Aça bilərsənmi ?

– Min illiklərdə, bəşər “o şeytandır, şeytan sözləri deyir” – dedilər. Onu deyənin içərisindədir seytan. Ondan soruşsan ki, “nədir şeytan, necədir şeytan, haradadır şeytan, nə rəngdə nə böyüklükdədir dediyin O şeytan?” cavabı nə olardı görəsən? Cavab tapmadıqda səni güclə məhv edər, sual yenə də qaranlıq qalar.
Onlar, onun qaranlıqda qalmağını istər- “Məqsədlidir, mə’nası var.
Mə’nanı məqsədində görər.”
Mə’na yox, məqsədi açılmasın deyə “Həqq” adı ilə məhv etdi! Kim imış şeytan?
O şeytan (diavl, mefestofel, çort) dediyini, kaş aça idi, bəşər, dediyi o şeytanla, bəşər arasında məsafənin qədərini aça biləy idi insan.
-Aça bilərsənmi haradadır şeytan, necədir dediyin o şeytan?
-Aça bilərsənmi haradadır, O Yaradan, necədir O Yaradan?
Aça bilərsənmi necədir yaranış, necədir dediyin ölüm?
-Aça bilərsənmi işığın nə böyüklükdə, məkrin nə böyüklükdədir
-Aça bilərsənmi, heyvanat nəyə görə heyvanat sən insansan? Əqlə görəmi!? Cahil! Heyvanat dəlidirmi?
-Aça bilərsənmi sən insan nəyə görə yaranmısan, ətrafındakı materiya, cism nəyə görə
-Aça bilərsənmi sən insanla, balaca gördüyün cücünün fərqini?
-Aça bilərsənmi yuxu ilə ölümün fərqini?
-Aça bilərsənmi su ilə, odun fərqini?
-Aça bilərsənmi İşıqla, qaranlıq fərqini?
-Aça bilərsənmi Allah -təala ilə mələklərin fərqini?
-Aça bilərsənmi İncillə, Qur’anın fərqini?
-Aça bilərsənmi yeddi qatın fərqini (Mühəmməd əleyi salam, Quranil kərim)
-Aça bilərsənmi Ata ilə oğulun fərqini?
-Aça bilərsənmi, gördüyün hər cism kimin və nəyə görədir
-Aça bilərsənmi O Böyük Yaradan kim, sən bəşər kim, qadın kim, uşaq övlad kimdir, dediyin can atdığın o var-dövlət nədir və kimindir, nəyə görədir?
-Aça bilərsənmi haram dediyinlə halal dediyinin fərqini?
-Aça bilərsənmi “çəkiyə düz ol” (Quranil kərim) “cəzası” var.
-Aça bilərsənmi həqqlə, nəhəqqin fərqini?
-Aça bilərsənmi qazandığınla, xərclədiyinin fərqini?
-Aça bilərsənmi Qaranlıqdan qaranlığı, işıqdan işığı?
Aça bilərsənmi?
Aça bilərsənmi
Aça bilərsənmi?
Nə qədər nə qədər nə qədərləri?
-Aça bilərsənmi kainatlarda zaman vaxt yox, müddətlər var?
-Aça bilərsənmi Böyük Yaradanın baxdığının qədərini (sayını).
-Aça bilərsənmi 6-nə, 7 nədir?
-Aça bilərsənmi görduyün o ulduzlar nəyə görə məkanlarında, yerlərində gördüyün kimi də dayanıb?
-Aça bilərsənmi kainatlarda sayları, sayların qədərini.
-Aça bilərsənmi dediyin müxtəlif bürclərdə ulduzlar düzümünü.
-Aça bilərsənmi kütləsi, diametri fərqli planetlərin günəş ətrafında nədən biri birinə güc etməməsi?
-Aça bilərsənmi merac nədir? (İsa Məsih, Mühəmməd əleyhisalam?)
-Aça bilərsənmi oruc nədir, dəstəmaz nə?(su ilə icra, torpaqla icra)
-Aça bilərsənmi əzan haradan səslənib və səslənir
-Aça bilərsənmi cənnətlə, cəhənnəmin özü və qədərini?
