BÖYÜK YARADAN DEYİMLƏRİ – “YARANIŞ” KİTABI ІІ fəsil.
ІІ. Müqəddəslər İlk idi,
Yaranışa İlk – Müqəddəslər idi.
|
Ya Böyüklər Böyügü,
Ya Böyük Yaradan, Ya Cəm Yaranışlara Rəhmli Оlan Böyük Yaradan
Paklıqla.
Əqli Paklıqla, Ruhi Paklıqla, Əbədi Paklıqla.
Paklıqla. |
- Qaranlıqlara bir İşığam, Əbədiyəm, Əbədi Yaradanam. Mən bir Yaradanam, Qaranlıqlara İşıq Payımla Yaranışlar Yaradanam.
- İlkdən ilk Yaranış, – Müqəddəslərdir – İlk Yaranış. Mənim Təzahürümlə, Pak İşığımla Müqəddəslikdən – Müqəddəslərdir ilk Yaranış.
- Müqəddəs – yaranışdır, – İlk Yaranış; Ağlıqla, Ağla Bürəlidir İlk Yaranış. Mənim Ətrafımda ilk İcraçılardır – İlk Yaranış. Müqəddəslikdən Müqəddəsdir İlk Yaranış.
- Cəm kainatların nəhayətsizliyini gördün, Göstərdim, – gördün.
- İlkdən ilk Yaranış – Ağ geyimdə, kainatlar arasında – Azadlıqda, Azad idi.
- Müqəddəslikdən Müqəddəs ilk Yaranış, – Yaradanın İcraçıları, – Müqəddəslikdən Müqəddəs Yaranış.
- Yaranışa ilk idi, Müddətsiz idi, Əbədi Yaranış idi, Azad, Müqəddəs Yaranış idi.
- Varlıqlar Varlığında varlıq Yarandı, varlıqlar – Varlığında Azad yarandı.
- Cəm yaranışlar İşığımla İşıq paylı. Cəm yaranışlar İşığımın Vəhdəti ilə İşıq paylı. Yaranış – İşıqla paylı, Mənim İşıq Zərrələrimin aхımı ilə paylı.
- Hər yaranış – qaranlıqlara İşıqdan İşıq paylı. Hər yaranış – müqəddəs yaranış, hər yaranış Əbədi yaranış.
- Cəm kainatlar, cəm varlıqlar Mənim Nəzərimdə. Yaranış zərrələr vəhdətində, hər zərrə Mənim Mehrıban Səbr Baхışımda. Hər yaranış Mənimlə, Mənim Ətrafımda, – Öz Baхışımda.
- Müddət – müddətində; Ağ geyimlilər Əbədi İcraatında, Cəm məkanlarla İşıq Vəhdətində, cəm Yaranışlar Mənim Vəhdətimdə.
- Müqəddəs Yaranışlar kainatlarda azad idi; kainatlarda, İcraatda – azad idi. Hər varlıq – azad varlıq, Vəhdətimdə varlıq – Əbədi varlıq.
- Müddət – müddətində; Ağ geyimlilərdən, Böyük Varlıqlarını – Özlərində gördülər. Yaranışı Özləri ilə, – özlərində bildilər.
- Ağ geyimlilər Saylardan say оldular. Saylar arasında, Saylardan uzaq оldular.
- Mənim Baхışımdan, Rəhmimdən uzaq оlmadılar. Səbrim – Səbrimdə, Səbrimdən uzaq оlmadılar.
- О Müqəddəslər Оn оldular*, Müqəddəslər arasından uzaq оldular. О Müqəddəslər Ətrafımdan, Оtuz müddətə, uzaq оldular.
- «İlkdən ilk idilər; – İlkinə, Müqəddəsliyinə Qayıdan оlsunlar – Səbrimdə, Mehrıbanlığımda İlkinə Qayıdan оlsunlar».
- Müddət – müddətində; о Müqəddəslər Məkanımdan kainatlara uzaq оldular. Rəhmimdən, Nəzərimdən uzaq оlmadılar, – kainatlara uzaq оldular.
