Azərbaycan dilinin leksik bazasının ilkin halının təyini, bərpası və başqa dillərlə müqayisəli analizi

ÖZƏT

Bu yazıda çağdaş Azərbaycan dilinin kök sisteminə aid olan, bəlli dərəcədə onun leksik bazasını təşkil edən sözlərin genezisindən və semantik analizindən bəhs edilir. Araşdırmada, ümumiyyətlə, min illər, əsrlər boyunca deformasiya və dəyişilməyə uğramış sözlərin başlangıç forma və hallarının bərpası amaclanmışdır. Müəllif bu işi lingvistik restorasiya (restitusiya), yaxud da dil bərpaçılığı adlandırmağı məqbul sanmışdır. Uzun illər boyu aparılan incələmə və araşdırmalar bu özəl sahədə bir sıra qənaət və sonuclara gəlməyə imkan yaratmıştır. Sözlərin ilkin halının bərpası, restitusiyası üzrə çalışmalarda müasir genetika elminin kök hüceyrə ile bağlı araşdırmalarından analogiya metodu ile yararlanılmışdır. Müəllif dilin də bir canlı organizm olduğuna inanır və insanda və bütün canlı organizmlərdə olduğu kimi dildə də kök hüceyrə funksiyalarını yerinə yetirən söz ve üzvlərin olduğu və dilin organik sisteminə daxil olan söz ve dil vahidlərinin onlardan törəmiş olduğu fikrini rəhbər tutur. Bu fikrin bir məntıqi sonucu olaraq ilk sırada kök sözlər və anlayışlar, dilin ilk ünsürləriı (məhək daşları) təyin edilir və sonrakı bütün analizlər də bu ilk elementlərə istinadən, onların əsasında aparılır. Özəti təqdim olunan araşdırmalar eyni zamanda çox geniş komparativistik (qarşılaşdırmalı) incələmələrə də əsaslanır. Qarşılaşdırma obyektləri arasında bəlli sayda əski yunanca ve latinca leksemlər də yer almaqdadır.. Yazara görə, bu tip sözlərin və onların variasiyalarının ortaya çıxarılması təkcə elə linqvistik deyil, həm də tarixi bilgilər verir və bu bilgilər ümumən obyektiv və inkar edilməz bilgilər olaraq dəyərləndirilə bilərlər. Bu sahədəki araşdırmaları önəmli edə biləcək başlıca amil, leytmotiv bəlkə də elə məhz budur, həm də tək elə bu deyil, əlbəttə. Bu cür araşdırmalar dilin və varlığın deşifrə edilməsi, dekodifikasiyası da sayıla bilər. Araşdırmaların özəlliklə ulu dil (müəllifin təbirincə, ‘zoğ dil’) probleminə də bəlli dərəcədə aydınlıq gətirə bilmə potensialı olduğuna inanılmaqdadır.

Açar sözlər: Semantik analiz, müqayisəli yanaşma, linqvistik rekonstruksiya (restitusiya).

Ardını pdf – dən oxuya bilərsiniz. Pdf yüklə

 

