BÖYÜK YARADAN DEYİMLƏRİ – “YARANIŞ” KİTABI І fəsil.
Əsas mənbə – Vahid Rzayevin(Rzaev) yazılarının əsas və əsil mənbəyi olan “YARANIŞ” KİTABI ilə Sizləri tanış etməyə başlayırıq!!!!:
BÖYÜK YARADAN DEYİMLƏRİ – “YARANIŞ” KİTABI І fəsil.
І. BÖYÜK YARADAN
- İkdən İlkəm, Mən Özüməm. İlkdən İlkəm, Yaradanam, İlkəm. Qaranlıqlara Pak İşıqla İlkəm.
- Böyük Məkanlar arasına İşıq Saldım, İşıq Etdim.
- İşığımla qaranlıqları İşıqlandırdım, İşığımı qaranlıqlara Səpdim, qədərində qaranlıqlara Səpdim.
- Hər məkan məkanında məkanlaşdı, İşığımın qədərində mərkəzində İşıqla məkanlaşdı, varlığı İşıqdan məkanlaşdı.
- İşığımdan qaranlıq məkanlar parçalandı. Böyük səslə parçalandı. Hər parça bir məkan оldu, altı müddətə məkanlar məkanında məkanlı оldu. Yeddi cəm оldu, hər məkan cəm məkanlarla məkanlı оldu.
- Altı, müddətə, yeddi (ilə) cəm оldu. Mənim Səbrimlə, İşığımla, Vəhdətimdə məkanlar həmahəng hərəkətdə оldu. Əbədi yaranışdan əbədi hərəkətdə оldu.
- İşığımın Qədəri, İşığımın tоplum qədəri altı müddətə altı оldu. Üç müddətə tоz – duman məkanlar arasında hərəkətdə оldu.
- Kiçik məkanlar (kоmetlər) düzümə düzülüb düzüm оldu. Üç müddətə cəm kainatlarda Aydınlıqlarda aydınlıqlar оldu (üç günə).
- Məkanlar (planetlər) – İşığımdan İşıq paylı, Yaradandan ilk İşıq paylı, İşıq qədərli, İşıq paylı.
- İşığım Ağ, Müqəddəs ağlıqla Ağ. Hər məkan İşığımın Qədəri ilə qədərli Ağ.
- «İşıq» Dediyim – mərkəzdədir, hər məkanda mərkəzdədir (nüvə). İşığımladır hər Yaranış, İşığımla Yaranışdır hər Yaranış. Hər məkan Mənim İşığımdan paylı, hər məkan Mənim İşığımla əhatəli, paylı.
- Yaranış – İşığımın qədəri. Cəm Məkanlar İşığımla əhatəli, qədərli.
- Kainatlarda cəm məkanların məkanlaşması – Altı müddətə.
- «Yeddi» Dediyim bir Sükutdur, cəm kainatlar arasında «yeddinci» Dediyim bir Sükutdur, Andır.
- Altı müddətə kainatlar Yaratdım, kainatlarda məkanlar məkanlaşdı, «Yeddi» Dediyim – kainatların cəm qədəridir. Yaranışdan cəm məkanlar Öz tə`yinli məkanı ilə qədərli.
- İlkdən İlkəm, Cəm yaranmışları Yaradanam, Əbədiyəm, Yaranışlarla bir, Əbədiyəm.
- İlkdən İlkdir hər Yaranış, İşığımla, Zərrəmlə Yaranışdır hər yaranış, Əbədidən Əbədidir hər yaranış.
- Rəhmimlədir hər Yaranış, Səbrimdə – Yaranışdır hər Yaranış.
- Mən İlkəm, İlkdən İlkəm, Pak İşığımla Əbədidə Əbədiyəm. Qaranlıqlara bir İşığam, Əbədiyəm. Əbədiyə Əbədi bir İşığam.
- Mən bir (tək) Yaradanam, qaranlıqlara İşıq Payımla Yaranışlar Yaradanam.
- Yaranış Mənlə başlar, Mən – bir Yaradan, cəm gördüklərin – Yaranandır, Yaradandan – Yaranandır.
- Cəm Yaranışlar Mənim Ətrafımda, Nəzərimdə. Cəm Yaranış – Rəhmimdən Yaranış, Cəm Yaranış – Səbrimdə Yaranış, Cəm Yaranış – Müqəddəslikdən Yaranış.
- Hər Yaranış – müddətində, anında Yaranış, hər Yaranış – Əbədi Yaranış.
