Ana vətən !
Ana vətən !
Olmasa da malım – mülküm,
Bir ümmandır sənə sevgim ,
Ana vətən ,sən varım,həm dövlətim
Heç bitməz ki , məhəbbətim,
Nə qədər ki, var nəfəsim
Sən sərvətim,sən dövlətim,
İçdiyim su, duz cörəyim,
Dövlətimdir hər nemətin,
Azadlığım zənginliyim,
Ana vətən, sənin azad qucağında yaşamaqdır
ən qiymətli var dövlətim.
Qüdrətindən ilham alır sənə vurğun olan könlüm
Yoxdur ki, dünyada başqa bənzərin,
Sən odlar yurdusan Azərbaycanım,
Parlaq günəşisən sən Qafqazların,
Ucalsın beləcə şanın ,şöhrətin
Adın bəzəyidir hər evladının,
Göz qırpmır keşiyində mərd oğulların.
Yoluna qurbandır hər can vətənim!
Ana yurdum, baslımasın heç bir zaman torpaqların
Yenilməsin ən yüksəkdə dalğalanan ,
O üç rəngli al bayrağın!
Sədaqət Musayeva