 GİRİŞ

Mən – Nəcəfov Yusif Rəhim oğlu, ixtisasca dilçi və yaxud filoloq deyiləm. Rusiyada sovet dönəmində bitirdiyim universitetin mənə vermiş olduğu diplomda peşəm – hüquqçu olaraq göstərilmişdir. Anca bununla belə özümü tanımağa başladıqdan bəri məni fəlsəfə, elm və dil, ədəbiyyat sahələri daim öz cazibə dairəsində saxlamış və onlarla dərindən maraqlanmağa sövq etmişlər. Bir humanitar sfera kimi incəsənəti də bu sıraya daxil etmək olar. Oxuduğum minlərlə, bəlkə də on minlərlə cürbəcür səpkili kitab və əsərlər də bu maraq və bağlılığı daha da artırıb şiddətləndirmişdir. Mən onu seçməzdən daha öncə o məni seçmiş olan tərcüməçilik peşəsi də (daha çox rus dilinə və rus dilindən, aradabir fransızcadan) məni artıq dərəcədə fəlsəfə və dil sevdalsısı etmişdir. xüsusən də fəlsəfi əsərlərin – F. Nitsşenin, A. Jolienin, K. Yaspersin, İ. Kantın, J. P. Sartrın, habelə böyük şotland etnoqraf və dinşünası J. Frazerin “Qızıl budaq” kapital əsərinin azərbayacancaya tərcüməsi məni daimi axtarışlara, semantik araşdırmalara yönəldib odaqlamışdır. Bu yaxınlarda Nitsşenin səlcuq türkcəsinə çevirdiyim “Gəzgin ve gölgəsi” əsərini “Gece kitaplığı” yayınevi çap etmişdir. Son 20-25 ildə məni ən çox cəlb edən sahə – dilin analizi, başqa sözlə, fəlsəfi və linqvistik semantika və bununla bilavasitə bağlı olan semiotika araşdırmaları olmuşdur. Axı fəlsəfi ideya və terminlərin ilkin anlamlarını öyrənib bilmədən adekvat, autentik tərcümə mümkün deyildir. Bu analiz istər-istəməz dilin, dillərin iç quruluşunun, orqanik sisteminin məğzinə varmağı, onun canını sezib tutmağı, ruhunu anlamağı vacib qılır. Bunsuz on minlərlə səhifə mətnləri doğru-dürüst çevirmək gerçəklikdən çox uzaq bir iş olmuş olardı. Tərcümə və araşdırmalar prosesində mənə, zənnimcə, əksəriyyəti indiyədək bəlli olmayan linqvistik tapıntılar, kəşflər etmək müyəssər olmuşdur. Bu işdə mənə komparativistika, başqa sözlə, müqayisəli dilçilik çox böyük dəstək olmuşdur. On illər ərzində əsasən Azərbaycan türkcəsinin leksik bazası (özül söz və elementləri) ilə əski yunan dili arasında hələlik bir neçə yüz, latınca ilə bir neçə yüz, ingiliscə ilə yüzlərlə, ən çoxu isə rus dili ilə – minlərlə uyğunluq və qoşalıqlar aşkara çıxarılmışdır. Bu məqalədə aşağıda göstərilən bəzi bulğulara aid örnəklər verəcəyəm.

 

 