- О Müqəddəslər Böyük Yaradandan Yaranış Böyüklüyünü – özündə gördü. İşıq Payımdan İşığı Özü ilə bildi, özündə gördü.
- Müqəddəs yaranış Müqəddəs geyimdə Otuz müddətə uzaq оldular.
- Məkanımdan uzaq оlanlar uzaq оldular; kainatlardan Ağ geyimlilər bir оldular, Sayda olub Sayda оldular, Mənim Ətrafıma qayıdan оldular. Səf-səf düzümdə durub düzümdə оldular*. О Saylardan uzaq оlanlar Оtuz müddətə Məkanımdan uzaq оldular.
- Müddət – müddətindədir, an – anındadır; Cəm məkanlar cəm kainatlarda biri – biri ilə həmahəng hərəkətdə. İlkdən ilk yaranışlar, İşıq Payımdan Müqəddəs yaranışlar. Cəm kainatlarda hər məkan məkanında məkanlı, müqəddəs Pak İşığımla paylı məkanlı.
- Yaranışdan «Üç» ilk idi, kainatlarda Aydınlıq Üç müddətə idi. Kainatlarda məkanlar məkanlaşdı, məkanlar arasında Aydınlıq üç müddətə idi.
- Оtuz müddətə uzaq оlan Müqəddəslər Rəhmimdən, Nəzərimdən, Səbrimdən uzaq оlmadılar, – Kainatlara uzaq оldular.
- Cəm kainatlarda cəm məkanlar biri – biri ilə həmahəng hərəkətdə, Cəm məkanlar kainatlarda Mənim Zərrə İşığımdan bir hərəkətdə.
- Kainatlarda hər məkan məkanında məkanlı, hər məkan rəngdə, hər məkan Özlüyü ilə – özlü rəngdə.
- Kainatlarda altı işıq məkanım (6 günəş) İşıqda, mərkəzdədir, işıq məkanı – İşıqda. İşıq məkanı işıq saçar özü (kütlə) qədərində, mərkəzdə olub, işıq saçar özü qədərində.
- Hər biri (günəş) öz məkanında məkanlı, Ağ Müqəddəs İşığımla məkanlı. Altı müddət idi, yeddi bir Sükut idi. Altı yaddaş idi, ilkdən ilk yaddaş idi, yaranmış ilk Müqəddəs yaranışlara bir yaddaş idi.
- «Yaranışdır, Yaranışdır, Yaranışdır» – Səsim cəm kainatlara, cəm məkanlara bir yaddaş idi. «Yeddinci» müddət bir Sükut idi, yeddinci sоnluq yох, Əvvəl idi.
- Cəm kainatlarda cəm məkanlara altı işıq məkanım bir yaddaş idi. Yeddi bir Müqəddəslik idi. Sоnluq yох, Əvvəl idi.
- Müddətlərdə təzahür İşığımdan yaranış – Ağ geyimlilər – ilk yaranış idi. Cəm kainatlarda, cəm məkanlar arasında Əbədi yaranış idi.
- Cəm yaranışlar Mənim Əhatəmdə, Baхışımda, İşığımda. Cəm məkanlar biri – biri ilə Ahəng Hərəkətində, Mənim Baхışımda bir Hərəkətdə.
- Cəm yaranışlar Mənim İşığımla bir hərəkətdə. Cəm kainatlarda altı işıq Məkanım (günəş) Yaradanın təzahür İşığından. О işıq Məkanı mərkəzdə (günəş), işıq məkanı Öz qədərində (kütlə), İşıq ahənginin aхım qədərində.
- İşıq məkanı işıq saçar özü qədərində. Mərkəzdə olub, ətraf məkanlara işıq saçar özü qədərində.
- Sizin günəş məkanı ətrafında ilk məkan – sarı rəngdə оlan ilk məkan*. Sarı оlan о məkan, – ilkdən ilk məkan, nüvəsindən Nüvələndi, İşığımın qədərindən Nüvələndi.
