Məktəbə 12 yaşında getdi, qardaşını ermənilər öldürdü, Stalinin təqibinə görə damarlarını kəsdi – Azərbaycanlı filosofun dəhşətli həyatı

Bu gün tarix və fəlsəfə elminin inkişafında böyük işlər görmüş, Azərbaycan tərcümə məktəbinin əsasını qoyanlardan biri hesab olunan, AMEA-nın Fəlsəfə İnstitutunun, Bakı Dövlət Universitetinin Fəlsəfə kafedrasının yaradıcısı akademik, filosof Heydər Hüseynovun doğum günüdür. Kulis.az bu münasibətlə alim haqqında maraqlı faktları təqdim edir. *** Heydər Hüseynov 1908-ci il aprelin 3-də İrəvanda tacir Hacı Nəcəf Kərbəlayi Hüseyn oğlunun və Məşədi Gülsümün ailəsində anadan olmuşdur. […]

Jurnalistdən TƏBİB-ə müraciət – Koronavirusla mübarizəyə cəlb olunmasını istəyir

Jurnalist Sənan Həsənoğlu bu gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nə (TƏBİB) müraciət edib. Bu barədə Yenicag.az-a məlumat verən Sənan Həsənoğlu TƏBİB-ə müraciət ünvanlamaqda əsas məqsədinin koronavirusla mübarizəyə cəlb edilmək olduğunu bildirib. Jurnalistin sözlərinə görə, onun tibbi təhsili var və koronavirusla mübarizəyə töhfə vermək istəyir: “TƏBİB-də məni çox yaxşı qarşıladılar və təklifimi müsbət dəyərləndirdilər. Bildirdim ki, […]

Cavidi xatırlarkən

   Kitaba XX əsr Azərbaycan ədəbiyyatı və incəsənətinin görkəmli simalarının, tənqidçi və ədəbiyyatşünaslarının, maarif, mədəniyyət və teatr xadimlərinin məqalə və xatirələri salınmışdır. Giriş məqaləsi, bir neçə xatirə və tərtibçinin Cavid haqqında yazdığı və uzun illər şəxsi arxivində saxladığı yazısı ilk dəfədir ki, bu kitabda işıq üzü görür. Kitabı Yüklə  

Mərd olun, mərd ölün.

   Sovet tarixi yalnız sosializmin və xalqın Hitler Almaniyası üzərində qələbəsi tarixi deyildi, həm də milyonlarla günahsız insanların məhvi, faciəsi, repressiyası və öz vətənlərindən didərgin düşməsi tarixi idi. Stalin epoxası və siyasətinin qurbanları barəsində qəmli bir dastanı xatırladan bu kitabda Cavidlərin və başqa namuslu və vicdanlı sovet adamlarının ağrılı-acılı həyatı işıqlandırılır, dünən və bu gün baş verən hadisələr arasında əxlaqi, […]

Əsrin Şairi – (doqquzuncu kitab)

Kitab müasir Azərbaycan ədəbiyyatşünaslığında az araşdırılan bir mövzuya həsr edilmişdir. Müəllif kitabda Cavid lirikasının mövzu və ideya istiqamətini, əsas problematikası müəyyənləşdirir. Şairin şeirlərini mövzusuna görə qruplaşdırır, məlum 68 şeirini təhlil edir. Diqqəti Cavid lirikasının fəlsəfi mahiyyətinə, təkrarolunmazlığına, orijinallığına, elmliklə bədiliyin sintezinə yönəldir. Oxucuda Cavid lirikası haqqında dolğun təsəvvür yaratmağa çalışır. Kitabı Yüklə  

Əsrin Şairi-(səkkizinci kitab)

Müəllif “Əsrin şairi” silsiləsindən səkkizinci kitabın Hüseyn Cavidin nisbətən az araşdırılmış “Maral”, “Şeyda”, “Afət” və “İblisin intiqamı” mənsur dramalarına həsr edilmişdir. Əsərlərin məzmunu, ideya istiqaməti və bədii xüsusiyyətlərilə bağlı geniş araşdırmalar aparılmışdır. “İblisin intiqamı” pyesinin tarixi və müasir aspektdə tədqiqinə xüsusi diqqət və əhəmiyyət vermişdir. Əsərdən çıxış edərək, faşizm və kommunizmin dünya və bəşəriyyət üçün eyni dərəcədə təhlükəli olması haqda […]

Əsrin Şairi-(yeddinci kitab)

Müəllif oxuculara təqdim etdiyi “Əsrin şairi” sil­silə­sin­dən yeddinci kitabını böyük Əmir Teymura və dahi Azər­bay­can şairi və dramaturqu Hüseyn Cavidin mənsur dra­ma­larının ən gözəl və klassik nümunəsi olan “Topal Tey­mur”a həsr etmişdir. O, “Peyğəmbər” və “Xəyyam” mən­zum dramalarının təhlil və tədqiqində istifadə etdiyi üsul və formalardan bu kitabda da istifadə etmişdir. Bununla ənə­nəvi tədqiq və təhlil üsullarından uzaqlaşmış, özü­nə­məx­sus orijinal […]

Əjdər Fərzəlinin “Dədə Qorqud Yurdu” kitabı

SÖZLƏRİN DƏ AÇARI VAR    Dünyanın bir çox ölkələrini gəzib dolanmış böyük rus alimi və etnoqrafı Mikloxo Maklay bir daha sübut etmişdir ki, irqindən və dilindən asılı olmayaraq insan hər yerdə insandır, bütün xaqlar bərabərdir. Xalqların vahid Ümumbəşər, Ümuminsan kökünə bağlılığından çox yazıb, çox deyiblər. Lakin bu elə müqəddəs mövzudur ki, ona hər vaxt müraciət ediləcək. Biz də həmin mövzuya […]

Əjdər Fərzəlinin “Dədə Qorqud yolu” kitabı

  İstedadlı tədqiqatçı Əjdər Fərzəlinin “Dədə Qorqud yolu” kitabı dilçilik, ədəbiyyatşünaslıq, folklorşünaslıq, tarix, fəlsəfə, arxeologiya, etnoqrafiya, etimologiya, jurnalistika və sair elmlərin qovşağında qələmə alınmışdır. Müəllif öz qarşısına yurdumuzun tarixi xəritəsini yeni anlamda açıqlamağı məqsəd qoymuşdur. Güclü bədii-poetik təfəkkür, elmi işə sonsuz marağı, jurnalistlik peşəsi onu bu işə, açıq zəhmətə sövq etmiş, respublikamızı, xüsusən Gəncəbasar, Qarabağ bölüklərini dönə-dönə, qarış-qarış gəzmiş, toponimlərimizi […]

Əjdər Fərzəlinin “Dədə Qorqud sözü” kitabı

DİLÇİLİKDƏ  YENİ  ELMİ  METOD İstedadlı tədqiqatçı Əjdər Fərzəli Qorqud son illərdə çap olunmuş monoqrafiyaları və elmi-kütləvi məqalələri ilə diqqəti cəlb edir. O, tarixi mənbələrə, xüsusən də dilçiliyin tarixinə və mifologiyaya özünə xas yaradıcılıqla yanaşır. Onun saysız araşdırmalar və tarixi-müqayisəli təhlillər əsasında aşkar etdiyi, gəldiyi nəticələr elm üçün, xaqımızın qədim və zəngin mədəniyyətinin əl çatmayan qatlarının aşkarlanması üçün çox gərəklidir. Tanış […]

1 17 18 19 20 21 26