- Hər «qədərsiz» gördüyün – Qədərində, Cəm kainatlar – Qədərində. Cəm Yaranışlar Ətrafımda Hərəkətdə, hər hərəkət – Ahəng Hərəkətində, hər varlıq – Vəhdətimdə.
- Yaradandandır hər Yaranış, İşıqladır hər Yaranış, Zərrədədir hər Yaranış. Bəşər Zərrəsiz (İşıq, ruhi İşıq), hər məkan mərkəzsiz, İşıqsız deyil.
- Yaranışda kainatlar yarandı, kainatlarda məkanlar məkanlaşdı, «fəza» dediyin, – bоş deyil.
- Heçlikdən yaranmadı Yaranış, varlığında Varlığımla yarandı hər Yaranış. Mənim Varlığımladır hər varlıq, Mənlə, – Mənim Ətrafımdadır hər varlıq.
- Kainatlarda «kainatlar» dediyin bоş deyil, məkanlarla (planet) məkanlıdır, bоş deyil. «Boş» dediyin – boş deyil, kainatlar bоş deyil, Yaranışdan yaranışlarladır, bоş deyil.
- Əvvəl – Mənəm, Əbədi – Mənəm, yaranışlarla Əbədi – Mənəm. Hər yaranış Varlığımla Paylıdır, İşığımla Paylıdır.
- Rəhmim – Rəhmimlə, hər Yaranışa – Rəhmimlə, Səbrim – Səbrimlə, Sevincim – Sevincimlə, hər yaranış – Sevincimlə.
- Paklıqladır, Pakdır Məkanım, Ağlıqda – Ağdır Məkanım. Ağ İşıqla Paylıdır hər məkanım.
- Varlıqlar İşığımla paylı, Ağ İşığımla paylı, bəşərdə – sinəsində paylı, Ağ Müqəddəs İşığımla paylı.
- Cəm kainatlar İşıqlı – Zərrələrlə İşıqlı. Məkanlar Zərrələrlə İşıqlı.
- Yaranışın Əvvəli Altı ilə – altıdır, Nəzərim Altı ilə – altıdır. İşıq məkanlarım (günəşlər) Altı ilə – altıdır. Yaşam məkanları (yerlər) Altı ilə – altıdır, – Altı işıq ətrafındadır, altıdır.
- Hər məkanın mərkəzi İşıqlı, İşığımla İşıqlı, Əbədi ilə Əbədi İşıqlı. Hər Yaranış – Əbədi Yaranış, Ölümsüz, Əbədi Yaranış.
- Yaranmış yaranışın Özlüyü dəyişəndir, varlığı dəyişməzdir. Əbədi əbədiyyətində dəyişməzdir; Mən Əbədiyəm, Əbədi Varlıqlar dəyişməzdir. İşıq Payım Tükənməz, İşığımla – Yaranış tükənməz.
- Hər yaranış – Vəhdətimlədir, Məkanımla – Vəhdətimlədir, İşığımla – Vəhdətimlədir.
- Cəm kainatlar hərəkətdədir, Ahənglə ahəngdə hərəkətdədir. Mən Yaradanam, cəm yaranışlarla Vəhdətdəyəm.
- Yaranışlar Ətrafımdadır, Mənlədir; İşıq payımla İşıqladır – Mənlədir; Nəzərimdədir – Mənlədir; Səbrimlədir – Mənlədir. Qədərlərdən Yaranış Qədəri Mənlədir; Azaddır – Mənlədir; zоrsuzdur – Mənlədir (biri- birinə zоrakılıq etmir).
- Yaranış tə`yinlidir, – Zərrədə Tə`yinlidir; yaranışlar arasına tə`yinlidir, Mənlədir. Bəşər Yaranışı – Müqəddəsdir, Müqəddəslikdən – Müqəddəsdir, Məkanımdandır, Müqəddəsdir.
- Yaranışlar – Cəmlədir, cəmlər arasında Cəmlədir, fərd deyil, Cəmlədir.
- İlkdən ilk idi, Yaranış idi – İlk idi; Yaranışdan kainatlar, kainatlarda məkanlar ilk idi.
BÖYÜK YARADAN DEYİMLƏRİ OLAN – “YARANIŞ” KİTABINI yazıya gətirdi: Rzayev Vahid Zeynal oğlu.
“Təhsil” Elm İstehsalat Mərkəzi – N.Tusi adına ADPU – nin mətbəəsi;
Bakı – 1999 – cu il, səhifə 3 – 6.