə bu kitabın müəllifı tərəfindən aşkar olunan rəsmləri Azərbaycanın və dün- yanın tarixi möcüzələrindən sayılmalıdır.
Gəmiqaya-Qobustan rəsmləri incəsənətin çox sirrini özündə qoruyub saxlamışdır. O sirrlər bu günə qədər açılmamışdır. Sirrin birincisi odur ki, Gəmiqaya-Qobustan rəssamı Tanrının göndərdiyi 32 işarədən çox sayda kişi, qadın və Yaradılış ideyasının başqa atributlarını (müxtəlif heyvan, quş, balıq və s. daxil olmaqla) yaratmış, onlan bilavasitə qayaların kök- sünə həkk etmişdir. Müasir incəsənət bu rəsmlərin, çox təbəqəli rəsm ya- ratmaq üsulunun mexanikasını öyrənə və mənimsəyə bilsə, rəssamlıqda, heykəltaraşlıqda tamam yeni bir fəsil açılmış olar.
Gəmiqaya-Qobustan rəsmləri e.ə. I min illikdə qədim yunan (sonralar yunan-Roma) mədəniyyətinin və incəsənətinin və elminin, ədəbiyyatının inkişafına çox güclü, müsbət təsir göstərmişdir. Yunan əsatirlərində bilava- sitə Azərbaycan ərazisindən söhbət getməsi (Prometeyin Qafqaz dağlann- da çarmıxa çəkilməsi, Qarqar igidlər və Amazon qızlar haqqında əfsanələr və s.) bunu sübut edir. Azərbaycana gəlib, burada atomizm nəzəriyyəsini
– Tanrıçılıqdan gələn, 4 ünsürə bağlı işıq və su, göylərə uçuş, hesab, 10- luq say sistemi, həftənin 7 günü, Günəş və Ay təqvimləri, rəqəm-işarələri, elmdə bu gün də «ərəb» və «roma» (Rum) rəqəmləri adlandırılan, nəhayət, 32 hərfli, çoxşəkilli qədim Azərbaycan (praazərbaycan-praoğuz: Gəmiqa- ya-Qobustan) Əlifbasını diqqətlə öyrənən və mənimsəyən yunanlar sonra- lar bütün bu mədəniyyəti öz adlarına çıxmışlar.
Yunanlar fonetik əlifbanı heç də bu günədək deyildiyi kimi, finikiyalılar- dan deyil, qədim Azərbaycan: Gəmiqaya-Qobustan əlifbasından götürmüşlər.
Finikiyalılar və ərəblər eyni-sami tayfalannm-xalqlannm nümayən- dələri olmuşlar. Əgər yunan-latınlar fonetik əlifbanı onlardan qəbul etmiş- lərsə, nə üçün bu samilər: fınikiyalılar, ərəblər və yəhudilər «öz əlifbala- rından» imtina edərək, onun əvvəlki işarələri əsasında yeni ərəb və yəhudi əlifbalarını yaratmışlar? Burada məntiq yoxdur. Deməli, finikiyalıların da öz əlifbaları olmayıb, onlar da qədim Azərbaycan: Gəmiqaya-Qobustan Əlifbasından bəhrələnmişlər.
Başqa bir vacib məsələ: qədim yunan-roma incəsənəti Gəmiqaya-Qo- bustan incəsənətinin əsasında meydana gəlmişdir. Gəmiqaya və Qobus- tanda yaradılmış və bu gün də heyrət oyadan kişi və qadın rəsmlərinin surətləri qədim yunan incəsənətində aydın müşahidə olunur. Bu isə dünya mədəniyyəti tarixində bu günədək öyrənilməmiş, açılmamış bütöv bir sə- hifədir. Bu səhifə öyrənildikcə dünya mədəniyyəti: elmi və incəsənəti daha da zənginləşəcək.
Gəmiqayaçı rəssam Nuhun Gəmisinin üstündə Nuh Peyğəmbərin özü- nün də rəsmini yaratmışdır. Şübhəsiz, o, xalqdan eşitdiklərinə və öz bili- yinə, təsəvvürünə əsaslanmışdır. Hər halda həmin rəssam həqiqətə daha yaxın olmuşdur. E.ə. uzaq minilliklərin Gəmiqayaçı – Qobustançı rəssasmı öz nadir sənət əsərləri – rəsmləri ilə bəşəriyyəti Dünya daşqınından xilas et- miş Nuh Peyğəmbərə və onun xilaskar Gəmisinə əbədi heykəl qoymuşdur.