DİL ANALİZİ VƏ BƏRPASI HAQQINDA

Bu işin mənimçün ən maraqlı və hətta heyrətamiz tərəfi – kök Azərbaycan sözlərinin ilkin halının bərpası ilə bağlı fəaliyyət və onun ortaya qoymuş olduğu çox təəccüblü nəticələr oldu. Bunu mən linqvistik rekonstruksiya (restitusiya) və yaxud dil bərpaçılığı adlandırıram. Söhbət min, daha düzü, on min illər boyu qılığını dəyişib tanınmaz hala düşmüş (fleksiya və ya deformasiya nəticəsində) sözlərin ilkin hal və şəklinin bərpasından gedir. Bu işdə uzun illərin məşəqqətli təkbaşına araşdırma və axtarışları ilə yanaşı intuisiyanın, çox incəlmiş və itilənmiş içsezinin rolu da böyük olmuşdur. Haliyyədə bu fleksiya və deformasiyaya uğramış sözlərin 70-80 faizinin bərpası sona ərmiş, artıq bütövə yaxın bir mənzərə ortaya çıxmışdır. Bu, əslində dilin dekodifikasiyası, deşifrə edilməsidir. Bu zaman mən genetikadakı kök hüceyrə barədə təlimdən analogiya üzrə yararlanmış və genetikanın prinsiplərinin dilin analizi zamanı tətbiq etmişəm. Düşünürəm ki, dünya və insan barədə ən düzgün informasiyanı məhz genetika və dilin analizi verə bilər. Ancaq dilin analizi həm də bir çox metafizik məsələlərə də aydınlıq gətirə bilər. Onun verdiyi tarixi informasiyalar da ən obyektiv, ideoloji olmayan, düzgün və danılmaz informasiyalardır. Çox böyük təəssüflə qeyd etməliyəm ki, bu titanik işdə mənə heç kəs, heç bir yerli və uluslararası qurum heç bir yardım göstərməmiş, əksinə, bu araşdırma nəticələrinin elm və xalqın malı olmasına hər cür əngəllər törədilmişdir. Bu səbəbdən də tədqiqat və qənaətlərim yalnız özümə və yaxın ətrafıma (qismən) bəlli olmaqda davam edir. Hətta Türk Dil Qurumuna və Qazaxıstan Türk Akademiyasına illər öncəki müraciətlərim də lazımi təpki almamış və sayğı görməmişdir. Ola bilsin, bu cür yanaşma mənim elmi rütbəmin olmaması və bu sahədə tanınmış bir şəxs, uzman olmamağımla bağlı olmuşdur (Burada alman filosofu A. Şopenhauerin bir fikri yadıma düşür: “Alimlərə rütbə vermək xristian kilsəsinin icadıdır” deyirdi o və bunu elmi və fəlsəfəni kilsənin kənizi halında saxlamaq yöndəmi sayırdı. Mən elmi rütbə ala bilərdim, sadəcə bunu istəməmiş və buna can atmamışam). Ola da bilsin, motivasiya bu və yaxud da təkcə bu olmamışdır. Axı keçmişdə böyük filosof və alimlərin heç bir elmi rütbə və dərəcəsi olmamışdır. Odurki bütün bunları və sair amilləri nəzərə alıb sizin çox dəyərli konfransınızı yeni bir fürsət bilirəm və məhz bu konfrans sayəsində tilsimin nəhayətki sınacağına, bu işə önyarğısız yanaşılacağına və haqqın öz yerini tapacağına çox ümid edir və hər bir halda (dəvətli olub-olmayacağıma baxmadan) sizə, sizlərə bu qutlu işdə böyük uğurlar və xeyirlər diləyirəm.

 

 

KÖK SÖZLƏRİN ÜZLƏRİ VƏ ÖZLƏRİ

Girişin mümkün qədər qısa olmasına çalışdım. Artıq mətləbə keçərək, aşağıda dil bərpaçılığı üzrə hazırladığım bəzi örnəkləri verirəm. Cədvəl 1-də yuxarıda qeyd etdiyim kimi, çağdaş Azərbaycan dilinin gəlmə, alınma və calaq olmayan, zoğ kökünə aid söz və elementlər mərcəyə alınmışdır (analiz zamanı sözlərin feli kökləri əsas götürülüb). Sözlərin Azərbaycan dilindən əlavə səlcuq türkcəsində olan formaları da qeyd edilib. Bundan əlavə Cədvəl 2, 3 və 4-də uyğun olaraq əski yunan, rus və ingilis dilləri üzrə də müəyyən sözlərin kök araşdırmalarına toxunulub.

Cədvəl 1. Azərbaycan dilindəki müəyyən sözlərin hazırki, ilkin və əzəli (kök) formaları

