Bir daha Buta haqda
Dünya tufanından xilas olmuş Azərbaycan ərazisi və Azərlər, bütün hal və hərəkətlərə mə’na və məntiqlə yanaşaraq, hər bir hərəkət halına tək ad verməklə kifayətlənməyib, onun mə’na və iş prinsipini aydınlaşdırırdılar!
Ən böyük güc Mə’na və məntiqdə təşəkkül tapırdı!
Cümlə və fikir çox yığcam, amma məntiqi əks elətdirirdi!
Bütün quruluşların həndəsi forması olmaqla, onların hansı və nə kimi mə’na daşıdığı açıqlanırdı və o da, aparıcı bir məntiqi aydınlaşdırırdı!
Bütün həndəsi forma və quruluşlar İşıq, İşıqdan başlandığını izah edirdi və bütün sahələrdə, aparıcı olduğu izah olunurdu!
Buta – Kainat, İşıqla tükənməyən, dayanmayan, sona çatmayan, hərəkətlərə törədici funksiya olduğunu bilərək, Buta hərəkətini əyani olaraq göstərirdilər.
Necə ki, o dövr İnsanın anatomik, fizioloji quruluşunda Buta forması izah edilirdi. İnsan hərəkəti çanaq sümüyünün, oynaq quruluş və hərəkətinin Buta tipli, İşlq daşıyıcısı olduğu onlara daha mə’lum idi.
Bütün Bürclərin buta tipli (dönən qayıdan, bir daha təkrar hərəkətə başlanğıc kimi), Kainata baxdıqda bütün ulduzların hərəkəti Buta tipli olduğu izah olunurdu!
Çox sonrakı mərhələlərdə, bütün hərəkət mexanizmlərinə baxdıqda, yeni bir ad, Eksentrik adı və anlamı gətirildi! İndinin özündə də, “buta hərəkəti”-olmadan heç bir maşın mexanizmlərə, hərəkət vermək bir o qədər də, mümkün deyil. Maşın mühərrikləri, dirsəklə val hesabına hərəkət edir! Velosiped sürən, buta quruluşunda velosiped idarə edir!
Əkin sahələrini suvardıqda, arxa daxil olan su burula-burula, Buta dinamikasını cıza-cıza, hərəkət edir. Kür, Araz çayının və Xəzər dənizinin (çox qədim adı Girqan dənizi), bütün su hövzələrində su axımı forması Buta tipi hərəkəti ilə müşahidə olunur! Bütün tonqallar, mə’şəllərdə odlar Buta tipini göstərir, izah edər!
Buta, İşıq daşıyıcısı, İşıq bölüşdürücüsü, İşıq bərabərləşdiricisi funksiyası daşıyır! Azərlər ad xatirinə, “termin”- xatirinə məvhumlara ad vermədilər!
Mə’na, məntiqdən isə Fəlsəfə-fəlsəfi fikirlər meydana çıxdı.
Cümlələr qısa, mə’nalar məntiqdə cəm olar!
Azər dili, Azərbaycan ərazisinin dilçilik üslubu bir çox ərazilərdə daha mə’lum idi!
Vahid Rzaev.
08.09.2015-ci il