Biz məktəbi və Muxtar müəllimi belə xatırlayırıq

Hər bir insanın şəxsiyyətinin formalaşmasında onun valideynlərindən heç də az olmayan müəllimlərinin rolu var. Oxuduğumuz Naxçıvan şəhər Ə.Ağayev adına internat məktəbdə bütün müəllimlərimiz xoş xatirələrlə xatırlanır. Amma elələri var ki, onların adları çəkiləndə, üzümüzü xoş bir təbəssüm bürüyür. Belə müəllimlərdən biri Muxtar Kəngərlidir.             Bizim oxuduğumuz  illərdə Muxtar müəllim məktəbin Baş tərbiyəçisi idi. O həm də rus dili fənnini tədris […]

Unudulmaz insan

Bir neçə gün əvvəl aramızda olan müdrik, ziyalı insan məşhur Kəngərlilər nəslinin nümayəndəsi Respublikamızda tanınmış təcrübəli maarifçi- pedaqoq, qocaman müəllim Muxtar Kəngərli dünyasını dəyişdi, əbədiyyətə qovuşdu.  Bu ayrılıq, bu gediş dünyanın müxtəlif yerlərində yaşayan adamları, xüsusən keçmiş məzunları çox sarsıtdı. Muxtar Kəngərli 50 ildən artıq Naxçıvan Muxtar Respublikasının məktəblərində müəllim işləmiş, şərəfli bir həyat yolu keçmişdir.  Ömrünün çox hissəsi bir […]

Muxtar Kəngərlinin Haqqa qovuşmasından 40 gün keçdi (02.09.2014)

Muxtar Kəngərli: Mən bütün məzunlarımızla fəxr edirəm.  Naxçıvan şəhər Əkbər Ağayev adına internat məktəbi 1961-ci ildə  rəhmətlik  Səkinə Əliyeva Naxçıvan MSSR-nın Maarif naziri olarkən (sonralar 1990-cı ilin yanvar hadisələri ilə bağlı Naxçıvan MSSR-nın  Ali Sovetinin  Rəyasət heyətinin sədri-Naxçıvanın SSRİ-nin tərkibindən çıxması haqda fərmana imza atan qəhrəman qadın) mərhum İsa Məmmədov tərəfindən  təşkil edilmişdir və 1998-ci ilədək fəaliyyət göstərmiş, 1998-ci ildən […]

Kəngərli soyundan qopan yarpaq

“Mən dünyada müəllimlikdən yüksək ad tanımıram” Heydər ƏLİYEV Azərbaycan xalqının Ümummilli lideri Kəngərli Muxtar İsgəndər oğlunun əziz xatirəsinə həsr olunur…. Bu yazını nikbin əhval-ruhiyyə ilə başlayıb, bu cür də tamamlamaq niyyətindəyik. Çünki, hamının keçəcəyi bu yoldan Muxtar müəllim də keçdi. O, övladları, nəvələri, yetirmələri və ən əsası dövlət və xalq tərəfindən həmişə xatırlanacaqdır.Kimdir Kəngərli Muxtar?!…Muxtar müəllim 30 il Naxçıvan internat-məktəb […]

Xoşbəxtlikdən danışacaqdım…

Kənd yerində bünövrə qoyub ev tikəndə ən birinci xeyir-şər məclisinə toplanacaq adamların rahat yerləşdirilməsi planlaşdırılır. Həyatın qacılmaz məqamlarını nəzərə alaraq qadınlar ücün geniş aynabənd, kişilər ücün üstüörtülü mağar yeri nəzərdə tutulur. Mağar yeri daha geniş olmalıdı – ən azı 250-300 nəfərlik. Ağlım hələ yaxşı kəsmədiyi vaxtlarda  bu məsələylə bağlı yekə-yekə öz fikirimi bildirdiyim yadımdadı:          –  Nə vaxtsa […]

Payız

Payız Yenə payız önümüzdə… Soyunacaq  yaşıl donun, örpəyini dəyişəcək təbiət də Saralacaq ağacların yarpaqları , xəzəl olub töküləcək bağ bağatda Qəmginləşib,  elə bil ki , oz donunun hicranına qapılacaq, şux görkəmi dəyişilən çılpaqlaşmış ağaclar da Xəzəl olmuş yarpaqları toz dumana bürüyərək, sovuracaq külək yenə sağa sola. Üz çevirib təbiətin bu halına, quşlar yenə köç edəcək, qatarlanıb topa topa sərçələrsə büzüşəcək […]

İsrafil Məmmədov “Ömür təqvimindən tökülən yarpaqlar”

 Ön söz Bu kitab 28 oktyabr 1995-ci ildə Bakıda metro qəzasında faciəli şəkildə həlak olmuş bir azərbaycanlının həyatının bəzi məqamlarını əks etdirir. Özündə düzgünlüyü, əzmkarlığı, dostluğu təcəssüm etdirən; həyatda yaşamağın mənasını zəhmətdə, elmi yaradıcılıqda, gənc nəslin təlim-tərbiyəsində görən; mənalı, keşməkeşli həyat yolu keçən vətəninin, ailəsinin adını və şərəfini daima uca tutan bir insanın – texnika elmləri doktoru, professor İsrafil Allahverdi […]

Mirvarid Dilbazi Unutma!

Unutma! Ay cavan oğlan, İgid, pəhlivan, Qolun qüvvətli, Gözün işıqlı, Boyun ucadır. Qarşında gedən, Demə-qocadır. Onu keçməyə Tələsmə, dayan, Ay cavan oğlan! Yolu getsə ləng, Etmə onu dəng: Ağır söz demə, Dur, itələmə. Büdrəsə tez tut. Əlindən qaldır, Gənclik — qocalıq Keçib bu yoldan Baban, nənən də, Bir gün o yoldan Keçərsən sən də. Bunu unutma, Bu qocaları sən ucuz […]

Uşaq ədaləti

Mən Cavidin bacısı Ümmi Səlimə xanımın qızları ilə yaxın rəfiqə idim. Həftədə bir-iki dəfə ya mən onlara, ya da onlar bizə gələrdilər. Söhbət zamanı bəzən Ümmi Səlimə xanım Cavidin uşaqlığından maraqlı əhvalatlar danışardı. Mən sonralar Cavid haqqında ondan eşitdiyim xatirələri götür-qoy edər və həmişə uşaq xarakterilə böyük xarakteri arasında az da olsa bir yaxınlıq, bir doğmalıq görərdim. Ümmi Səlimə xanım […]

Saz havası

Saz havası Dünyanın düz vaxtıydı. Hamının özünə görə pis-yaxşı işi-gücü vardı. Ədəb-ərkan,  ətrafdakılara, qohum-qonşuya hörmət hissi, davranış tərzı yazılmamış əxlaq qanunu gücündəydı. Hər işdə, hər olayda, hər münasıbətdə əndazə gözlənilirdi. İstər qadın, istər kişi olsun, hər kəsin heç kəsi sıxmayan olar-olmazlıq çərcivəsi  mövcud idi.  Bu sətirləri yaza-yaza fikirləşirəm ki, birmənalı yaxşı sayılan nə var idısə hamısını hec  özümüzdə bilmədən  itirə-itirə, […]

1 28 29 30 31 32 51