Tanrıçılıq – Azərbaycanın və bütün türk dünyasının milli ideologiya- sının əsasıdır.
Nəsimi deyir: Ey kitabından üzün gül bir vərəq
Tarixçilərin təyin etdikləri e.ə VIII minillikdən üzü bəri işarəlik – hə- riflik (hürufilik) müxtəlif şəkillərdə yaşadılmışdır. O cümlədən qaya təs- virlərində və gil (saxsı) qabların üzərindəki naxışlar kimi. Gəmiqaya – Qo- bustan mədəniyyəti bunun aydın nümunəsidir. Bu nümunələr üzərində müşahidələrimiz sübut edir ki, əlifba məhz işarəliyin – ilkin hürufiliyin vəhdəti, Tanrıçılığın -yaradılış ideyasının əks etdiricisi kimi meydana çıx- mışdır.
Dahi Nəimi-Nəsimi hünıfıliyi XIV əsrdə Azərbaycan xalqının tarixi haqqını bərpa edən əsil inqilab idi. Tanrıçılıq «Dədə Qorqud» kəlamların- da müxtəlif üstüörtülü mifoloji anımlarda və Nəsiminin şerlərində yeni- dən yaşamaq hüququ qazanmışdır. «D ədə Qorqud Kitabı» Cavidan-Babək hərəkatı və Nəimi-Nəsimi hürufiçiliyi bir-birinin davamı olan üç böyük üsyan, üç inqilab idi. Bu üsyanların – inqilabların hər üçünün mahiyyəti milli oyanışa, milli ideologiyanı yaşatmağa xidmət edirdi. Cavidan-Babək hərəkatı açıq üsyan idi. Dədə Qorqud kitabı və Nəimi – Nəsimi hürufıçiliyi isə gizli, pərdəarxası mübarizə idi. Hər üçü faciə ilə sona yetmiş, özündən sonra tarixin ağır sınaqlarına məruz qalmışdır. Gəmiqaya-Qobustan isə milli ideologiyanı yaşatmaq yolunda ilk inqilabi mübarizə, ilk üsyan, ilk sıçrayış idi və birbaşa gələcəyə ünvanlanmışdır. Bu, ideoloji mübarizənin ən gizli forması idi. Onu yaradıb qoyub gedən müdrik atalar daha uzaq- görən olmuşdur.
Dədə Qorqud gizli mübarizə üçün çox incə yol seçmişdir: Anam Adı
– Qaba Ağac, Əzvay qurd əniyi erkəyində bir köküm var, Atam adı – Qa- ğan Aslan, Ağ Sunqur quşunun erkəyində bir köküm var, – İmperiyanın casusları bunlardan baş aça bilmədilər. Hesab etdilər ki, bunların hamısı nağıldır.
Nəsimi də gizli mübarizənin incə yolunu seçmişdir. O, fikrini şeirlə, nəğmə ilə çatdırırdı xalqa. İmperiya casusları bu nəğmələrə də bir müddət diqqət yetirməmişdilər. Amma bir gün onlar onun gizli mahiyyətini anla- dılar, Nəsiminin Babəkdən daha qorxulu düşmən olduğunu duydular və onu da Babəksayağı qətlə yetirdilər. N əsimi şerləri isə heç bir qadağana baxmadan xalqın dilində və qəlbində yaşadı və yaşayır.
Nəsimi insanı «Dörd ünsürün, 12 ulduz bürcünün və 32 hərfin nəti- cəsi» hesab edirdi (Bax Nəsimi divanı. B.1973. səh. 647-649). Dahi şair Tanrıçılıqdan gələn ideyanı ərəb hərfləri ilə ideallaşdırırdı. O, ərəb hərflə- rinin heç də qrafik gözəlliyindən, estetikasından söz açmırdı, hər bir hərfin arxasında dayanan məzmunu, mahiyyəti tərənnüm edirdi, hərfi kod,işarə kimi diqqətə çatdırırdı. «Nəsimi divanında» Əlif-lam və tərs əlifba» böl- məsində toplanmış şerlərin (5 şerin) ilk misralan ərəb əlifbasının 30, bəzən
29 işarəsinin adları ilə başlanır: Əlif, bey, tey, sey, cim, xey, dal, zal, rey, sin,qaf, kaf, lam, mim, nun, hey, yey və s.
