Bir daha Əjdər Fərzəli haqqında

Bu bayram  günlərində  görkəmli dilçi, tarixçi, etnoqraf , yazıçı  – şair  – publisist  Əjdər Fərzəlinin  (23.03.1937- 21.01.-2011) 77 yaşı  olacaqdı.

Onun həyat yolu  görkəmli  elmi araşdırmaları ,  təqdidatları barədə indiyə kimi  deyilənlər hələ çox azlıq edir. Bu mövzunu davam etdiriməyi və gördüyü işləri, fundamental tədqiqatlarını  işıqlandırmağa davam edirik…

 Bayram günləri bizi həm də onun qədim qayaüstü yazılarımızda və digər mədəniyyət abidələrimizdə oxuduğu  SURVAN – ZURVAN  sözünə aparıb çıxarır.

(Ноев Ковчег и Гямигая-Гобустанский алфавит”  kitabı, səh 222:

“Gəmiqaya –Qobustan Mədəniyyəti” kitabı səh 215)

SURVAN sözünün tərsi: NAVRUS (NOVRUZ) – dur.  SUR-ZUR-ZUR-NA-cox güclü səs – Qoç Bürcündən başlanan başlanğıc,  VAN –yer, məkan deməkdir. 

   Əjdər Fərzəlini və yaxınlarını bu günlərdə təbrik etməyi özümüzə borc bildik.

  O,  həm də “AqRa”  EİDİB  -in Fəxri Üzvü seçilmişdir.

  Aşağıda onun önəmli araşdırmalarında gəldiyi nəticələrin bir qismi yerləşdirilmişdir:

   “AqRa”  EİDİB 

 

“Gəmiqaya-Qobustan əlifbası”  kitabında   müəllifin gəldiyi

N Ə T İ C Ə

1. Gəmiqaya-Qobustan əlifbası – qədim Azərbaycan əlifbasıdır; o, Azərbaycanda  qədim  Azər (türk) dilinin fonetik qaydaları əsasında, həm də bir nəfər tərəfindən deyıl, yüz illər ərzində bülün xalq – xalq biliciləri tərəfindən yaradılmışdır. Onun əsasında piktoqraflar – sözlü şəkillər dayanır.  Bu əlifbada işarələr (hərflər) səsin fonetik şəklini izləyir.

– Sözü, dili və əlifbanı bir nəfər deyil, yalnız xalq yarada bılər.

2.Gəmiqaya-Qobustan əlifbasının bütün başqa əlifbalardan əsas fərqi: yaradılış ideyasını əks etdirməsidir. Bu ideya Tanrıçılıq inamına əsaslanır.

3.“Əlifba” sözü öküz başının – Göy öküzünün (öküz bürcünün) “V“ işarəsi şəklində alova oxşar görümündən – qədim türk (azər) dilindəki “alov” sözündən yaranmışdır. Finikiya, ərəb, yəhudi, yunan… dillərində aİef, alif-əlif, alfa, al- fabet qədim türk (azər) dilindəki, alov. alov – but-a sözlərinin təhrif şəkilləridir.

4.Gəmiqaya-Qobustan dünyanın ən qədim yazı əlifbasıdır və Finikiya, Misir, yunan-latın, ərəb, yəhudi, erməni, kiril, İran (Pəhləvi), hind (Braxmi), Krit, Bibliya, Qlozel, Fest, aramey və bir sıra başqa qərb və şərq əlifbaları onun törəmələridir.

5.Gəmiqaya-Qobustan vo Orxon-Yenisey bir-birinə bağlı,  həm də müstəqil yaradılmış əlifbalardır.

6.Alban əlifbası (Qafqaz Albaniyasının əlifbası) Gəmiqaya-Qobustan əlifbasının təhrif edilmiş şəklidir.

7.”Avesta” əlifbası – Gəmiqaya-Qobustandan törənişdir; “Avesta” əlifbasında bu günədək güman edildiyi kimi, saitlərin sayı 6 deyil – 9-dur.

Şumerli türk əlifbası Gəmiqaya-Qobustanla eynı quruluşdadır, bunu – hər iki əlifbanın dınamikası sübuta yetirir.

8.Mingəçevir epitafiyası Gəmiqaya-Qobustan əlifbası ilə  və türk düşüncəsi əsasında yazılmışdır.

9.Gəmiqaya-Qobustan əlifbasının  hərf və piktoqralları ( sözlü şəkilləri) Naxçıvan – Ordubad, Urmiya Əhər – Təbriz. Qərbi Azərbaycan. Kəlbəcər. Gəncə. Mingəçevir. Şamaxı  – Altıağac, Qobustan – Hacıqabul, Bakı – İçəri şəhər- Pirallahı adası daşları və qayalarında aşkar edilmişdir. Bu əlifba qədim Azərbaycan xalçalarında, məişət əşyalarımn üzərində “naxış” kimi yaşadılmışdır.

10.Gəmiqaya-Qobustan əlifbası 32 hərfdən: 9 sait və 23 samitdən ibarətdir.

11.Gəmiqaya-Qobustan əlifbasında hər bir hərf  söz daxilində o sözü tamamlamağa xidmət edirsə  ayrılıqda “bütöv söz” funksiyasını daşıyır.  Bu əlamət Orxon-Yenisey yazılarında da müşahidə edilir.

12Tanrıçılıqdan xristianlığa keçid xüsusı tarixi mərhələdir.

13.‘’Dədə Qorqud Kitabı”nın mifık süjetlərı Gəmiqaya- Qobustan əlifbası və piktoqrafık işarələri ilə Gəmiqaya və Qobustanm köksünə yazılmışdır.

14.Gəmiqaya-Qobustan çoxşəkilü əlifbadır. Burada eyni hərfin bir neçə şəkli – bir-birinin davamı olan variantları – yaradılış düşüncəsindən  sözün ifadə etdıyi məzmundan irəli gəlmişdir. Yəni, bunlar məna və məzmuna münasibəti bildirən fərqlərdir

15.Gəmiqaya-Qobustan əlifbası Azərbaycan dilinin, ədəbiyyatının, mədəniyyətinın, nəhayət, azərbaycançılığın tarixiin tədqiqində və öyrənilməsində yeni elmi mərhələdir.

“Gəmiqaya-Qobustan əlifbası”  kitabında  (Azərbaycan Milli  Ensiklopediyası  Nəşriyyat  – Poliqrafiya  Birliyi , Bakı 2003.  Səh 282-283) müəllifin gəldiyi “Nəticə”

  

Əjdər Fərzəlinin:  “Gəmiqaya – Qobustan Mədəniyyəti”

kitabında  müəllifin gəldiyi

NƏTİCƏ

Gəmiqaya-Qobustan qayaüstü rəsmləri  çox qədim və  zəngin bir mədəniyyətin ızlərini yaşadaraq bu günümüzə çatdırmıışdır. Bu, elmə az məlum olan bir mədəniyyətdir. Tanrıçılığın təbiətə bağlı yaradılış ideologiyası, elmi və dini-fəlsəfi  dünya görüşü əsasında təşəkkül tapınış və formalaşmışdır.

Gəmiqaya-Qobustan mədəniyyəti son minilliklərdə qazanılmış elmi kəşflərdən bir qisminin eradan neçə min il əvvəl də kəşf edilmiş olduğunu, qaya təsvirlərində şifrələrlə, işarələrlə-piktoqraflarla xəbər verir.

Gəmiqaya-Qobustan mədəniyyəti ilk fonoqrafık əlifba sistemini yaratmışdır. Bu  mövcud əlifbaların  bəhrələndiyi  ondan iqtibasla yaradıldığı ilk, klassik,  Ana Əlifba sistemidir:

 Gəmiqaya-Qobustan  mədəniyyəti –incəsənətin Gəmiqaya-Qobustan metodunu yaratmışdır. Bu metoddan  məktəb kinıi öyrənmək və yaradıcılqla faydalanmaq olar.

 Gəmiqaya-Qobustan  Rəsmlərində  «insan üzü-kitab» kimi qəbul edilmiş və bu «kitabda» təsvirlər işarəçilik  prinsipi ilə çəkilmişdir. Bu rəsmlərdə Tanrıçılığın əsas atributları daimi mövzuya çevriimişdir. Yazın gəlişi ilin başlanması – həyatın yenidən doğulması-dirilməsi, doğum, artım burada baş mövzudur. Gəmiqaya-Qobustançı rəssam həmin mövzuda müxtəlif məqamları seçmiş və yaratdığı təsvirfəri ideallaşdırmışdır.

 Gəmiqaya-Qobustan sözlüyü (lüğəti) Azərbaycan dilinin və başqa dillərin (Protodillərin) qədim leksik qatlarından soraq gətirmişdir  və  bu da dilçiliyin daha da inkişafında mühüm rol oynava bilər.

Gəmiqaya -Qobustan     mədəniyyəti Azərbaycanındır  və bilavasitə Azərbaycan (türk) xalqına məxsusdur. Onun yaradılmasında və yaşadılmasında Azərbaycanın bu günkü sakiniərinin: ulu babalarının  xidmətləri   olmuşdur.

 Gəmiqaya-Qobustan rəsmləri qədim Azərbaycan-qədim  insan cəmiyyəti,  o cəmiyyətin həyat məişət-əxlaq normaları, inam və adətləri, yaradıcılıq düşüncələri  elmi -mifik baxışları  insana və ətraf aləmə  qayğılı  münasibəti və s. haqqında gcniş informasiya və bilik vermək imkanındadır.