Hazırki forması (türkcəsi) İlkin forması Kökü və şərhlər
Örnək Öyrənək (Öğrenek-Öğrenelim) Öyrətmək – ök (ağıl, fikir, istedad) ürətmək və ya yeritmək
Gənc Örgənci (Öğrenci), Talib Özbəkistandakı Ürgənc şəhərinin adı da bu sözdəndir
Usduflu, Ustuplu (İhtiyatlı) Usu toplu Ağlı (usu) toparlanmış (biri)
Topuq (Topuk) Topcuq (Topcuk) Top şəklində
Köks, Köküs (Göğüs) Kök öz  
Borc Bir ovuc (avuç)  
Xaç (haç) Yaxac (Yakıt) “Y” və “A” səsləri zamanla itmişdir
Ağac Yaxac (Yakıt)  
Nacaq (Balta, Nacak) Yonacaq (Yonan)  
Nar Yanar Küknar – Göy nar
Nər (Ner) Yener  
Nökər (Nöker) Yenikər (Yeniker) Yeniçəri – deformasiya olunmuş sözdür, əsili isə “yenilmiş ər”-dir – alman və ingilis dilində isə “junker” (yunker) kimi qalmışdır
Mazut (mazot) Akmaz od (ateş)  
Xəmir (Hamur) Xamır-axmır (akmıyor)  
Xama (Ekşi krema) Xam yağ (Ham yağ)  
Toxtaq (Toparlanma durumu) Tox odaq (Tok odak) (Odağı yerində, dəngəli olmaq)
Bordaq Bir odaq (Bir odak) Bir mərkəz, bir nöqtə
Qırtlaq (Gırtlak) Qoru udlaq (Korunan yutsak)   İng. ‘’cartilage’’ (qığırdaq)

 