Nəsimi dövründə qədim praazərbaycan – praoğuz əlifbası: Gəmiqa- ya-Qobustan əlifbası artıq 700 il idi ki, xalqa qadağan etdirilmişdi. Amma Tanrıçılıq-yaradılış ideyası xalqın yaddaşında nəsildən-nəsilə ötürülərək yaşadılmışdır. N əsimi ərəb hərf və rəqəm (əbcəd) adları ilə öz xalqının ən qədim inamlarını, Tanrıçılığın atributlarını sevərək təbliğ edirdi. Nəsimi ərəb əlifbasının 28 hərfdən, 33 işarədən ibarət olduğunu (Bax. Z.THacı- yeva. Əski əlifba. B.1989. s.60) əlbəttə ki, bilirdi, amma rübai və qəzəl- lərində «32 hərf (hüruf), 32 nişan, 32 gizli sirr, 32 haqq kəlamı» və s. işlədirdi.
«Ünsürün dörd oldu, həddin şeş cəhət»
Yəni: Sən 6 cəhətli Kainatda 4 ünsürdən yarandın.
Məğribu məşriqdən oldu seylimiz,
Yeddi ulduz, on iki bürc əslimiz».
Yəni: Biz qərbdən şərqədək dünyanı dövrəyə alan suyun içində var olmuşuq.
Əslimiz isə: Ay, Gün, Merkuri, Sevit (Venera), Mars, Yupiter, Saturn ulduzundan – Günəş sistemindən və 12 ulduz bürcündəndir. (Günəş il ər- zində o bürclərdən keçir).
«Mən otuz iki hürufəm ləmyəzəl».
Yəni: mən əzəli və əbədi olan 32 Tanrı işarəsinin (Hərfinin) cə- miyəm.
«Ey üzün həqdən 32 nişan».
Yəni: Ey gözəl, sənin üzün Tanrının çəkdiyi 32 müqəddəs işarənin cəmi olduğu üçün gözəlliyinin misli-bərabəri yoxdur.
«32-nin nişanıdır üzün».
Yəni: Üzün bütün 32 Tanrı işarəsinin cəmi olduğu üçün sən ən gözəlsən.
«Gər səni duşunda görsəydi pəri,
Oda salaydı otuz iki pəri».
Yəni: Əgər Günəşin qızı – pəri səni yuxuda görsəydi. Kainatı hərəkətə gətirən çarxın 32 pərini qısqanclıq odunda yandırardı.
«Gördü çün kim binişani dişlərin,
Otuz iki gizli kani dişlərin».
Yəni: Kim gördüsə o nişansız – eyibsiz və 32 sırrı saxlayan 32 gözəl dişlərini, heyranı oldu.
«Haqq-Təala adəm oğlu özüdür,
Otuz iki həq kəlamı sözüdür».
Yəni: Tanrı hər yerdə olmaqla insanın qəlbindədir və insanda hər işarə, hər cism Tanrının 32 gizli kəlamı, sözü, işarəsidir, onların cəmidir və eynidir.
Nəsimi bəyan edir ki, bütün sözlər Tanrının göndərdiyi 32 müqəddəs sözdən- kəlmədən, işarədən törəmişdir. Dahi şair – fılosof işarənin məhz sözün işarəsi – söziün – kəlamın şəkli olduğunu söyləyirdi. Dünyanın bö- yük alimləri: Humbolt və Sössür yazırlar ki, söz – dil işarələr sistemidir. Bu sistem qədim türkün yaradılış ideyasında bir qədər fərqli şəkildə əksini tapmışdır. Gəmiqaya – Qobustan, Mingəçevir və Baykal abidələri dilçi- likdə işarələr nəzəriyyəsinin əsasında dayanan qrafik formaları müxtəlif təsvirlərdə yaşadaraq bu günümüzə çatdırmışdır.
«Qaimü daim üzündür səmrədi,
Həm kitabdır cəmalın əbcədi»
Yəni: Sənin üzün ağ kağıza yazılmış əbədi işarənin gözəl bəhrəsi, həm də bütün hərflərin cəmindən yaranmış kitabdır. Burada söhbət ümumiyyət- lə kitabdan, – ən əzəli kitabdan gedir.
«Qaşü kirpik yeddi oldu saç ilə,
Həq kitabı uşbu babdan açıla.»
