Bitki yetişdiriciliyi, Ramazanova Xəyalə Sərdar qızı
Cəlilabad rayon Uzuntəpə kənd R.Hüseynov adına 2 saylı tam orta məktəbin biologiya müəllimi.
Elmi rəhbər: Prof. Rüfət Lətif oğlu Hüseynzadə
Açar sözlər: Organik bitki, təmiz ekologiya,sağlam organizm.
Anahtar kelimeler: Organik bitgi, saf ekoloji, sağlıklı organizma
Bütün canlıların yaşaması üçün bitkilərin hər zaman yetişdirilməsi ön planda olmalıdır.Bu səbəbdən bəşəriyyət bitkilərsiz heç bir gücə malik deyildir.
Mən bitkinin vegetativ orqanı olan kök və yarpağa fəlsəfi yanaşıram.Bütün canlıların kök və yarpağdan asılılığını nəzərə almalıyıq.Çünki kök olmasa bitkiyə su təchizatı nəql olunmaz.Su və yaşıl yarpaq olmasa onda fotosintez prosesi baş verməz.Fotosintez prosesinin olmaması sərbəst oksigenin yaranmaması deməkdir.Bu isə öz növbəsində bəşəriyyətin məhv olmasına gətirib çıxarır. Odur ki? həyatın varlığı mütləq və mütləq şəkildə bitkilərdən asılıdır.Təbiətdə fotosintezlə yanaşı xemosintezdə baş verir.Bu prosesi xemotrof bakteriyalar həyata keçirir.Baş verən qlobal istiləşmə və bitkilərə artıq miqdarda verilən nitratlar,fosfatlar xemosintez prosesini hədsiz dərəcədə sürətləndirir.Aktivləşən bakteriyalar oksidləşmə-reduksiya prosesi nəticəsində artıq miqdarda turşu oksidlərinin yaranmasına səbəb olur.Əmələ gəlmiş turşu oksidləri içməli su təbəqələrinə nüfuz edərək turşuların yaranmasına gətirib çıxarır.Nəticədə içməli su çatışmazlığı yaranmağa başlamışdır.
Bitkilərin normal şəkildə,faydalı olaraq yetişdirilməsində bir çox istiqamətlər nəzərə alınmalıdır.Hal-hazırda dünyada ekolji tarazlıq pozulmuşdur.Ekoloji tarazlığın pozulması qida kirliliyi,su,torpaq çirkliliyi kimi problemlərin yaranmasına səbəb olmuşdur.Bütün bu problemlər bitkilərdə fəsadlı bitki yerişdirilməsinə gətirib çıxarır.Elə digər qlobal problemlərdə burdan qaynaqlanmağa başlayır.Ən əsası bütün bu çatışmazlıqların ağır nəticəsini insan görür və bundan yaxa qurtara bilmir.Bəs necə edək ki,bitkiləri və özümüzü çirklənmiş ekologiyadan xilas edək?!Elə bu qlobal problemi həllini doğru-düzgün bitki yetişdiriciliyi sayəsində əldə edə bilərik.
İnsan yarandığı dövrdən bitkiləri qida və digər sahələr üzrə istifadə edərək bu günki günümüzə gəlib çıxmışdır.Neft erası başlayandan sonra bitkilərə verilən önəm azalmağa başladı.Hərşeyi neftdən hazırlayaraq sərfəliliyini düşünüb bitkilərin daha geniş şəkildə becərilməsini əngəllədilər.Neft və neft məhsulları ekologiyamızın sıradan çıxmasına səbəb oldu.Bu da öz növbəsində insanların sağlamlığına mənfi təsir göstərərək bir çox problemlərlə baş-başa qoydu.
Artıq neft erası bitmək üzrədir.Yenidən bitkilərin yer üzərində geniş şəkildə yetişdirilməsi və istifadəsi vüsət almağa başlayır.Doğru-düzgün,faydalı bitki yetişdirmək üçün bir çox qaydalara əməl etmək lazımdır.Əgər bitkiləri yetişdirərkən torpağı və insan orqanizmini çirkləndirmək üçün yox,faydalı olmaq üçün yetişdirsək,o zaman ekoloji tarazlığı gözləmiş olarıq.Digər böyük fəsadlarla qarşılaşmarıq.