 
Çay ve çaylak Çağ ve Çağlaq (Çağlayan) Çağlaq həm də daima yenilənən qaynaq mənasındadır.
Uşaq (Uşak – Çocuk) Oxşaq (Benzer) Klon
Quşaq (Kuşak) Doğuşaq (Çocuk doğulması)  
Qurşaq (Bel kuşağı) Qoru uşaq (Çocuğu-karın bölgesini koru)  
Qancıq (Kancık) Doğancıq  
Qadaq Qoy (qıyı-kıyı) odaq  
Quzu (Kuzu) Qo(yun) zoğ Zoğ – nəsil, qurşaq mənasında.
Buzov (Buzağ) Bu zoğ Zoğ – nəsil, qurşaq mənasında.
Soykök Zoğ kök Soy – zoğ (əski yunancadakı ‘zoo’ – can, canlı sözləri də bu sözdən törəmişdir.
Oğuz Zoğ (Soy) uzu – Nesil, tire birliği Rus dilində oxşar söz “Soyuz” da birlik mənasına gəlir (Kosmosa göndərilən Sovet kosmik gəmisi)
Oğul/Oğlan Zoğ ol/Zoğ olan Oğlaq (Zoğlaq)
Üzük (Yüzük) Odux (Oduz)-iduq-uduq Oduq (oduz) – biz insanlar oduq, atəşik mənasında. Rus dilində də oxşar “dux” sözü “ruh” və “qutlu” mənasına gəlir.
dağ odaq Odaq, ocaq, dağ eyni sözün fərqli formalarıdır.
Otaq (oda) Yataq  
Mağara Oyma qora Qora – dağın sinonimi, qor – od sözündən gəlir. Koroğlunun da gerçək adı “Qoroğlu”-dur.
Kürü (havyar) Püskürü  
Toxum (tohum) Doğum  
Qar (kar) Ağar Yakut dilində ‘’xaar’’
Qan (Kan) Axan (akan) Yakut dilində ‘’xaan’’
Gəmi Gemli Gem – istiqamət, cilov
Gənzik Gemcik  
Yazıq (Mazlum) Azık Yolunu azmış/sapmış
Sayıq (Gözü açık-dikkatli) Usu ayıq  
Dovşan (tavşan) Doğuşan  
Davar Doğar  
Toxlu (toklu) Doğlu Doğ – can
Can acan (acıkan)  
Könül (gönül) Yönül Ruhun yönəlişi
Hüner Öyüner (Öğüner) İngiliscə – owner
Qazan (kazan) Qızan (kızan)  
Xan (han) Yıxan (yıkan) Güləşdə yıxan
Xaqan (hakan) Yıxağan (yıkağan)  
Yağış Axış (akış)  
Çuxur (çukur) Uçuq yer  
Çuğundur (pancar) İçi yoğun turp  
Bayır Oba yeri  
İlik İylik İçlik (özək)
Orta Yırta (hedefi, nişanı)  
Qorxu (korku) Qorğu (Koru)  
Qoxu (koku) Qovqu Qovmaq felindən
Qoçu (kabadayı) Qorçu  
Tüstü (duman) Od üstü  
Kelem (lahana) Eklem  
Tələ (tuzak) İtələ (itmek)  
Tələsmə (acele etme) İtələşmə (itişme)  
Torpaq Ot yarpaq  
Yarpaq (yaprak) Yaprık (yaprıkmak)  
Qırmızı Qarpızı (Karpuz rengi)  
Ərik (Kayısı) Əprik ‘Apricot’ sözünə yaxın.
Laylay Valayla  
Çovuş (çavuş) Ovçubaşı (avcıbaşı) Çuvaş etnonimi ilə eyni şəkildə.
Deyer (değer) Ödeyer  
Duzaq (tuzak) Duz yax  
astar ast yer Aşağı yer
ayqır (aygır) hayqır  
çaxır (şarap) acıxır  
kişmiş (kuru üzüm) əkşimiş  
əskər (asker) kəsər (keser)  
eski əkşi Əkşimiş, köhnəlmiş – yunanca oksi
yaxşı ağ işıq (ak ışık) yaxışıqlı – ağ işıqlı >> ağ işıq – tanrı, nur
dərviş (ağa dərviş) ağ oda ermiş ağ od – tanrı: İngiliscə God, Almanca Gott şəklində qalmışdır.
kişi (erkek) əkici (ekici)  
qala (kale) qalaq (yığın – toprak yığını)  
yaxın ayağına  
ürek yüyrək  
dəli dəvli (devli)  
gödən güdən (gütmek)  
gövdə göy, göv tən  
bədən ve tən bitən “bədən” sözü fars və ya ərəb dilindən gəlmə deyil.
tənək bitənək  
albalı (kiraz) al ballı (kırmızı meyve) ballı – meyvə
dəniz dəng üz (denk yüz)  
yosun yoxsun (yoksun)  
danmaq (inkar etmek) yadınmaq (öteleştirme)  
qaya (kaya) qayan (kayan)  
pişik (kedi) busuq busmaq-pusmaq, güdmək; busuq-güdən, izləyən; yunanca “psixe” bu sözdən törəyib. Həmçinin: türkcə kedi-güdü
Mengene, mənənə əmən gənə  
çeper çəmbər Çəmbər (Farsca?)
dolanmaq tovlanmaq  
kənd (köy) əkinti  
ozan yozan  
zümzümə (şarkı mırıldanmak) özüm özümə  
zanbaq üzən (yüzen) bağ  
öküz öksüz  
öksüz köksüz veya böyüksüz  
sarı işarı  
Türk türük öz türük, kök türük və s. Macar dilində “török”. Bu mənada “göy/gök türk” sözü yanlışdır, “kök türük” doğrudur. “Türk” sözü bir etnonim deyil, “ötürük, ötürü” sözündən gəlir. İlk olanların adı olmaz, özləri ad qoyarlar.
Tük (tüy) örtük  
oyun ovun  
beşik evcik  
Tanrı Tenqri – Dəng veri (Düzən, ahəng verən mənasında)  
bayram Bəhram Bəhram – mart ayının (Novruzun olduğu ay) və Mars planetinin fars dilindəki adıdır.
Bəy – bəh Yey  (iyi) Rus dilindəki ‘bog’’-tanrı sözü də buradan gəlir.  ‘’Ağa’’ sözü də fars dilindəki ‘ağaz’dan (başlama, başlanğıc, – yunan ‘’xaos’’ sözü də buradan).

‘Bəh’ fars dilində ‘yey’ (yaxşı) deməkdir.

 

Cədvəl 2. Əski Yunan və Azərbaycan dilləri arasında müqayisəli analiz

Əski Yunan dili (latın hərfləri ilə) Azərbaycan dili
Oksi  – turş əkşi (turş)
Oma – şişkinlik Oma, çanaq, yançaq
(H)orama –  görmə(li) Görməli, baxmalı
Ort – birbaşa, əsl orta
Poli – çox bol
raxi (x – kh) – bel tirəsi arxa
Ezo – iç, içəri öz
Thymos – can, ruh dimağ
Agi – qutlu
Arxe – əski, baş(çı) arxa (yeddi arxa)
Araios – saf, duru arı
Ask – kisə əski
Arytm(os) – sayı artım
Bat (bathys) – dərin bat(mak) – fel kökü
Bio – həyat boy
Zoo – can(lı) zoğ, doğ
Kefalos – kəllə keçəl
Typhlos – kor tifil
Thyreos – qalxan tir ?
Botanike – botanika bitənək

 

 Cədvəl 3. Rus və Azərbaycan dilləri arasında müqayisəli analiz

Rus dili (latın hərfləri ilə) Azərbaycan dili
Dobro – xeyir Doğru
Blago – nemət Bölgü
Tısyaça – min (1000) Duz sayıca
Dolya – pay, qismət Ödül
Jertva – qurban Yortma
Udaloy – qoçaq Od – alov
Brat – qardaş Bir ata
Çlen – üzv Əklən
Velikiy – böyük, ulu Yeylik
Moroz – şaxta Mor üz
Rak – xərçəng Oraq
Zakon – qanun Saqın
Yazık – dil Yassıq

 

Cədvəl 4. İngilis və Azərbaycan dilləri arasında müqayisəli analiz

İngilis dili Azərbaycan dili İngilis dili Azərbaycan dili
Love – sevgi alov Awake – ayıq ayıq
Alone –  yalnız yalın Weirdo –  qəribə ərdo
Wry – əyri əyri Leader  –  lider eldar, ilədər
Smarmy –  şımarıq şımarmaq Dash – atış daş
Dog – it Doğ (canlı) Whip –  qamçı İp
Axe – öküz öküz Winner – qalib Yenər
Ululation –  ulamaq ulama Walker – gəzən (adam) Ölçər
Lecherous –  arsız Ləçər Teacher –  müəllim Tikər (terzi, usta)
Sassy – bədrəftar Sası (oğuz) Elbow –  dirsək Əl bağı
Arrow – ox yaraq Sweet –  şəkər Şit
O’clock – saat əqrəbi oxluq Fog – buxar Buğ
Hoopoo –  quş növü Hophop quşu Esteem –  hörmət İstəm(ə)
Hot – isti od Sevior –  qurtarıcı Sovar
Main – əsas beyin Foot – pəncə Bud
Dish –  yemək diş Snake – ilan əsnək

Bundan əlavə qeyd etmək istəyirəm ki, “latın” sözü “Laçın”-dandır; latıncada “ç” və “ş” səsləri olmamışdır; “maska” sözü “başqa”dan, elə “roman” (Romalı) sözü də “orman”-dandır, yəni ormanlı, meşəli: o vaxtkı İtaliya ərazisinin 70-80 %-ni meşələr təşkil edirdi. Heç bir mənbədən və köməkdən yararlanmadan rus dilində aşkarladığım dil uyğunluq və qoşalıqları alınma sözlərlə deyil, məhz əzəli sayılan əski slavyan sözləri ilə bağlıdır. Məsələn, batı dillərinin etkisi sonucunda “Sovyet” kimi səslənən və yazılan “Sovet” sözü: “Sov et!”, yəni xəbər ver, bilgiləndir anlamındadır. “Şaman” sözü də ilkində “sovan” – bilən olmuşdur. Rusca bu söz indi “sova” (bayquş – bilgə quş) şəklində qalmışdır. Fransızca eyniköklü “savant” sözü də alim, bilici-savadlı deməkdir.