Yəni: Sənin qaşın, kipriklərin və saçların yaradılışın, 4 ünsürün rəm- zi tək yeddi oldu və haqqın-Tanrının kitabı bu fəsildən açılsın – oxunsun gərək. Burada müqəddəs kitabımız Quranla yanaşı, yenə də Tanrının daha uzaq zamanlarda göndərdiyi kitaba işarə olunur.
«Surətin müshəfdir, ey çubi xüram,
Kirpigin, qaşınla zülfundür kəlam».
Yəni: Sənin camalın-surətin Kitabdır, ey Tuba boylu, ey sərv boylu; kiprigin qaşın və zülfün-saçın bu Kitabı tamamlamışdır. Yenə də Nəsimi nə zamansa yaradılmış eşq kitabından söz açır.
«Əbcəd ilə mim əlif badır üzün»
Yəni: rəqəmlə sayılanda, sənin üzün bütöv əlifbadır, yəni yenə də 32 hərfli Kitabdır.
32 – bütün işarələrin və bütün sözlərin cəmi kimi verilir Nəsimidə. Dahi şair başqa sayların cəmində də 32 sayını aşkarlayır:
«Dörd gərək, dörd-dörd gərək, bir dörd gərək,
Yeddisi xətt istiva, üç dörd gərək».
Yəni: 4 ünsür 32 sayında da tamamlanır: 4 gərək – 4 ünsürün sayı gərəkdir: 4×4=16 gərək və daha bir 4 gərəkdir; Nəsimi burada misranın əvvəlindəki 4-lə sonundakı «bir dördü» də 4×4=16 kimi düşünməyi nəzər- də tutur. Yəni 16-nın 2 cəmi yenə də 32-dir.
Yeddisi xətt istiva üç dörd gərək.
Yəni: 7 düz xətt tarazlananda 14 gecəlik bütöv Ay olur, yəni üstündə daha «üç 4 gərəkdir», iki 4 tarazlanmış, bütöv Aya çevrilmiş və 14 sayını 2 dəfə təkrar edir: 14+14=28; yerdə daha bir 4 qalır ki, bu da 4 ünsürün öz sayıdır. Ayın hər 7 günü 4 ünsürün birinə bərabər olur. Belə də 7 dəfə 4=28; yerdə qalan 3-cü 4-28-ə əlavə olunur və nəticədə yenə də 32 alınır.
Bu, əsl riyaziyyat məsələsidir ki, birbaş Tanrıçılıqdan gəlir və bu ən mürəkkəb məsələnin yaradıcısı, kəşf edəni, müəllifı dahi Nəsimidir. Bu məsələ bu günə qədər kimsə tərəfındən həll edilməmişdir. Bu cür məsələləri heç bu gün də, Tannçılığın ideya əsaslannı bilmədən, heç kim həll edə bilməz.
«32 laməmat illa həyat»
Yəni: Həyatın İlahinin öz hikmətiylə verdiyi 32-dən başqa əlaməti yoxdur.
Materialistlər deyirlər: «Hər şeyin yaradıcısı varsa, yaradanın da ya- radıcısı olmalıdır. Onların özlərinin başqa bir fikri bunu rədd edir: «Kai- nat əzəldən mövcuddur, onu heç kim yaratmamışdır». Tanrıçılıqda bu fikir belə açıqlanır: «Tanrı əzəldən mövcuddur. Onu heç kim yaratmamışdır, hər şeyi – bütün qanunları o özü yaratmışdır.»
Ay ın 28 gün, «dölə çağırış»ın da 28 gün olması Tanrının öz sirri – öz qanunudur. Gəmiqaya-Qobustan insanı bu qanundan baş ç ıxarma- ğa çalışıb. Niyə məhz 28 gün? Həyat, doğum, artım məhz bu kodlara:
4, 7,28,32 kodlarına bağlıdır. N əsimi bu kodları məhz kod – şifrə kimi tərənnüm edir. Bu kodlar gəmiqaya – Qobustan – Mingəçevir və Baykalda da müxtəlif formalarda əks olunmuşdur.
Fiziklərin belə bir fikri var: 27-ci ölçüdən o yana getmək mümkün deyil. Kainatda isə ölçülər saysız qədər çoxdur. Deməli, elm 28-ci ölçü- nün qapısında dayanıb. 28-ci ölçü ilə 28 günün əlaqəsi varmı? Mübahisə etmirik.
