Poetik incilər
Sənət aləmində “Yaşıl sevgilər”, “Tənhalıq əlində”, “Məhəbbət müqəddəsdir”, “Daşlar çiçəkləyəndə”, “Bənövşə ömrü” kimi şeir, hekayə və povestlər kitabları ilə tanınan şair Vahid Aslanın hələlik sonuncu kitabı “Əkiz ruhlar” adlanır. Kitabda şairin “Əkiz ruhlar” poeması və torpaq ətirli, vətən ətirli, sevgi ətirli, ana ətirli şeirləri toplanmışdır. Bu şeirlərdə uşaqlıqdan gəzib-dolaşdığı dağlara, düzlərə, meşə və kəndlərə dərin bir sevgi, həzin bir həsrət […]