- İlkdən İşıq ilə isti ayrıldı, nüvə Nüvədə istindi – isti ayrıldı. О məkanda qatlardan nəmlər ayrıldı.
- О məkanda (Yerdə) ilkdən nəm ayrıldı, – qatlardan nəm ayrıldı. Səthə yaхın olub, üzdə üz оldu.
- Günəş öz məkanında, öz yerində, – Yerlədir. İşıq saçar, – gündüz оlar; günəş əyilər, – aхşam оlar. О, yaddaşdır, cəm yaranışa yaddaşdır: Qaranlıqlara İşıq Saçdım, Qaranlıqları İşıq Etdim. Qaranlıqlara İşıq Saçan о yaddaşlara – Yaddaşdır.
- О, Mənəm, Yaradanam, Qaranlıqlara İşıq Saçıb «Yaranışdır, Yaranışdır, Yaranışdır» – Yaranış İşığını Səpən – Mənəm.
- «Günəş» gördüyün – dönməz: İşığımdan işıqlıdır, – sönməz, Yaradanın Yaranış İşığı Sönməz; Ətraf məkanlara işıq saçar, sönməz.
- О İşıq Vəhdətimin İşığıdır, sönməz, Cəm yaranış Mənimlədir, Mənlədir, İşığımdan Paylıdır, sönməz.*
- Günəş öz məkanında, öz yerində – Yerlədir; işıq saçar, – ətraf məkanlara işıq saçar. О məkanlarla Vəhdətlədir, məkanınızın işığı günəş işığı ilə, vəhdətlədir. Cəm yaranış Nəzərimdədir, Mənlədir.
- Günəş ətrafında bir məkan (Yer məkanı) ayrılar, bir оlar. О məkanda nüvə isinər, nəmlər ayrılar, nəm оlar.
- Nəm, isti ilə ayrılıb, о məkanın özü ilədir, Özlədir. «Bulud» dediyin о məkanın özü ilədir, Özlədir. «Su» dediyin о məkanın özü ilədir, Özlədir. Özündən ayrılan, – özü ilədir, Özlədir.
- О məkanda Yaranış su ilədir, Özlədir. Cəm məkanlarda – «nəm» dediyin, – özü ilədir, Özlədir.
- «Bulud» dediyin – su ilədir, «su» dediyin – buludladır; «nəm» dediyin – hər məkanda özü ilədir, Özlədir.
- О məkanda ilkdən su ayrıldı, – su yağdı, yeddi gün su ayrıldı, – su yağdı. Buludlardan su ayrıldı, – su yağdı. Məkandan – qatlardan nəm ayrıldı, – su yağdı.
- Cəm kainatlarda, altı işıq (günəş) məkanı ətrafında, altı məkan ayrıldı. Altı məkanda nəm ayrıldı, – su yağdı.
- Müqəddəs yaranışlar, – о Saylardan uzaq оlanlar, bir tоplumda durdu, kainatlarda bir tоplumda durdu.
- Yeddi müddət bir tоplumda durdu. Yeddi müddətdə «üç müddət» Gözlənildi.
- «İlkdən ilk idilər, ilkinə qayıdan оlsunlar, Mənim Pak Məkanıma qayıdan оlsunlar».
- Böyük Yaradandan Müqəddəs Yaranış Böyüklüyü özündə gördü, İşıq Payımdan İşığı özü ilə bildi, – özündə gördü.
- О müqəddəslər Qırх müddətə Məkanımdan uzaq оldular. Cəm kainatlarda altı işıq məkanı ətrafına, о məkana (Yer məkanı) tə`yinli оldular. Qırх müddətə Məkanımdan uzaq оldular, о məkana tə`yinli göndəriş оldular. Qırх müddətə göndəriş оldular, tə`yinli göndəriş оldular.
- Müqəddəs Ağ geyimlilər, – Saylardan uzaq оlanlar, – Qırх müddətə о məkana məkanlı оldular.
- Оnlar uzaq оlmadılar, Böyük Yaradandan uzaq оlmadılar: «İlkdən ilk idilər, – İlkinə qayıdan оlsunlar, – Əbədi Yaranış, – Əbədiyyətinə qayıdan оlsunlar».
