Ana vücudu, elmi mərkəzdir!

İnsan “Mükəmməldir”, dedikdə, onun çox böyük mə’naları var!

Nədir bu mə’nalar? 
  Mükəmməliklər arasında, yenə də, çox gizli “mükəmməliklər” də, var!
Bağışlasın məni, bütün yer üzü qadınları! 
  Yə’ni onların sirli, örtülü Aləminə qarışmaq fikrimiz yoxdur!
Amma bir çox, “örtülü”, həqiqətlər var!
Bağışlasın məni xanımlar, analar!
  Qadın vücudu hamiləlik dövründə, şirinləşib şirin olur!
Ana şirin ki, bala “şurin”, olur!

   O hamiləlik ərəfəsində, ana vücuduna kənar müdaxilələrlə qarışmazlar! Kənar “müdaxilə” dedikdə, ana vücuduna dərman preparatları ilə müdaxilə etməzlər.
  Çünki o ərəfədə, ana vücudunda olan körpəsi, ana vücuduna bağlıdır.
  Ana vücudu o körpəsinin (döl), formalaşmasına koməkçidir! 
  O ərəfədə bütün qadın, ana vücudları dəqiq laboratoriya, dəqiq elmi mərkəzə, böyük bir akademiyaya bənzəyir!
  Vücud öz körpəsinin, dəqiqliklə formalaşdırır.
  Bu ərəfədə qadınlar arasınsa deyərlər ki, “ay qız, bu gəlin yerikləyir”. 
  Yə’ni o “Yerikləyir” kəlməsi, qadınlar arasında gizli koddur. O ərəfədə “Yer – ilklədir” mə’nası daşıyır!
  Yə’ni ana, balasını ilkin yerə
bağlayır. 
  O ərəfədə gəlin ürəyi (yerikləmə ərəfəsi), əsasən hər hansı bir quda çeşidlərindən birini istəyir. (Gizli kod budur), o qidalar müxtəlif olur. 
  Onu o gəlinə verdikdə, o gələcəyə ana olacaq vücud sakitləşir. Amma çox az miqdarda olmaqla, həmiləliyin hansısa bir dövründə olur, bütün hamiləlik dövründə baş vermir!
  Ana vücudunda gedən bu proses, nədir və niyədir?
  Ana o ərəfədə balasını vücudu daxilində “qidalandırır”, o ərəfədə hansı vücudi komponent azlıq edirsə, körpə onu çağırır, onu anadan “istəyir”. (Mükəmməl insan), ana o qidadan çox az miqdarda qidalanır, sanki dərman dozasına bənzəyir!   Budur ana vücudu ilə, bala vücudunun “dərmanı!”.
  O ərəfədə ana vücuduna kənar dərman preparatları ilə müdaxilələr, böyük fəsadlar törədə bilər ki, dünyaya bəxş olunacaq övlad, müxtəlif qüsurlarla doğula bilər. 
  Bunlarla yanaşı, qadınlar bu halları daha yaxşı bildiyindən, hamiləlik dövründə, o ananı narahatçılıqlardan, həyəcan, vahimələrdən qorumağa çalışarlar!

Vahid Rzaev.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir