Baş, yaddaş
Yer üzünə “bildim”-lə gəlmir insan, “bilmək üçün” – gəlir insan. İlkinə bənzəyir insan – bildikcə, bilmək istəyir insan! Suallara ömür çatır, “bildimə” –ömür çatmır. İnsan yer üzünə suallarla gəlir, suallarına cavab axtarmağa gəlir! İlk canlı yaranışı forması (embrion, rüşeyim) sual formasına bənzəmirmi? Torpaqdan ilk baş qaldıran bitki, cücərti sual işarəsinə bənzəmirmi? Bənzəyir suala (simvol), oxşayır suala (işarə). İlk toxum, (əkilən, basdırılan dənə) qaranlıq içərisində deyilmi? Torpaqdan qalxan, görünən, bilinən o Qaranlıqdan işığa, İşıqla deyilmi? O, cavab deyilmi? Bilinən, görünən, böyüyən, doğulan – örtülü “suala”, cavab deyilmi? İlki, maraq sualından deyilmi? (övlad: – oğlan, qız?).
Sualsız, o suala cavabsız insan olarmı? Axtarmasa, bilmək istəməsə, o insan kamil insan olarmı? Sual başdan başda olar, cavab başla başda olar, dillə, dil deməklə (məqsədli) suallara cavabları qarışdırmaq olar.
Heyvanat, bitki aləmi onu əhatə edən aləmlə qane olur. Bir tək insan, onu əhatə edən aləmlə qane olmur, ancaq sual, o suallara cavab axtarır!
Suallar, mübahisə yox mübadilədir, mübağiləsiz (şişirtmə) fikirləri bölüşməkdir. Sual konkretdir, cavab isə o suala, müxtəlif yönlü yanaşmalardır.
İnsan başı (beyni) Kainat modelidir. O, yatmaz, susmaz, mürgüləməz, dayanmaz, düşüncə vaxt və sü`rətini, dayandıra bilməz. Çünki başda yaddaş nöqtələri biri-birinə köməkçidir, onu işlək edən də yaddaş, düşüncənin dayanmayan sü`rətidir.
Baş, yaddaş on səkkiz milyardlıq bir yaddaş hücrələrindən ibarətdir. Yaddaş hücrələri beyin daxili, beyin qırışları arasında çox kiçicik amma, çox tutumlu yaddaş daşıyıcısıdır. Maraqlı hal ondadır ki, o hücrələr biri-birinə köməkçi və çox olduqlarından onlar müxtəlif yönlü ölümlərlə utilləşib məhf olmur (yanğınlar, partlayışlarla).
Yer həyatında nə qədər müddət olmuş olsaq da, o müddətlər ərzində hər an yeni-yeni hallarla, səslərlə, hadisələrlə, qarşılaşdıqlarımızla, eşitdiklərimizlə, düşündüklərimizlə, deyib aydınlaşdırdıqlarımızla, xatirələrimizlə və s. hamısı başda, beyində yaddaş hücrələrinə yerləşir.
Yaddaş hücrələri, eyni vaxtda Kainatla bağlı rabitədə olduğundan, oradan da informasiya alınır. Yuxu ilə informasiya, onunla yanaşı dad, rəng, iy, isti, soyuq, pis, yaxşı, arzu, istək, şirin, acı, ilıq və s. yaddaş hücrələrimizə yerləşir. Misal olaraq bir gün ərzində, yuxudan oyanan andan, axşam yatana qədər olan müddət ərzində saysız, hesabsız hallarla qarşılaşırıq. Yolda, nəqliyyat vasitələrində, piyada, iş yerində, istirahətlərdə, müxtəlif yığıncaqlarda, tədbirlərdə, yas, toy, ad günlərində v.i onların hamısı yeni olan hallar kimi yaddaş hücrələrimizdə yaddaşlaşır.
O halların hamısı yenidir, ilk dəfə rastlaşdığımızdır. Onları anilikdə, yaddaşımızda olan keçmiş halla müqayisə edib, yad edirik. O müqayisə prosesi yaddaşımızda olan o hala aid olan hücrə anilikdə aktivləşir, amma o hücrə bağlanıb pozulmur ki, onun yerinə indi olan hadisə yerləşsin. Ona aid köməkçi hücrə açılır.
Ümumiyyətlə yaddaş hücrələri, eyniliklə arı pətəyində olan, altı tərəfli “hücrəyə”- bənzəyir. Yə`ni qonşu olan hücrə boşdur, o hücrəyə isə yeni-yeni informasiya daşınır, toplanır. Ona o yeniliyi yerləşdirməyə köməkçi hücrələr açılır, müxtəlif hallar o hücrələrə yerləşir, yaddaşlaşır.
Bu dünyaya gələndən, bu dünyadan köçənə kimi hər an (deyək ki, ölçü vahidi saniyə. “Saniyə”- diskret kəmiyyət kimi anilikdə çox saylı saniyə bölgüsünə keçdiyindən, bir saniyə ərzi çox sü`rətlə yaddaş hücrələrini biri-biri ilə əlaqələndirir. Bir saniyə anında, yaddaş hücrələri elə bir sü`rətə uyğunlaşır ki, on səkkiz milyard çox kiçicik tutum kimi görünür. On səkkiz içərisində, bir neçə on səkkiz işlək olur) hər saniyə bir yeniliklə rastlaşırıq və o, həmin an yaddaşla, özünə aid olan hücrəyə yerləşir.
Beləliklə insan tək bu aləmdə olduğu müddətdə, yaddaş hücrələri ilə o biri aləmə qayıdarsa da, orada rastlaşdığı hallar, ardıcıllıqlar boş olan hücrələrə yerləşir.
Yoxsa bu dünyadan köçəndə, yaddaşımızı, etdiklərimizi, bildiklərimizi bu aləmdə qoyub, boş bir yaddaşla qayıdardıq. Belə olan halda insan, bəşər iki aləm arasında mənasız bir varlığa dönərdi. İnsanda, canlıda bütün varlığının müddətləri hücrələşir, yaddaşlaşır.
Bədəndə olan hallar, baş hücrələrində yaddaşlaşır. Yəni ki, yaralanır, kəsilir, tikan batır, arı sancır, it qapır və s. onların hamısı yaddaş hücrələrində yaddaşlaşır. Bir insan ömrü ərzində bütün hallar, yaddaş hücrələrində yaddaşlaşır və nə qədər də ehtiyatda boş hücrələr saxlanılır.
İnsan, canlı yaddaşsız bir varliq olmuş olsa idi, yəni ki, nə özünü nə ətrafı və.s tanımazsa, bilməzsə o varlığın yaranmasının nə mənası olmuş olardı?
İnsan böyük varlıqdır yaddaşı ilə, insanlığı ilə!
Vahid Rzayev