Hal-hazırda ölkəmizdə organik bitki yetişdiriciliyi yox səviyyəsindədir. Qonşu qardaş Türkiyə Respublikasında bitgi yetişdiriciliyinə xüsusi diqqət verilir və bu sahədə dəyəlri əsərlər yazılır (2).
Bitkilərin yetişdirilməsi zamanı istifadə olunan gübrə və onları zərərverici həşəratlardan qorumaq üçün dərman preparatları,torpaqların turşulaşmasına və bitkilərdə lazımsız suda həll olmayan duzların toplanmasına səbəb olur.Nəticədə bu bitkilərin qəbul olunması bizim orqanlarımızda duz kristallarının toplanmasına və qanın qatlaşmasına səbəb olur.Bu kimi problemləri nəzərə alaraq,bir bioloq kimi məni narahat edən suallar yaranır.
Uca yaradan bizə digər canlılardan fərqli olaraq ikincili siqnal sistemi olan təfəkkür, ağıl vermişdir. Ali təfəkkürümüz nəticəsində bir çox problemləri normal şəkildə həll edib, gələcək nəsillərə faydalı miras qiya bilərik. Bunu necə edə bilərik?!Təbiiki ekoloji təmiz organik bitkilər yetişdirməklə mümkün ola bilər. Bitkiləri yetişdirərkən onların hər birinin özəl xarakterik xüsusiyyətlərini öncədən araşdırmaq lazımdır.Bir bitkini becərmək bir uşağı tərbiyyə edib böyütməyə bənzəyir. Dahi Nizami Gəncəvi oğlu Məhəmmədə ilk nəsihəti verəndə artıq oğlunun 7 yaşı var idi.Artıq yeddi yaşa çatdıqdan sonra onun şüuru formalaşdığı üçün ətraf aləmi yaxşı dərk etməyə başlayır.O Aristotelin uşaqların yaş dövrünü üç hissəyə ayırmasını nəzərə alaraq, birinci yeddi yaşına kimi olan dövr bitki dövründən öz nəsihətlərini başlayır (1,240). Çünki bitki və yeddi yaşa qədər olan uşaq qayğıdan,diqqətdən,doğru-düzgün qulluqdan,sevgidən ibarət bir toplum tələb edir.Əgər ki, bu toplumları bir arada cəmləyib tətbiq edə bilsək,o zaman istədiyimiz nəticəyə nail ola bilərik. Hələ qədim zamanlardan Çin,Mesopotomiya,Misir,Yunanıstan,Roma,Hindistan,Səlcuq və Osmanlı dönəmində bitkiləri dərman kimi istifadə edirdilər.Əgər bir bitki dərman kimi istifadə olunursa,onu niyə zəhərləyərək orqanizmimizə ötürürük.Elə bitkilərin doğru- düzgün yetişdirilməsini təmin edib özlərini dərman kimi istifadə edək.Eyni zamanda yaşamağımız üçün lazım olan qida bitkilərini kütləvi şəkildə organik yetişdirib qəbul edək.
Bitkilərin daha sağlam şərtlər altında yetişdirilməsi üçün Azərbaycan iqlimi daha əlverişlidir.Bilirik ki dünyada 11 iqlim tipi mövcuddur.Bu iqlim tipinin doqquzu Azərbaycan ərazisinə məxsusdur.Eyni zamanda Azərbaycan mülayim və subtropik iqlim qurşağında yerləşir.Bu kimi üstün xüsusiyyətləri nəzərə alaraq ölkəmizdə faydalı,bir çox mühüm özəlliklərə malik bitkiləri yetişdirmək insan sağlamlığı üçün çox əhəmiyyətlidir.Elə bu şərtlər altında bizim ölkəmizdə bitməyən,amma dünyada tibbi,aromatik,qida kimi yetişdirilən bitkiləri araşdırmaq və özəlliklərinə uyğun olaraq ölkəmizdə yetişdirilməsini təmin etmək priotet istiqamətlərdən hesab olunmalıdır.
