Aid edərik.
Bu insanlar gözü ilə gördüklərini və görmədiklərini belə biri birinə aid edər. Hər məsəl ilə başlandığı mövzunun axırı işarəli misala çevrilər. Bu çox düşündürücüdür ki, insan özünü belə başqa insanlara aid edər. Yəni insanın ən zəif əqidə şüuru bundan ibarətdir ki, özünü bu bəşərə aid edər. İnsan günəşin işığını görər, lakin ona verilən o günəşin işığını ay ilə əvəz edər. Bu necə bir düşüncə tərzidir? Allah!
İnsanlar bir-birilərini, biri birilərinə aid edər. Min illərin yer kürəsinə göylərdən çox diqqət ilə baxıb müşahidə apardıqda görürsən ki, insanların hər biri tək ruhu ilə bu yer kürəsinə gəlsə belə başqa insanların ruhlarına özlərini aid edir. Bəli! İnsanlar bir-birilərini, biri birilərinə aid edər! Bu yer kürəsi min illərdir ki, kopyalanmış beyinlərdən ibarətdir! İnsanların yeni bilgiləri qəbul edə bilməməsi onun əqli şüuru ilə ölçülmürmüş, məgər onlar eyni aid düşüncənin tə’siri altındadırlar! Minillərdən qalma nə qədər saxta tarixi məsələlər var? Min illərin İlahiyyat kitablarındakı bir çox kəlamlar belə özü kimi olan həqiqəti ilə vidalaşmışdır. İnsanlar sevər aid etməyi! İnsanlar sevər aidiyyatı olmayan yerdən uzaqlara aidiyyatı olmayan yerlərə məskən salmaq istəyini! İnsanlar sevər yeni elm və bilgi deyimlərini, əvvəlki kopyalanmış beyinləri ilə alçaltmağı! Bu dəqiqə bütün dünya kitabxanalarını bir-bir varaqlasaq belə o onun əvvəlində qalacaqdır. Bə’zən baxça uşağı və ya hər hansı bir çoban elə söz deyər ki, o aşağılanar! O uşağa uşaq kimi, çobana çoban kimi baxılar! Bəs!!?? Peyğəmbər Məhəmmədi AS! çoban deyildi!!?? Məhz o peyğəmbərin elmə və ya başqa kimlərəsə ehtiyyacı qaldı ki, elmlənsin! Həzrəti Məhəmməd AS! Yeni gətirdiyi İlahiyyat elmi ilə böyük kütlələri öz arxasınca İşığa aparmağı bacardı! O axırda isə özündən sonRA bu bədbəxt bəşərə bu yer kürəsinə QuRAni-KARİMİ! Bəxş etdi! Lakin daha sonralar necə oldu? Bu insanlar başladılar artıq onlara çatdırılmaq istənilən İlahiyyat Elmlərinə toxunmağa! Əsil dili ilə desək başladı bu bəşər indi də Peyğəmbərləri biri birilərinə aid etməyə! Mən şəxsən açıq deyirəm! BÖYÜK YARADAN! Axırda bu bəşəriyyəti bu yer kürəsinə aid etməyəcəkdir!
Axırıncı Qayıdış