-Aça bilərsənmi bəşər cənnətdən hara, cəhənnəmdən hara gedər?
-Aça bilərsənmi cənnət harada, cəhənnəm haradadır? (istiqamət)
-Aça bilərsənmi O Böyük Yaradandanın məkanıni?
və məkanının rəng və qədərini?
-Aça bilərsənmi?
Aça bilərsənmi?
Aça bilərsənmi?
Açarsan, Açarsan Açarsan!
Özünə inamın olmasa idi, özünü də inkar edərdin. Sən əvvəlcə özünə inanır, sonra yaranışına inanırsan. İnanmırsan?
İnamına bax, inam sənin özündədir, varlığındadır. Sənlə yaranıb o inamın, Səndən əvvəl yaranıb o inamın.Səndən əvvəl sənin işığın sonra o işıq, payından sən paysan. Hər bəşər gəldiyi işığa, özü, öz ışığını aparar.
Hər yaranan bəşər qədərli-qədərsiz, Yaradanına qalxır, yenidən yaranmaq üçün.
Sən yaranmışdın ki, yarandın. Sən gəldin ki, səndən əvvəlki yaranışına yaranış aparasan, nə qədər aparsan o sizindir.
-Aça bilərsənmi “Alın yazısı” nədir? (Quranil kərim)
-Aça bilərsənmi, nədən qədərlərdən qədər, sənin özünündür, sənindir?
-Aça bilərsənmi, nədən məkanların hər birinin öz rəngi var?
-Aça bilərsənmi, vəhdət nə, ahəng nə, müddətlərdən müddət nədir?
-Aça bilərsənmi, cəm məkanların, elleps cəm məkanlarıdır?
-Aça bilərsənmi, dediyin hər cism, gördüyün hər cism, canlıdır yaxud cansız?
(Vətənimə uçan o təyyarələrə həsrətlə baxdım-baxdım).
Bəlkə də bir gün, bu dəftəri oxuyan olacaq. Oxuduqca dərk edəcək və deyəcək “bunları mən də bilirdim”. Səhv etməyəcək! Amma cavab tapa bilməyəcək, dediyi “mən də bilirimi”, haradan bildiyini, necə bildiyini aça bilməyəcək ki, bilməyəcək!
Cəm bəşərədir bilgilər, Cəm bəşər üçündür bilgilər, milliyyətlər, qitələr, ərazilər, “bizlər”, “sizlər” üçün yox, Cəm yaranışadır Bilgilər. Eqoistliksiz, zorakılıqsız, fatansız, inkivizasiyasız, tonqallar da yandırmaqla, dərilər soyulmaqla başları başsız etməklə “Yuxarılara” qalxmaq olmaz.
İnanın mənə olmaz!
Onlar “onları” məhv etmədi, özlərini məhv etdi!
Cəza gözlə, əqillə görünmədən gələr, uca səslərdən icra olunar. Həqq uzaqdan baxar-baxar, nə sevinər, nə təəssüf edər. Yığılmış bəşərdən qədərlərdən qədərləri, qədərləri görər.
Necə uludur, necə sakitdir, necə əzəmətlidir, necə iti baxışlıdır, necə tələbkardır o Həqq, şimal istiqamətdən baxar-baxar. Hər cəm, toplumunun, hər fərd, bəşər yanında olar. Sizlər onu görməz, o sizlərlə olar. O məkanlarda və məkanlardan kənar baxar-baxar.
Sakitliklə, dözumlə baxar. Vaxtlardan, məqamlardan, müddətlərdən müddət ayrılıb hər bir yaranışa, bəşər dağıtmağa çalışar, Həqq zaman -zaman bərpa edər.
Böyük Yaradan, Həqq, o olacaq anlardan, çox-çox əvvəl onun, o dağıdıcılığına xilaskarını ayırar, ona tam bilgilər verər, və həmin “anlarda” heç kimin gözləmədiyi bilmədiyi o fərd, o bəşər gələr, həqdən, həqqi deyər, Böyükdən, Böyüklüyu deyər, nə az-nə çox. Haqqın, Yaradanın Özünü deyər.
Vahid Rzayev .