“Allah mənə dil verib ki…”
Fikrət Rzayev haqqında
Qüsursuz nizam hər şeyin sahibi olan qadir Allahın əsəridir. Allahın yaratdığı bu görkəmli sistemdə Fikrət Rzayev də var idi! Barəsində indi keçmiş zamanda danışdığımız Fikrət müəllim özünü şəxsiyyət səviyysinə öz gərgin zəhməti, fitri istedadı, bu istedaddan bəhrələnən şəxsi dözümü ilə yüksələn bir şəxsiyyət idi. O, niyə yaşadığını, nə istədiyini bilirdi, çünki o, öz duyğularına inanmağın fərqində idi.
Həyatı boyu Allahdan başqa heç bir gücə arxalanmadan kitablara, məlum elmlərə sığınmış Fikrət müəllim araşdırıcılığı, tədqiq etməyi bacarırdı, özünü rəvanlığa kökləyirdi, çox şeyi çoxlarından yaxşı dərk edirdi.
Fikrət müəllim biliksiz şəraitə isinişmirdi, uyuşmurdu. O, seyrçi mövqedə durmurdu, ətrafındakı insanları işləməyə, çalışmağa təhrik edirdi, tələbkar və səbrli idi.
Fikrət müəllimin çox çeşidli araşdırmalarının məhsulu olan əsərləri, kitabları gələcəkdə daha çox dəyərləndiriləcək.
Azərbaycan torpağının yetirdiyi Fikrət müəllimin ölümü, cismani yoxluğu ağırdır.
Allah rəhmət eləsin! Qəbri nurla dolsun!
Ruhu daim şad olsun!
Heyf ondan!..
Sona Məmmədrza qızı Məmmədova
Fikrət Rzayevlə bir şöbədə AZİNMAŞ
elmi-tədqiqat və layihə-konsturuktor
institutunda işləmişəm, bu duyğusal
insandan daim hörmət görmüşəm,
özüm də, elmi işçiyəm.
29.03.2013
Fikrət Rzayevin ,, Sözün sirri, Səsin sirri” kitabının çap olunması münasibətilə (Bu kitabda mənim də bir – ,,Allah mənə dil verib ki…” şeirim çap olunub. Bu, mənim ilk dəfə çap olunmuş şeirimdir.)
İLK ƏSƏRİN MÜBARƏK!
İlk övlad tək şirin bar dərdin bu gün,
Çap olundu ilk əsərin, mübarək!
Gördü sözün, səsin işıq üzünü,
Belə sevincindən daim pay edək.
Özününkü olan bu əsəri sən
Çap etdirib xalqın malı elədin,
Ətir əvəzinə bu gün cahana
Sözünün, səsinin sirrin çilədin
Mühəndis- dilçisən, araşdıransan,
İçindəki qüvvə elədi zühur.
Faş oldu dilinin üstünlükləri,
,, Zal dilin“-dən duydun daxili qürur.
Sərhədsiz nəticə əldə edərək,
Rahat nəfəs almaq qismətmiş sənə.
Təmənnasız yaradıcı insan tək
Başucalığı gətir doğma vətənə.
Yeni uğurların həsrətindəyik,
Dünyaya yayılsın şöhrətin, şanın.
Dünya xalqlarını düşündürsün qoy
Hər oğulu, qızı Azərbaycanın.
21 may 1998-ci il.
Sona Məmmədrza qızı Məmmədova
Fikrət Rzayevə ithaf edirəm.
İPƏ-SAPA İNCİ DÜZ…
Mənə yer ayırdın, Fikrət müəllim,
Çap etdirdiyin bu ilk kitabında.
Çox sağ ol, təşəkkür edirəm sənə,
Min alqış duyuram hər xitabında.
Birinci dəfədir bəhrələnirəm
Kimsəyə etdiyim yaxşılığımdan:
Sən sirli aləmin qəvvası kimi
Xalqa dadızdırdın qəlb işığından.
Minnətdaram sənə, Fikrət müəllim!
Sən Allah yaradan bir möcüzəsən.
Görüm ki, daima bu dünyamızın
İncisini ipə-sapa düzəsən.
Fikrət Rzayevin təklifi ilə yazılmış
bu şeir mənə çox əzizdir.
ALLAH MƏNƏ DİL VERİB Kİ…
İlahi, bu nə təklifdir
Bu gün almışam Fikrətdən?
Çalışım ki, hali olum
Dilimdəki çox hikmətdən.
Allah, artır biliyimi,
Güc ver, nur ver gözlərimə.
Sən mənə bir dil vermisən,
Qoy baş vurum sözlərimə.
Sən öyrətdin mənə bir-bir
Bütün şeylərin adını
(İsimləri). Ağlı olan
Unudarmı ustadını?
Nazil etdiyin ,, Qur`an” da
Tapdım bir-bir sözlərimi.
Haqqa nahaq don geydirsəm,
Sən tutarsan gözlərimi.
Dilim- bir parça ətmidir?
Ağzım- qüdrət bulağımı?
Sözüm Sənin nemətindir,
Doldur sözlə qulağımı.
Haqqa müvafiq sözləri
Sən damızdır ürəyimə.
Yaxşı işimlə yarışım,
Qiymət qoyansan səyimə.
Allah, mənə dil verdin ki,
Sənə həmd-səna eləyim,
Şükr edib, tərif söyləyim,
Duamla yaxşılıq diləyim.
İtaətində duraraq
Tək Sənə sitayiş edim,
Zaman, məkan şəraiti
Tələbilə düz yol gedim.
Allah mənə dil verdin ki,
Haqqı gizlədən olmayım,
Doğru yol Sənin yolundur,
Yalan danışıb solmayım.
Allah lütfün çox böyükdür,
Rəhmətindən mənə pay ver.
Mən ki, Yerin övladıyam,
Ürəyimə sığışsın Yer.
Sən istəsən, sığışacaq
Ürəyimə Yer, asiman.
Dili əyib-bükmək sözün
Tələffüzün edir asan.
Düz əməlli kimsəyəmsə,
Deyərəm sözün düzünü.
İşləklərimi bilənsən,
Çək haqq-hesabın yüzünü.
Gördüyümü söyləməsəm,
Ürəyim günaha batar.
Hər şeyə qadirsən, Allah,
Sənin dərsin mənə çatar.
Doğru yola yönəlt məni,
Allah, qoy sevginlə coşum.
Acizanə bir bəndənəm,
İzin ver, təzə söz qoşum.
Səndən başqa bir kimsəyə
Bəlli deyil qəlbin sirri.
Yerin nizamı pozular
Yalan olsa, sözün biri.
Qarğış, söyüş, nifrin dua
Yad olsa insan dilinə,
Özün əncam eyləyərsən,
Çatar xoş ahəng elimə.
Qoy nəslimin davamçısı
Olan nəvə-nəticələr
Bu nurdan pay alıb, artsın.
Bu, Sənə də xoş gələr.
Fasil olmasın nəslimin
Bu işıq-nur fəlsəfəsi.
Haqqa şahidlik eləyək,
Sənə çatsın haqqın səsi.
21 may 1998-ci il, 1iyun.
Sona Məmmədrza qızı Məmmədova
1997-ci il, iyunun 1-dən 2-sinə keçən gecə,
Saat 05 12də son