Tanrının seçilmiş qonağı

 Mənə qalsa, dünyanın bütün yaxşı adamlarını yaxından tanımaq istərdim. Təbii ki, bu mümkün deyil. Amma məni qane edən bir məqam da var – belə insanların dünyada var olmasını biləndə mənə bir könül xoşluğu, məmnunluq əta olunur elə bil. Və özlüyümdə fikirləşirəm ki, xoşbəxt olmaq üçün mənə çox şey lazım deyil. Belə bir könül xoşluğunu mənə işıqlı bir ziyalı, gözəl insan, […]

Tanrı qonağı

Azərbaycan Respublikasının Özbəkistan Respublikasında ilk Fövqəladə və səlahiyyətli səfiri və Mərkəzi Asiya Respublikalarında akkreditə olunmuş səfir Aydın Əlibəy oğlu Əzimbəyovun qisa tərcümeyi-halı 1932. Azərbaycan SSR-in Naxçıvan şəhərində Bilan (Bilən) məhəlləsində qulluqçu ailəsində anadan olmuşdur. Atası Əlibəy qulluqçu, anası Aminə xanım evdar qadın olmuşdur. 1937 əvvəli. Atası Əlibəy qaynatasından qalma evinin başqa evlərdən nisbətən böyük olması səbəbiylə həbs olunmuş və naməlum […]

Gəmiqaya təsvirlərinin öyrənilməsi

GƏMİQAYA AZƏRBAYCAN TARİXŞÜNASLIĞINDA Kiçik Qafqaz dağlarının Ordubad rayonu ərazisində yerləşən Gəmiqaya Azərbaycanın ən böyük abidələrindən biridir. Bu abidə tariximizin möcüzəsidir. Bura Azərbaycanda Qobustandan sonra açıq səma altında qayaüstü rəsmlər muzeyidir. Burada iki mindən çox qayaüstü rəsmlər qeydə alınmışdır. Gəmiqaya qayaüstü təsvirləri elm aləminə XX yüzilliyin 60-cı illərinin ortalarından məlumdur. 1965-ci ildə geoloqlar tərəfindən aşkar olunan Gəmiqaya təsvirləri tədqiqatçıları özünə cəlb […]

Azərbaycan seysmologiyasının banisi

Yapon, rus və Amerika zəlzələ nəzəriyyələrinə Azərbaycan alternativi: Görkəmli seysmoloq alim Şamo Süleyman oğlu Rəhimiov (1931-1965) haqqında Şamo Süleyman oğlu Rəhimiov 1931-ci ildə Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi qızıl medalla  başa vuran Şamo M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin fizika fakültəsinə  daxil olmuş, oranı bitirdikdən sonra SSRİ Elmlər Akademiyasının  Yerin fizikası İnstitutuna aspiranturaya göndərilmişdir.  Aspiranturanı bitirdikdən sonra müvəfəqqiyyətlə dissertasiya […]

Əkrəm Məmmədlinin nota yazdığı “Azərbaycan muğamları” kitabı haqqında

Əkrəm Məmmədlinin nota yazdığı “Azərbaycan muğamları” kitabı haqqında   Prezident təqaüdçüsü, görkəmli musiqi xadimi, tarzən Əkrəm Məmmədli yaradıcılıq əhatəsilə diqqəti cəlb edən, fitri istedada malik ifaçı və Azərbaycan musiqi mədəniyyətində öz yeri olan sənətkarlarımızdandır. Ona ilahi tərəfindən bəxş edilmiş tarda ifaçılıq qabiliyyəti, bununla bərabər öz üzərində daima çalışması, gələcəkdə hərtərəfli bir sənətkara çevrilməsinə səbəb olmuşdur. Bizim ustad tarzən kimi tanıdığımız […]

Gəmiqaya və tariximiz haqqında

Gəmiqaya, bildiyimiz kimi, həm təbiətin böyük bir abidəsidir, eyni zamanda insan yaradıcılığının abidəsidir. Bu abidə Azərbaycanındır. Azərbaycanın tarixini əks etdirən abidədir… Naxçıvan Azərbaycanın ayrılmaz  bir hissəsidir, gözəl bir diyardır və Azərbaycan ərazisi də ən qədim insan məskənlərindən biridir… Naxçıvanın gözəl təbii abidələri var. Gəmiqaya dünyada məşhur bir yerdir… O, bizim böyük sərvətimizdir. Gəmiqaya daşlarında Qobustan qayalarındakı kimi rəmzlər var. Orada […]

Cavid obrazı, milli təsviri və tətbiqi sənətimizdə

XX əsrin ilk illərindən şöhrət qazanmış görkəmli şair-dramaturq Hüseyn Cavidin bədii obrazı həmin əsrin müxtəlif dövrlərində bir çox fırça və tişə ustalarının müraciət etdiyi mövzulardan olmuşdur. Heç şübhəsiz ki, Hüseyn Cavidin əsərləri tamaşaya qoyulduqca və kitabları nəşr edildikcə müxtəlif rəssamlar tərəfindən verilmiş dekorasiya eskizləri, pyeslərdə, poema və şeirlərdəki əsas süjetlərin rəsmləri xeyli çox olmuşdur. Lakin Cavidin öz portreti Zivərbəy Əhmədbəyovun […]

Hüseyn Cavid həyatı

1882-ci ildə oktyabr ayının 24-də Naxçıvanda Molla Abdullanın ailəsində anadan olmuşdur.  Bu ailə ruhani ailəsi kimi tanınırdı.  O, ilk təhsilini mollaxanada almış, sonra isə təhsilini öz dövrünün görkəmli maarifpərvər ziyalısı olan Məhəmməd Tağı Sidqinin yeni tipli məktəbində “Məktəbi tərbiyə” də davam etdirmişdir. İlk şeirlərini “Gülçin”,  “Calik” təxəllüsləri ilə yazmışdır. 1898-1903- cü illərdə Təbrizdəki “Talibiyyə” mədrəsəsində oxumuşdur. 1903-cü ildən tanınmış ictimai-siyasi […]

Rüfət Lətif oğlu Hüseynzadə

Pedaqoji elmlər doktoru, professor, Əməkdar Müəllim Rüfət Lətif oğlu Hüseynzadə 1951-ci ildə Naxçıvan şəhərində müəllim ailəsində doğulmuşdur. Keçən əsrin ziyalı nəslinə mənsub olan atası Lətif Hüseynzadə (2008-ci ildə  106 yaşında dünyasını dəyişmişdir)  Naxçıvanda əvvəlcə məktəb və  mədrəsə təhsili görmüş, sonra yeni tipli, “Rüşdiyyə” məktəbində dövrünün böyük şəxsiyyətlərindən – Hüseyn Caviddən, onun qardaşı Şeyx Məhəmməd Rasizadədən, daha  sonralar Bakıda ali təhsilini […]

Elmimizin əlaqələndiricisi və təşkilatçısı: Akademik İsmayıl Muxtar oğlu Hacıyev

İsmayıl Hacıyev 1951-ci il yanvarın 21 -də Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Xanəgah kəndində müəllim ailəsində anadan olmuşdur. 1968-ci ildə Göydərə kənd orta məktəbini bitirmişdir. 1968-1970-ci illərdə Sumqayıt şəhərində fəhlə işləmişdir. 1970-1974-cü illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutun (indiki ADPU) tələbəsi olmuşdur. 1974-cü ildə həmin institutun tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1974- 1977-ci illərdə Culfa rayonunun Xoşkeşin kənd məktəbində müəllim […]

1 38 39 40 41 42 51