Qloballaşma dövründə dillərin qarşılıqlı təsiri, bir-birinə nüfuz etməsi əvvəlki dövrlərə nisbətən çox daha yayğın hal alaraq xeyli sürətlənmişdir. Bu prosesin nə ilə bitəcəyini proqnozlaşdırmaq son dərəcə çətindir. Son bir əsrdən artıq müddət ingilis dilinin aşkar dominantlığı altında keçmişdir. Vahid ümumbəşəri bir dilmi yaranacaq, yoxsa bu proses reqress edib əvvəlki pərakəndəliyəmi qayıdılacaq? Bu artıq sosiologiya və fəlsəfənin araşdırma mövzusudur. Lakin linqvistik analizin, xüsusən də dil bərpaçılığının epistemoloji və ontoloji bilgilər verə biləcəyi də çox önəmlidir; mən hələ dilçiliyin bir hissəsi olan onomastikanı demirəm. İnsan və cəmiyyətin, habelə təbiətin mövcudluğunun bir çox qaranlıq cəhətlərinə işıq salınması, onların tarixi yollarına və missiyalarına bəlli dərəcədə aydınlıq gətirilməsi isə çox daha önəmli ola bilər. Dillərin qohumluq əlaqələrinin təsbiti, birgəlik və ayrılma dövrləri bu analizin başqa bir aspektidir. Bu analizin mümkün olduğu qədər tamamlanması protodil, ulu dil problemini də çözə bilər nəticə etibarilə. Bütün bu uzunmüddətli və gərgin araşdırmaların gətirib çıxarmış olduğu başlıca qənaət – dilin əsas təyinat və funksiyasının məhz semantika, anlam vermə olması qənaətidir. Semiotika, işarələmə təyinat və funksiyası isə köməkçi atributdur.

Məsələn, araşdırma predmeti olan dildəki tarixi informasiyalarla bağlı aşkarlanmış bir sıra bilgilərə dair örnəklər verək: “Turan” sözünün ilkin halının bərpası onun “Aloturan” şəklində olduğunu göstərir. Bu sözün bənzərləri “alatoran” və “Elturan” adlarıdır. Aloturan – yəni günəşin oturduğu, batdığı yer (al-günəşin sinonimi), başqa sözlə, qərb. Belə bəlli olur ki, Turan şərqdə deyil, qərbdə olmuşdur. Və ya “Aran” sözü: bu sözün ilkin halı axtarışlara görə “Ağaran” olmuşdur, yəni günçıxan yer, başqa sözlə şərq. Yaxud “Qarabağ” sözü: ilkində “Qora bağı” – üzümlük, tənəklik; ahəng qanunu ilk “o” səsini “a” səsinə çevirmişdir. Və yaxud cədvəldə göstərdiyimiz “türk” sözü: analiz göstərir ki, bu söz ilkində etnonim yaxud rasonim olmamışdır – “ötürük” sözündəndir (ötürmək felindən) – nəsil, soy demək olub. “Monqol” sözü də etnonim olmayıb – manq (məng, bəng) el – əbədi el olub, Çingizxan dövlətinin adındandır. Ölkəmizdəki bir çox qədim məbədin adındakı “vəng” sözü də “bəng” sözünün dəyişmiş formasıdır. Bu cür örnəklər, onlarla, hətta yüzlərlədir və onları bu yazıda sadalayıb izahlarını vermək olduqca çox yer tuta bilər. O üzdən bu nümunələrlə yetinirik.

Komparativistik araşdırmalar zamanı biz dillər arasındakı alıntı-verintilərin istiqaməti məsələsini araşdırmamışıq. Buna toxunmamışıq. Bu məsələ gələcək araşdırmaların predmeti ola bilər. Burada ən önəmli olansa bu alıntıların tarixin hansı dövrlərində və coğrafi baxımdan harada reallaşmış olmalarıdır. Özlüyündə bu məsələnin təhlili bir çox tarixi gerçəklikləri üzə çıxara, onlara işıq sala bilər. Bu iş isə daha çox tarixçilərin işi olmalıdır.

Burada bir daha vurğulamaq istəyirəm ki, sözlərin forma və qılıqlarının dəyişilməsində sinkope, eliziya, protez, epentez və s. Fonetik hadisələr və zaman başlıca rol oynamışlar.