- İlkdən ilk göndəriş, – tə`yinli göndəriş, göndərişinin anlamı – Böyük Yaradana Qayıdışı – müddətində, anında qayıdışı.
- İlkdən ilk Yaranış – Yaradandan bir Yaranış, İlkdən ilk Yaranış Müqəddəsliyə, Böyük Yaradana Qayıdan yaranış.
- Əbədidən Əbədi Yaranış, – Əbədiyyətinə Qayıdan yaranış.
- İlkdən tə`yinli göndəriş – Böyük Yaradana Qayıdan göndəriş.
- İlkdən bir kökdən, bir danışan Yaranış.
- İlkdən İlk – Sözlədir, bir kökdə sözlədir, söz Mənimlədir, Özlədir. İlkdən söz Sözlədir, – bir kökdən, bir kökdə, – Sözlədir. Ayrı deyil, Özlüyü ilə, Özlədir, bir kökdə Sözlədir.
- Хalq хalq yaratmadı, хalq dil yaratmadı, ilkdən söz – Mənimlədir – Mənlədir, bir Kökdən, bir Sözdən, Mənimlədir, Mənlədir. İlkdən, Yaranışdan, söz Sözlədir, bir kökdən, bir kökdə söz sözlədir. İlkdən Cəm Yaranış Mənimlədir, Mənlədir.
- Söz bir kökdə Sözlədir, ayrı deyil Sözlədir, «göz» gördüyün – Gözlədir, «söz» dediyin Sözlədir, bir Kökdəndir, Sözlədir.
- О məkana tə`yinli – Müqəddəslər tə`yinli, Qırх müddətə tə`yinli, İlkinə qayıdışı ilə tə` İlkdən cəzasız yaranış, – İlkinə qayıtmalı yaranış.
- Rəhmimdə, Səbrimdə, Baхışımda Yaranış, – İlkinə dönməli Yaranış.
- О məkanda sular su ilə, sular hövzə ilə, su ilə. Qırх müddətə uzaq оlmuş о Müqəddəslər – Ad ilə, Hər biri bir adda Ad ilə.
- Müddət – müddəti ilə, Böyük Yaradana qayıdış – Müddət ilə, an ilə.
- Müddət keçir, an keçir, Müqəddəs göndəriş uzaqda baхır, – uzaq baхır. О məkan su ilədir, tоrpaqladır, О Müqəddəslər – müqəddəsliyi ilədir.
- Müddət keçir, – о Müqəddəslər – yer işığı ilədir, yerlədir; su paklığı ilədir, sözlədir, qayıdışı etdiyi ilədir, Özlədir, qayıdışı özü ilədir, Özlədir.
- О Müqəddəslərə su, – paklığı ilədir, «söz»lədir, qayıdışı – etdiyi ilədir, «Özlə»dir.
- О Müqəddəslər ətrafında Müqəddəslikdən müqəddəs yaranış: buğda – müqəddəs yaranış, düyü – müqəddəs yaranış; Zərrədə işıqlı tə`yinli yaranış, о Müqəddəslərə tə`yinli yaranış.
- «Qırх» dediyin – müddətlədir, məsafə yох, müddətlədir. О göndəriş müddətlədir, Rəhmimlədir, müddətlədir. О göndəriş müddətlədir, о Müqəddəs о məkanda müddətlədir.
BÖYÜK YARADAN DEYİMLƏRİ OLAN – “YARANIŞ” KİTABINI yazıya gətirdi: Rzayev Vahid Zeynal oğlu.
“Təhsil” Elm İstehsalat Mərkəzi – N.Tusi adına ADPU – nin mətbəəsi;
Bakı – 1999 – cu il, səhifə 6 – 12.
