Biri birinə bağlılıq
Biri birinə bağlılıq
Kainat halı
Hələ də, insanlar elə bilirlər ki, hər bir ulduz bir Günəşdir!
Bu yanlış fikirdir, necə ki, yer planetində hərarət həddi 40°C-dən, artmağa başladıqda, torf yataqları, quru çöllüklər alovlana bilir.
Kainat sistemində hər bir ulduz, bir Günəş olmuş olsa idi, o “Günəşlərin istisindən”- Kainat alovlanması baş verərdi ki, o Kainat alovlanmasının qarşısını almaq, mümkünsüz olardı!
Zaman
Eh, zaman deyib, vaxtdasan!
Mən müddət deyib, andayam!
Kainatda vaxt-zaman yoxdur, vaxtsızlıqda zamansızlıqdayam, mən də bir Andayam!
Günəşə bax
Günəşə bax, özünə bax, ərəfəyə bax!
Günəş rəngi ağarırsa, yer üzü halı “dartılıdır”.
Günəş rəngi saralırsa, yer üzü halı rəvandadır!
Günəş rəngi tündləşirsə, faciələr ardıcıldır!
Günəşə bax, özünə bax, “nələri istəmişiksə”- o əhatədəyik, Günəş o əhatələri bəyan edər, o halları nizamlayar!
Bütün Yer kürəsi, dövrü hərəkətlərində, insan fikri, insan düşüncələrini Kainata əks elətdirər!
Dartıları, faciələri istəyən insan, Günəşlə, Yer kürəsi, əziyyətlərini çəkər!
Onlar da, Kainatdan Rəvanlıq istəyini istər!
İşıqdır
İlkimiz İşıqdır,
Ömrümüz İşıqladır,
Qayıdacağımız İşığadır
Çünki O, İlkimiz İşıqdadır!
Dünyasını dəyişən canlı
Dünyasını dəyişən canlı, əgər xəstəlikləri var idisə, o “xəstəlikləri”- özü ilə, o Aləmə apara bilirmi?
Yox!
Özü ilə, yaddaş payı, İşıq payı ilə qayıdar Yer üzündən!
O biri Aləmə, bu material aləmdən, heç bir pay daşınması mümkün deyil!
Ona görə ki, O Aləm, material Aləm deyil!
Yer aləmində, alınan “pay”- yer aləmində qalar!
Kainatdan Yaranışa Ayrılmış İşıq Payı, bir də, yer aləmindən yığılmış, toplanmış yaddaş Payı, O, Aləmə aparılar!
Vahid Rzaev