Bitki yetişdiriciliyini kateqoriyalara bölmək,sonra davamlı və ardıcıl şəkildə onların inkişafını təmin etmək lazımdır.Hər bir bitki faydalıdır.Baxır hansı şəkildə və nəyə istifadə olunur.Bu səbəbdən onların müəyyən kriteriyalara bölünərək yetişdirilməsi daha məqsədə uyğundur.Məsələn tibbi bitki yetişdirərkən onların dərman preparatlarında,aromatik bitki yetişdirərkən onların kosmetik vasitələrdə,qida bitkiləri yetişdirərkən isə onların qidalanmamız üçün faydalılığını nəzərə alıb lazım olan mühüm işləri görməliyik. “Mühüm işlərin ən önəmli yerində duran bitkinin yaşaması üçün normal temperaturun əsas götürülməsidir.Yəni hər bitki müəyyən temperaturda normal şəkildə böyümə qabiliyyətinə malikdir.Daha sonra su və torpaq kimi abiotik amillər nəzərə alınmalıdır”(3). Bu qanunauyğunluğa doğru-düzgün əməl olunduqdan sonra biz digər lazımlı qaydaları tətbiq etməklə sağlam şəkildə lazımlı bitkiləri yetişdirə bilərik.Bu bizdə ölkə daxilində mühüm organik bitki təminatını ödədikdən sonra,işlərimizi sürətləndirib xarici bazarada organik bitki ixracına nail ola bilərik.
Xülasə
Bitkİ yetİşdİcilİyİ
XƏYALƏ RAMAZANOVA
Mövlana Cəlaləddin Ruminin dəyərli bir fikri vardır:-Deyir ki, özünü dərd hesab edərsən,halbuki dərmansan.Özünü qapıdakı kilid hesab edirsən,halbuki onu açan açarsan.Özünü kiçik görməyi burax.Sən yeriyən kainatsan deyə xitab edir insan övladına!
Əslində söylənən bu fikirdə böyük bir hikmət vardır.İnsanlar bu hikməti dərk edərək doğru-düzgün bir çox qaydalara əməl etsələr,qarşılaşdıqları ekoloji problem,sağlamlıq problemləri kimi yaranmış qeyri normal vəziyyəti elə köklü şəkildə həll edə bilərlər.Bu kimi qlobal probl emlər insanlarda həyat şəklinin normal yaşam tərzindən çıxmasına səbəb olmuşdur.
Biz özmüzü bu problemlər qarşısında kiçik görməməliyik. Yaratdığımız fəsadları elə özümüzdə həll etməliyik.Bunun isə əsas şərti organik yetişdirilmiş bitki kütləsini artırmaq və cəmiyyətdə düzgün maarifləndirmə aparmaqdır.
Texnologiyanın hökmranlıq etdiyi bir dövrdəyik.Texnoloji avadanlıqların nə qədər üstün cəhəti olsada,insan orqanizminə mənfi təsiri qaçılmazdır .Həddindən artıq radioaktiv çirklənməyə məruz qalmış insan orqanizimi,kimyasal gübrələrlə bəslənmiş bitki qəbulu bizim immunitet sistemimizi sıradan çıxarır.Təbiiki güclü immuniteti olmayan orqanizm istənilən xəstəliyə qarşı dözümlü olmayacaq.Əgərki istifadə etdiyimiz bitkiləri organik şəkildə yetişdirə bilsək ,o zaman daxili immunitetmizi normal səviyyədə bərpa edə bilərik.Bioloji terminlə desək orqanizimimizi xəstəliklərdən mühafizə edən interferon zülalımız normal səviyyədə olsa istənilən virus xəstəliklərinə qarşı özümüz qalib gələ bilərik.Eyni zamanda orqanlarımız organik bitki hesabına digər xəstəliklərdən əziyyət çəkməzlər.
Ədəbiyyat
- Hüseynzadə R.L. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: ADPU, 2020, 538 s.
- Hasan Baydar. Tibbi və Aromatik bitki yetiştiriciligi. Ankara, 2007
- Quliyev F. Əsərlər toplusu. I cild. Bakı: Müəlllllim – 2013, c. 358.
Məqalə çox əhəmiyyətli və aktualdır
Çap edilməsi məsləhətdir.
Prof. Rüfət Hüseynzadə
Müəllifin məqaləsi səhifədə: 55-57
Jurnalı yüklə