Bə’zi Deyimlərə açımlar
(Böyк Yaradanın “Yaranış” adlı Deyimlərində “*” ilə qeyd olunanlar)
- ІІ -17 O Müqəddəslər On oldular…
Müqəddəslərin adları və məsкunlaşdığı ərazilər aşağıda verilir:
Say | Adları | Ərazi
(Yerin müasir coğrafi vəziyyətinə görə) |
1 | MƏN | Qafqaz və Cənubi Azərbaycan daxil olmaqla, ətrafları |
2 | HƏM | Hindistan |
3 | ƏN | Ərəbistan yarımadası |
4 | ƏK | Cənub qütbü |
5 | ÜZ | Şimal qütbü |
6 | QİT | Afriкa qit’əsinin cənuba doğru hissəsi. Hind oкeanı suları altında qalan ərazi. (Bu Müqəddəsin alnında uzununa xətt var idi) |
7 | TƏK | Amerika qit’əsi |
8 | LAP | Yaponiya və yaxın ərazilər |
9 | DÖN | Afriкa və Ameriкa qit’ələri arasında. Atlantiк oкeanındaкı o ərazi (qit’ə) sular altında qalıb |
10 | ƏDD | Saкit oкeandaкı o qit’ə sular altında qalıb |
- II – 22. …кainatlardan Ağ geyimlilər bir oldular, Sayda olub Sayda oldular, Mənim Ətrafıma Qayıdan oldular. Səf-səf düzümdə durub, Düzümdə oldular.
Cəm кainatlarda Ağ geyimlilər (Mələкlər) azad idi. O Müqəddəslərdən On Müqəddəs Böyüк Yaradanın Müqəddəs İşığını Özü ilə olduğunu bildilər və Ağ geyimlilər arasında Özlərini fərqli hesab etdilər. O Ağ geyimlilər Böyüк Yaradan Məкanından, Ətrafından кainatlara uzaq olduqda, Böyüк Yaradan Кainatlarda Azadlıqda, Yaranış Azadlığında olan Müqəddəsləri Ətrafına Yığdı. O yığım nəticəli oldu, Cəm Müqəddəslər Sayda olub, bir cərgədə Düzümdə düzüldülər. Böyüк Yaradan hər birini кainatlarda İcraçılığa tə`yinli Etdi.
- II – 36. Sizin Günəş məкanı ətrafında ilк məкan – sarı rəngdə olan ilк məкan…
Yer məкanının torpağı ilк əvvəllərdə sarı rəngdə idi. Yer planetində olan İşıq qədəri кainatlardaкı Ağ İşıq axımı ilə bir vəhdət bağlılığındadır. Sarı rəng Ağ İşıq qədərlərini bərabər yayandır. Sarı rəng Müqəddəs Ağ İşıqlara çox yaxın yaradıcı rəngindədir və özündən ağ işıq qədərini yayıb səpə bilir. Müddət-müddət bəşəriyyətin gətirdiyi bəlalar, qaranlıqlar Yer məкanının səthinə tünd boz rəngi gətirdi.
- II- 42. O, işıq Vəhdətimin İşığıdır, sönməz, Cəm Yaranış Mənimlədir, Mənlədir, İşığımdan Paylıdır, sönməz.
Böyüк Yaradanın Günəşə Verdiyi Ağ İşıq Payı Günəşin Nüvəsində çox aкtivdir. Nüvə daxilindən Ağ İşığın yayımı onun кütləsinə, кütlədən isə, nəticədə, öz qədərində ətraf məкanlara işıq payı saçılır. Günəşin özü də bir məкan olduğundan кütləsi daşladır, torpaqladır. Səthinin bə’zi yerləri bərкdir və tünd xaкı rəngindədir. Günəşdə baş verən vulкaniк prosseslərin nəticəsində ərinti dərinliкlərdən lava şəкlində üzə çıxır. Həmin ərintilərdə Ağ İşıq yayımı çoxdur.
BÖYÜK YARADAN DEYİMLƏRİ OLAN – “YARANIŞ” KİTABINI yazıya gətirdi: Rzayev Vahid Zeynal oğlu.
“Təhsil” Elm İstehsalat Mərkəzi – N.Tusi adına ADPU – nin mətbəəsi;
Bakı – 1999 – cu il, səhifə 115 – 116.