Bütün bəşəriyyət ağrıya, əzaba düşəndə, öz dilində öz anasını çağırar.
Hər bir insan hansı qitədə yaşamış olsa da milliyətindən, irqindən asılı olmayaraq əziyyətə düşəndə, əzablı, ağrılı olanda öz dilində “ana” çağırar.
Çünki, o fərd öz yaddaşını ( şüur altı) çağırar. O yaddaş ki, ana varlığında olanda (müəyyən olunmuş müddət ərzində) “İsti yox, soyuq yox, ağrı yox, acmışam yox, suzmuşam yox, təlatum yox, qorxu yox” – u səsləyib çağırar. Əzaba düşəndə öz dilində O anasını çağırmaqla, o “anı” çağırar.
Dahi də, Tiran da əziyyət, ağrı qarşısında acizanə “ana” çağırar.
Yaddaşında – yaddaşını çağırar, o ana varlığını, o vücudu çağırar baxmayaraq ki, o anda anası yaxınlığında, yanında olsa da, yenə də ana çağırar.
Çox körpə uşaq da ağlayanda ailə üzvlərinin hamısı o körpəni sakitləşdirmək üçün qucaqlarına almış olsalar da belə, o körpə yenə də ağlayar. O an Ana körpəsini qucağına alanda o sakitləşər, susar ( süd verməsə də). Niyə? O körpə ana vücudunun istisini, həlimliyini, məhəbbətini tapar ki, susar, sakitləşər, səhv salmaz!
Amma böyük təəccüb, gözlənilməyən hal – hadisə ilə qarşılaşan insan, əlini dizinə vurub “vay ata, vay dədə” – deyər!
Ana haqda kifayət qədər şe`rlər yazılıb və yazılacaqdır da, amma ata haqda şe`rlər demək olar ki, yox dərəcəsindədir.
Ata təəccüb, hökm, gücdür, ana ümiddir, mehribandır!
1969 – cu ilin yay ayında dramaturq C.Cabbarlının “Ana” şe`rini ilk dəfə Naxçıvanda mədəniyyət işcisi Nizami Həmzəyev və elə oradaca həmin şe`ri teatrşunas Cəlil Vəzirovdan diksiya ilə eşitdim. Sonrakı mərhələlərdə televiziya kanalında aktyor Həsən Əblucun ifasında həmin şe`ri dinlədim.
O “Ana” şe`ri yazılmış bütün ana şe`rləri arasında böyük bir nümunədir.
Ana çağırar insan, Ana vücudunda olduğu o anı çağırar insan, ana deyər insan. O anı, təlatümsüzlüyü, ağrısızlığı çağırar insan!
Övlad şirindir, şəkərdir, arzudur, inamdır
Ailəyə bəxş olunmuş övladın da mənaları var, onlar dörd baxımdadır:
Dünya üçün bəxş olunan övlad (dahilər), xalq üçün bəxş olunan övlad ( tarixi şəxsiyyətlər), ərazi üçün bəxş olunan övlad (qəhrəmanlar), ailə üçün bəxş olunan övlad (ailə adını tanıdan, şöhrətləndirən).
Belə övladların bu dünyaya gəlməsi isə ata – ana istəyi və hökmündə deyil!
Hökmlü, güclü “Ata”, ümiddə, mehribançılıqda “Ana”, sevdaya düşəndə “Yar”, haqsızlıq qarşısında isə üzünü kainata tutub “O, bilər” deyər insan.
Vahid Rzayev.
Bu məqalə: 17.02.2014 tarixdə, baxış sayı: 1.483, www.aqra.az saytının Elm kateqoriyasının Fəlsəfə bölməsində dərc edilmişdir.