Elm  faktlara əsaslanır. Bu kitabda irəli sürülən fikirlər, aparılan təhlilər ,  çıxarılan nəticələr bilavasitə faktiarla: qaya təsviriəri ilə təsdiq olunur.

Əjdər Fərzəli:  “Gəmiqaya – Qobustan Mədəniyyəti” kitabında  (“Nurlan”,  Bakı  2008, səh 324 ) müəllifin gəldiyi “Nəticə”

 

Əjdər Fərzəlnin fikrincə  mövzunun aktuallığı nədən ibarətdir:

MÖVZUNUN AKTUALLIĞI

Gəmiqaya-Qobustan qaya rəsmləri çox zəngin və çox qədim bir mədəniyyətin izlərini yaşadaraq bu günümüzə çatdırmışdır. Bu rəsmlər-abidələr  XX əsrin 30-cu (Qobustan) və 60-cı (Gəmiqaya) illərində aşkar edilmiş və onların tədqiqinə başlanılmışdır. Ötən müddətdə arxeoloji tədqiqatlarda bir sıra uğurlar qazanılmış və bu geniş elmi-ictimai maraq kəsb edir.

Bununla yanaşı, Gəmiqaya-Qobustanın tədqiqinin ilkin mərhələsi artıq başa çatmışdır. Amma həmin mərhələnin ciddi səhvləri hələ də öz qüvvəsində qalır və bu möhtəşəm abidələr kompleksinin bütöv halda öyrənilməsinə, həqiqi elmi, tarixi  dəyərinin üzə çıxarılmasına əngəl törədir.

1970-ci illərdə Qobustana belə qiymət verilmişdir: “Qobustan rəsmləri ibtidai insanların, ovçuların və çobanların əl işləridir”. “Bu rəsmlər heç bir məna güdmədən asudə vaxtlarda çobanlar tərəfindən çəkilmişdir. Həmin üslubda şəkil çəkmək qaydası Qobustan rayonunda XIX əsrin sonlarına  kimi, bəzi hallarda isə son zamanlara qədər qalmışdır”. (4.29.s.5.17,3.339.)

Bu yanlış “qiymətin” Qobustana heç bir aidliyi yoxdur. Qobustanda belə uydurma “çoban üslubunda” heç bir rəsm çəkil- məmişdir. Qobustan ali mədəniyyətin nümunəsidir.

Əlbəttə ki, Qobustanın ibtidai, daş əmək alətləri dövrü də olmuşdur.

Bir də Qobustanın qayaüstii təsvirlər dövrii olub. Qobustan məhz qayaüstü təsvirlərinə görə Qobustandır. Bu qaya təsvirlərinin isə ”daş əmək alətləri, ibtidai insanlar, ovçular və çobanlarla heç bir əlaqəsi yoxdur.

Dünyanın bir çox yerlərində: Sibirdə, Cənub-Şərqi Asiyada, Avropada, Amerikada və Afrikada qaya rəsmləri aşkara çıxarılmışdır. (6.4.). Onlarm bir  qismi Gəmiqaya-Qobustanla müəyyən zahiri oxşarlığa malik olsa da, fərqli cəhətləri çoxdur. Azərbaycan prezidcnti İlham Əliyevin sərəncamında xüsusi olaraq nəzərə çatdırıldığı kimi, dünyanın heç bir yerində qaya təsvirləri Qo- bustan və Gəmiqaya qədər zəngin deyil. Gəmiqaya və Qobustan həmin abidələrdən özünün vahid ideya xətti, forma və məzmun zənginliyi ilə fərqlənir.

Gəmiqaya-Qobustan dünya incəsənətinin şedevrlərindəndir. Heç bir çoban çomağı, ovçu aləti ilə belə yüksək sənət inciləri yaradıla bilməzdi.

Gəmiqaya-Qobustan rəssamlarının qayalara, dağların belində vulkan daşlarına həkk etdikləri təsvirlərdə, yazılarda insanın həyatı, arzu və istəklərinin problemləri etnosun adət və inamları,  etik və estetik normatar, kainatın yaranması haqqında biliklər, yaşamağın şərtləri, təbiət qanunlarına real münasibət, atalar-oğullar məsələsi və s. əks olunmuşdur.

Gəmiqaya-Qobustan rəssamları  öz “daş kitabiarını” etibarlı şəkildə şifrələmişlər, şifrələrdə əsas məzmun: Tanrıçılıq görüşlərinin təsviri və təsdiqidir. Təbiət qanunlarına əsaslanmış Tanrıçılıq-Yaradılış ideyası, xalqın-etnosun dünya düşüncəsi, cəmiyyətin harmoniyası, onun vahid sistemi Gəmiqaya-Qobustan rəsmlərinin ana xəttini təşkil edir.

