Axtarıb, axtaracaq
Rəssam – cizgi axtarır. Heykəltaraş – daş axtarır. Bəstəkar – səsdə ton axtarır. Suçu – su ilə, sahə axtarır. Alpinist – dağda yol, cığır axtarır. Aşpaz – qazanla, kəfkir axtarır. Dəmirçi – zindanla, körük axtarır. Aktyor – söz deməyə, səhnə axtarır. Sürücü – maşın axtarır. Gopçu – hadisə axtarır. Yazıçı – personaj axtarır. Müəllim – siniflə, auditoriya axtarır. Xəbərçi – xəbər axtarır. Toyxana – sazandar axtarır. Qəbristanlıq – məzar yeri axtarır. Həkim – xəstə axtarır. Əczəxana (aptek) – resept axtarır. Dükan, yeməkxana, çayxana – müştəri axtarır. Çoban – otlaq axtarır. Alim – elm axtarır. Bal arısı – çiçək axtarır. Qarışqa – dən, azuqə axtarır. İt – hürüməyə yad axtarır. İşçi – vaxt axtarır. Bekar – yerlə, söhbətə adam axtarır.
Cəhrə xala – qarışdırmağa, Feyruz bala axtarır. Pinəçi – yamamağa başmaq axtarır. Dəllək – baş axtarır. Cibgir – cib axtarir. Tibb bacısı – iynə vurmağa, qol axtarır. Nə isə… axtara-axtara tapırıq, tapa-tapa axtarırıq, gözləyə-gözləyə nigaran oluruq.
Vahid Rzayev