Yuxarıdakı cədvəl hazırlanarkən təkcə elə araşdırma predmeti olan dilin – Azərbaycan dilinin deyil, başqa dillərin də yalnızca hazırki vəziyyəti deyil, kökləri, ilkin, habelə tarixi təşəkkül formaları əsas götürülmüşdür. Odurki fərqlər, bəzənsə çox böyük fərqlər olması məntiqsiz sayılmamalıdır məncə.

Cədvəldə olan və olmayan bəzi sözlərin açılışına nəzər salaq: “ürək” – “yüyrəkdən”; bu orqanın təyinatı daim fəaliyyətdə olmaqdır, bu söz də bu atributu ifadə edir; “kəpənək” – iki bənəkdən (bənək –xal), qanadlardakı xallar; “bənövşə” – bənəkçədən (xallı gül); “maraq” – “marıqdan”, pusquda durmaq, güdmək mənasında; “səki” – üstəkidən, yolun üstdəki hissəsi; “xaç” “yaxacdan” (sadəcə ağac demək olan); Xaçmaz toponimi “yaxaç mazıdan”; “mazı” – qatran, kitrə; “dolma” dolamadan (sarıma anlamında); “yarış”- varışdan (varmaq feli); “duzaq” (tələ) – duz yaxdan (daşlara duz yaxıb vəhşi heyvanları ovlayırdılar; “tülkü” – tüklüdən və s. Yüzlərlə, hətta deyərdim ki, minlərlə bu cür örnəklər dil bərpaçılığı və müqayisələrinin bir sistem təşkil etdiyinə dəlalət edir, özü də məntiqi, orqanik və fəlsəfi bir sistem. Və bu proses kəsilmədən davam etməkdədir və gələcəkdə bu sahənin çoxcəhətli inkişafı və tamamlanması üçün böyük bir zəmin təşkil etməkdədir. Bu isə bir-iki fərdin deyil, kollektiv və uzunmüddətli əmək sayəsində mümkün ola bilər.

 

                                              

 NƏTİCƏ

Bu dildəki (onun adını şərti ad sayıram) bütün dəyişimlərin səbəbi – dilin üç başlıca qanunu – prinsipidir: bunlar sözün kökünü saxlama qanunu (aqlütinasiya), ahəng qanunu (sinharmonizm) və samitləri yumşaltma, incəltmə yolu ilə deyilişi asanlaşdırma (azəricədə) qanunu və şübhəsiz ki, dəyirman kimi işləyən zaman amilidir. Məhz sadalanan birinci qanun bu dili (əsasən danışıq dilini) indiyədək qoruyub saxlaya bilmişdir. Mən riyaziyyatçı oğlu hüquqçu olduğumdan məntiq məsələrinə qarşı çox diqqətli və tələbkaram. Dilin analizi onun haradasa 90 % civarında rasional, ussal əsaslı olduğuna dəlalət edir. Lakin onda metafizik informasiya da vardır. Mənimçün ən vacib məqam da elə budur.

Onu da vurğulamağı vacib sayıram ki, bu sahədəki bütün araşdırma material və sonuclarım müzakirə və tənqidə tam açıqdırlar. Obyektiv tənqid və müzakirələrsiz elm və sənət yoxdur, yalnız ölü ehkamlar bundan oddan qaçan kimi qaçınırlar. Araşdırmalarım siyasət və ideologiyadan tam uzaqdır və yalnız elmə-məntiqə, sağduyulu içseziyə əsaslanırlar.

 

MƏNBƏLƏR

  1. Kitabi-Dədə Qorqud
  2. Mahmud, Kaşğari. (2000). Divanü Lüğat-it-türk: Türk Dili Divanı
  3. Vikipediya, cürbəcür dil lüğətləri, etimoloji və izahlı lüğətlər, çoxlu sayda internet resursları, müxtəlif danışıq dilləri və s.

 

Yusif NƏCƏFOV, sərbəst araşdırmaçı,
Azərbaycan,
yusif.necefov@mail.ru

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir