Atam özlüyündə iki dünyanı daşıyırdı
(18.09.2018 şəklin tarixi)
Atam özlüyündə iki dünyanı daşıyırdı. Uşaq idim bir gün məktəbdən evə gələndə keçirdiyim gün ilə bağlı ürəyimdə özümlə danışırdım sual əsaslı idi. Dilə gətirmədiyim halda atam mənə cavab vermişdi. Təsadüf olduğunu düşündüm. Sonralar bu hal bir neçə dəfə təkrarlananda anladım, atam iç səsimi belə eşidir. Heçvaxt onun yanında içimdən danışmırdım artıq. Uşaq idim evimizdə fəlsəfi söhbətlər daim olurdu bu söhbətlərdən biri idi. Zərrələr haqqında danışırdı, ondan zərrələri görüb görə bilməyəcəyimi soruşdum. “Əyər doğurdan görmək istəyirsənsə görə bilərsən” dedi. Həyət evində idik, bunu necə edəcəyimi soruşanda əlimdən tutdu, qapıya çıxıb pilləkənlərdə əl-ələ durduq, mənə səmaya baxmağımı söylədi, heçnə görmədiyimi dilə gətirdim “Görməyi doğurdan istə və bax” dedi bir neçə cəhdimdən sonra gördüm. Yay fəsli idi gördüyümsə qara bənzər işıqlı zərrələr idi havada uçuşurdular. Uşaqlıqdan qeyri adi hadisələrlə tamamlanırdım və bir müddət sonra artıq qəribə gəlmirdi. Beləcə böyüyürdüm. Mən uşaq idim ətrafımdaki yaşıdlarımın valideyinlərini görəndə atamın fərqli olduğunu anlamağa başlayırdım. O fərqli idi, sehir dolu əlləri var idi, hər zaman hər kəsə kömək dolu, işıq dolu, fikirləri təkrar olunmaz. O, mənim atam idi.Ona yönəltdiyim heç bir suala heçvaxt cavabı bilmirəm deyildi o daim hər sualıma cavab verirdi o hər daim hər şeyi bilirdi. Atam son günün son saatının olduğunu da bilirdi məndən tez tez saatı soruşurdu hər nə olsa sakit qarşılamalı olduğumuzu deyirdi. Sükütda yola salırdıq onu. Boğazın düyünlənərək göz yaşının içə doğru axmasının ağırlığını o gün daddım mən. Və bitmişdi hər şey. O dediyi kimi sükutda, sakitlikdə. Anam atamın dünyasını dəyişdiyini deyəndə atamın əlindən tutmuşdum. Gözləyirdim bir ümid, yenə bir sehir etməsini gözləyirdim. Üzünə baxırdım gözlərini yummuşdu, siması çox rahatlıqda idi sanki rahatlığın yuxusuna getmişdi. İnanmaq istəmirdim. Var gücümlə içimdən çağırdım onu “Ata, atam, nolar” zəif şəkildə əlimi sıxdı. Gözlərimi yumdum və qəbullandım. O, anda son sehrini etdiyini, artıq getməli olduğunu. Atam öz sehriylə yenə də öz gücüylə sağollaşdı mənlə. Bügün mənə çox çətindi, bügün həyata sehirsiz tərəfindən baxıram. Ama içimdə atama duyduğum qürur var. Kamillik elmdən, daim yenilik və öyrənmək istəyindən ibarətdisə mənim atam o kamilliyi hər sözüylə və yazdığı yeniliklərlə hər sətirdə asanlıqla sübut edirdi, çünki onun özü sübut idi. Əbədiliyə çıxış yolunun hardan olduğunu o hər yazısında bəxş etmişdi bizlərə. Atam Vahid idi tək idi o öz əbədiliyinə öz işığında ucaldı. Atam özlüyündə iki dünyanı daşıyırdı. Hər iki dünyasını öz deyimi ilə desəm:
“Əqli paklıqla, Ruhi paklıqla,Əbədi paklıqla” başlayıb tamamlayaraq.
Mənim qəhrəmanım, mənim atam, Mənim hər anımda tək sığınağım. Bir gün yenidən o sehrində görüşmək ümidi ilə atam. Məkanın cənnət olsun.
Rzayeva Fəxriyyə