«Yeddi yerdə otuzikidir üzün,
İyirmi səkkiz göstərər iki gözün.
Qamətin səksən səkkiz edər bəyan,
Yetmiş iki bildirər nitqi sözün» (1.593),
Bu rubaidə 1-ci misra: otuz iki işarənin – hərfin, sözün cəminin – 7 planetdə olması kimi bir mübaliğədir, yəni sən o dərəcədə gözəlsən ki, gözəlliyin 7 planetə hakimdir. 2-ci misra: Sənin iki gözün 28-i – həya- tın özülünü, əsasını göstərir. Yəni ki, sənin gözlərin həyatın özüdür, onlar mənə həyat verir.
Nəsimi gözəlin üzündə 2 on dörd gecəlik Ay görür.
«Gər dilərsən xaliqi etmək əyan,
Hərfi sözsüz necə eylərsən bəyan.
Hərfdən özgə xaliqə yoxdur nişan.»
Yəni: Tanrı dünyanı işarələrlə – hərflərlə qurub; hər işarənin – hərfin arxasında isə söz dayanır, Tanrı yaratdığına – insana bundan kənar əlamət aramaq əbəsdir və hərfdən özgə Xaliqə – Allaha nişan – əlamət tapmaq mümkün olmadığını bəyan edir.
«Ey boyun həqdən 32 nişan». Bundan əvvəlki rübaisində Nəsimi gözəlin üzünü həqdən 32 nişan adlandırmışdı; indi onun boyuna «32 ni- şan» qiymətini verir; bununla da əvvəlki fikri daha da genişləndirir.
Orxon – Yenisey abidələrində insanın boyu 32 nişandan – işarədən ibarət nəzərdə tutulur. Hər ikisində 32: tamamlanmış kitabdır. Y əni, həm Gəmiqaya- Qobustan və Orxon-Yenisey abidələrində, həm də Nəsimidə insan, ölçülərin cəmi ilə – Kitabdır. Kitab: sözün və işarənin cəmindən ibarət bitmiş, bitirilmiş, heç bir şərhə, düzəlişə ehtiyacı olmayan, toxu- nulmaz, müqəddəs bütövlükdür. O bütövlükdə Tanrı bir daha öz yaratdıq- larına əyan olur. (Bitik-bitak: Kitab. Burada səslərin yerdəyişməsi heyrət oyadır!)
Nəhayət, Nəsimi sevdiyi gözələ deyir ki, «Ey, kitabından üzün gül bir vərəq». Misrada söhbət ümumi halda kitabdan gedir. O kitab ki, insanın üzünü əks etdirir; Tanrı insanın üzünü O Kitaba, O Kitabı insanın üzünə oxşar yaratmışdır. O Kitab Qobustanda əlifba daşında (29-cu daşda) insan surətlərinin, o sıradan işıq ilahəsi – gözəl surətinin, Ana və uşaq, gənc və müdrik atalar və «müdrik heyvan» surətlərinin, nəhayət, Gəmiqaya-Qo- bustan əlifbasının bütün çoxşəkilli 32 hərfinin əhatəsində, daş lövhənin ortasında, diqqət mərkəzində görünür.
Nəsimi deyir ki, Sən Tanrının yaratdığı Kitabsan və sənin o gül üzün müqəddəs Kitabdan, Sən – Kitabdan bir gül vərəqdir.
Nəsiminin şerlərindən belə nəticə alınır ki, Tanrıçılıqda elmlə din bir yerdə düşünülmüşdür və sonralar dini elmdən ayırmağa göstərilən cəhd- lər fıkir ayrılıqlarına, bəzən anlaşılmazlığa gətirib çıxartmışdır. Elmlə di- nin eyni mənbədən: Tanrıdan – Allahdan gələn vahid ideya olduğunu müqəddəs kitablar: Zəbur, Tövrat, İncil və Quran tam sübuta yetirir.
Gəmiqaya-Qobustan mədəniyyəti: Əlifbası və incəsənəti Azərbaycan xalqının və bütün bəşəriyyətin misilsiz nailiyyətidir. Bəşəriyyətin yolu Tanrıçılıqdan, yəni qədimdə olduğu kimi, elmlə dinin birliyindən və bu birliyin müasir dünyada həyata keçirilməsindən ibarətdir.