2002-ci ilil avqust ayı Azərbaycanın yeni tarixşünaslığının başlanğıcı oldu.
“Müstəqilliyi möhkəmləndirmək üçün xalqımızın, millətimizin qədim tarixini, keçdiyi yolu elmi surətdə tədqiq edib, əsərlər, illüstrativ materiallar, kinolentlər yaratmaq, bunu həm öz xalqımıza, həm də bütün dünya xalqlarına göstərmək lazımdır.”
Heydər Əliyev.
***
“İnsan həmişə öz tarixi, öz keçmişi ilə, öz tarixi kökləri ilə, müasir nailiyyətləri ilə fəxr edir. Bunu bizim xalqımız bilsin…”
Heydər Əliyev.
“Azərbaycan elə bir ölkədir ki,”
onun çox qədim tarixi var. Bizim tarixçilər XX əsrdə çox işlər görüblər. Ancaq mən cəsarətlə deyə bilərəm ki, hələ ki, Azərbaycanın, xalqın, ümumiyyətlə, bu torpağın, ölkənin tarixi lazımı səviyyədə öyrənilməyib, tədqiq olunmayıbdır. Bu sahədə çox böyük işlər görülməlidir. Bununla onu demək istəyirəm ki, Azərbaycan nadir bir ölkədir, nadir bir ərazisidir, bəşər tarixin də Azərbaycan bir ərazi kimi, bir ölkə kimi və Azərbaycan xalqı bir xalq kimi böyük tarixi proseslərin iştirakçısı olubdur. Biz indi, müstəqil Azərbaycanda özümüz ölkəmizin, torpağımızın sahibi olduğumuz halda gərək bu qədim, çox zəngin tariximizi araşdırıb meydana çıxaraq və bu gün də, gələcəkdə də xalqımızın o dərin köklərini ümumi, bəlkə də bəzən çox gözəl ifadələrlə bəzənmiş sözlərlə yox, elmi sübutlarla, elmi əsaslarla, həm öz xalqımıza çatdıraq, həm də dünyaya göstərək ki, Azərbaycan xalqının kökü hardandır, tarixi nədir və Azərbaycan bir ölkə kimi bəşər tarixində hansı yeri tutur. Ancaq biz bunu indiyə qədər göstərə bilməmişik. Azərbaycan haqqında fikirlərimi sizə çatdıraraq demək istəyirəm ki, bu baxımdan Naxçıvan xüsusi yer tutur. Naxçıvanın qədim, zəngin tarixi Azərbaycan tarixinin çox parlaq səhifələrindəndir. Əgər Azərbaycanın tarixi haqqında, ümumiyyətlə, bir çox işlər görülübsə, Naxçıvanın tarixi haqqında, qədim tarixi haqqında və Naxçıvanin bir diyar kimi öyrənilməsi həm təbiətinə, həm adət – ənənələrinin, etnoqrafiyasının öyrənilməsi barədə çox az iş görülübdür”. “Bizim insanlarda çox passivlik olubdur. Amma mən istəyirəm ki, daha bu passivlik olmasın. İndi heç kim heç nədən qorxmasın. Belə şeylərdən ötrü heç kəsi cəzalandırmaq mümkün deyildir. Heç kəs müstəqil Azərbaycanın işinə qarışa bilməz. Mən də Azərbaycan Prezidenti kimi sizə və bütün əhalimizə, büün alimlərimizə, ziyalılarımıza bildirmək istəyirəm
ki, Azərbaycanın, onun xalqının tarixini, mədəniyyətini, keçmişini dürüst, əsaslı şəkildə sübut edən hər bir əsər bəyəniləcəkdir. Bu barədə heç kəsə nə millətşi damğası vurulacaq, nə də kimsə günahlandırılacaqdır. Bununla bir daha bildirmək istəyirəm ki, indi müstəqiı dövlət şəraitində bizim alimlərimizin böyük imkanları var. Amma alimlərimiz gərək keçmiş sovet sistemində çalışdıqları iş üslubundan uzaqlaşsınlar. Gərək o passivlikdən əl çəksinlər, bəziləri gərək yuxudan ayılsınlar. Çünki əgər bizim millətimizin keçmişini, tarixini, mədəniyyətini, onun mənliyini bizim alimlərimiz, ziyalılarımız tədqiq etməsələr, xalqımıza, dünyaya göstərməsələr, sübut etməsələr, bəs bunu kim edəcəkdir ?”
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
2002-ci il avqustun 12-də
Azərbaycan MEA Naxçıvan
bölməsinin yaradılmasına həsr
edilmiş müşavirədəki nitqindən.
Əjdər Fərzəliniin ( Fərzəliyev Əjdər Əliş oğlu )
“ Gəmiqaya-Qobustan əlifbası” kitabından
“Azərbaycan Milli Ensiklopediyası “ Nəşriyyat-Poliqrafiya Birliyi, Bakı, 2003, 292 səh.
Müəllif Azərbaycan ərazisində qayalara, daşlara həkk olunaraq qorunub saxlanmış qədim Azərbaycan (oguz) əlifbasını ilk dəfə aşkara çıxarmış və oxumağa nail olmuşdur. Bu əlifbanın aşkara çıxarılması və oxunması həm bizim, həm də bəşər tarixinin öyrənilməsi üşün yeni bir addım sayıla bilər. Kitabda bu əlifbanın fonetik xüsusiyyətləri, yaranma tarixi, qaynaqları, ideoloji əsası, dünya əlifbaları ilə müqayisəsi və s. geniş şərh olunur.
Redaktordan: Mövzunu davam etdirməyə çalışacağıq