Gəmiqaya-Qobustan rəssamı işarələrlə işləmişdir. O, daş ”kətan” üzərində hər millimetr sahənin qədrini bilmiş, ona qənaət etmişdir. O, daş üzərində işarələri çoxaltmaq yolu ilə təsvirlər çəkmiş, bir təsvirin konturları-cizgiləri ilə baş- qa təsvirlər də yaratmışdır. O həm rəssam, həm də işarəçi- əlifbaçı olmuşdur. O nə çəkirdisə yazı işarələrinin kombinə edilməsi metoduna əsaslanırdı. Bu metodu o özü yaratmış- dı. O, hesab edirdi ki, hər işarə təbiətdə Tanrının qərarı ilə, hazır şəkildə mövcuddur: bunlar Tanrıdan gələn qanunauyğunluqdur.

Bəs Gəmiqaya-Qobustan rəsmləri nə vaxt yaradılıb? İsaq Cəfərzadə Qobustan rəsmlərinin e.ə.VIIl-VİI minilliklərə, bəzilərinin nisbətən yaxın dövrlərə: e.ə. VI-V-IV-III-II-I… minilliklərə aid olduğunu güman etmişdir. Norveçli Tur Heyerdal Qobustan rəsmlərinin c.ə.XIV minillikdə çəkildiyini söyləyib. Cə-

fərqulu Rüstəmov isə Qobustan rəsmlərinin e.ə.XII-XV-XVIII və XXII minilliklərdən soraq verdiyini yazmışdır.

Gəmiqaya rəsmlərinə Vəli Əliycv e.ə.IV minilliyədək  yəni azı 6 min il yaş verir. (6.4). Abbas Seyidov Gəmiqaya rəsmlərinin e.ə.VII minillikdə burada qranit daşlara həkk edildiyini bildirir.

 Əjdər Fərzəlnin: “Gəmiqaya – Qobustan Mədəniyyətinin işığında” kitabında  gətirdiyi

ELMİ YENİLIK

Gəmiqaya-Qobustan rəsmləri ilk dəfə elmi, tarixi-müqayisəli və metodoloji cəhətdən sistemli şəkildə təhlil edilir;

Bu qaya təsvirlərinin kompleks şəkildə və müqayisəli planda öyrənilməsi, monoqrafık tədqiqat kimi yenidir.

Gəmiqaya-Qobustan bu günədək elmə az məlum olan bir sivizilizasiyanı təmsil edir: o, qədim yunan, hind, Misir, Şumer və b. sivilizasiyalardan ilkindir və özündən sonra gələn bütün mədəniyyətlərə – sivilizasiyalara çox güclü təsir göstərmişdir;

Gəmiqaya-Qobustan mədəniyyəti bilavasitə Azərbaycan (türk) xalqına məxsusdur;

Gəmiqaya-Qobustan mədəniyyətinin yaradılmasında e.ə.uzaq minilliklərdə Azərbaycan ərazisində yaşamış başqa etnosların da xidmətləri var.

Tanrıçılığın əsas atributları ilk dəfə Gəmiqaya-Qobustan qayaüstü təsviriəri ilə müəyyən olunur;

Gəmiqaya Qobustan rəsmlərinə əsasən demək olar ki, Böyük daşqın və Nuhun gəmisi haqqında əfsanələr Azərbaycanda yaranmış və buradan dünyaya yayılmışdır.

Azərbaycan qədim və mükəmməi fonoqrafik əlifbanın vətənidir,

apardığımız təhlillər, müqayisələr siibut edir ki, dünya əlifbalarının  çoxu qədim Azərbaycan əlifbasından iqtibasla yaradılmışdır. O cümlədən: finikiya, yunan-latın, hind, slavyan-kiril, anqlo-saks, german, etrusk-iber, ərəb, erməni, mayya (Amerika) və b. əlifbalar qədim Azərbaycan Gəmiqaya-Qobustan mənşəlidir;

Qobustanda daş üzərində çəkilmiş xəritələr Azərbaycanın qədim quru və dəniz sərhədləri, Aşina Xaqanlığı – Azərbaycanda ən qədim dövlət qurumu haqqında təsəvvür yaradır.

Orxon-Yenisey Gəmiqaya-Qobustan mənşəli və onunla eyni sistemli əlifbadır; o, başlanğıc mərhələdə heç də 36 yox, Gəmiqaya-Qobustan kimi: 32 hərfdən, 9 sait və 23 samitdən ibarət olmuşdur;

Gəmiqaya-Qobustan: Tanrıçılığın  əlifbasıdır, bu da onun bütün başqa əlifbalardan əsas fərqini təyin edir;

 Əjdər Fərzəli: “Gəmiqaya – Qobustan Mədəniyyətinin işığında” kitabından (Bakı, Şəms, 2010, səh 4-7)   

“Gəmiqaya – Qobustan mədəniyyətinin işığında” kitabını yüklə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir