Cavidi xatırlarkən

   Kitaba XX əsr Azərbaycan ədəbiyyatı və incəsənətinin görkəmli simalarının, tənqidçi və ədəbiyyatşünaslarının, maarif, mədəniyyət və teatr xadimlərinin məqalə və xatirələri salınmışdır. Giriş məqaləsi, bir neçə xatirə və tərtibçinin Cavid haqqında yazdığı və uzun illər şəxsi arxivində saxladığı yazısı ilk dəfədir ki, bu kitabda işıq üzü görür. Kitabı Yüklə  

Mərd olun, mərd ölün.

   Sovet tarixi yalnız sosializmin və xalqın Hitler Almaniyası üzərində qələbəsi tarixi deyildi, həm də milyonlarla günahsız insanların məhvi, faciəsi, repressiyası və öz vətənlərindən didərgin düşməsi tarixi idi. Stalin epoxası və siyasətinin qurbanları barəsində qəmli bir dastanı xatırladan bu kitabda Cavidlərin və başqa namuslu və vicdanlı sovet adamlarının ağrılı-acılı həyatı işıqlandırılır, dünən və bu gün baş verən hadisələr arasında əxlaqi, […]

Əsrin Şairi – (doqquzuncu kitab)

Kitab müasir Azərbaycan ədəbiyyatşünaslığında az araşdırılan bir mövzuya həsr edilmişdir. Müəllif kitabda Cavid lirikasının mövzu və ideya istiqamətini, əsas problematikası müəyyənləşdirir. Şairin şeirlərini mövzusuna görə qruplaşdırır, məlum 68 şeirini təhlil edir. Diqqəti Cavid lirikasının fəlsəfi mahiyyətinə, təkrarolunmazlığına, orijinallığına, elmliklə bədiliyin sintezinə yönəldir. Oxucuda Cavid lirikası haqqında dolğun təsəvvür yaratmağa çalışır. Kitabı Yüklə  

Əsrin Şairi-(səkkizinci kitab)

Müəllif “Əsrin şairi” silsiləsindən səkkizinci kitabın Hüseyn Cavidin nisbətən az araşdırılmış “Maral”, “Şeyda”, “Afət” və “İblisin intiqamı” mənsur dramalarına həsr edilmişdir. Əsərlərin məzmunu, ideya istiqaməti və bədii xüsusiyyətlərilə bağlı geniş araşdırmalar aparılmışdır. “İblisin intiqamı” pyesinin tarixi və müasir aspektdə tədqiqinə xüsusi diqqət və əhəmiyyət vermişdir. Əsərdən çıxış edərək, faşizm və kommunizmin dünya və bəşəriyyət üçün eyni dərəcədə təhlükəli olması haqda […]

Əsrin Şairi-(yeddinci kitab)

Müəllif oxuculara təqdim etdiyi “Əsrin şairi” sil­silə­sin­dən yeddinci kitabını böyük Əmir Teymura və dahi Azər­bay­can şairi və dramaturqu Hüseyn Cavidin mənsur dra­ma­larının ən gözəl və klassik nümunəsi olan “Topal Tey­mur”a həsr etmişdir. O, “Peyğəmbər” və “Xəyyam” mən­zum dramalarının təhlil və tədqiqində istifadə etdiyi üsul və formalardan bu kitabda da istifadə etmişdir. Bununla ənə­nəvi tədqiq və təhlil üsullarından uzaqlaşmış, özü­nə­məx­sus orijinal […]

Azərbaycanlı həkim dünyanın 6 nevroloqundan biri seçilib, 5,3 milyon avro mükafat alıb

Danimarkada yaşayan azərbaycanlı həkim, Dünya Baş Ağrıları Cəmiyyətinin sədri Məsud Aşina nüfuzlu Lundbeck Fondu tərəfindən 5,3 milyon avro məbləğində mükafata layiq görülüb… Danimarkada yaşayan azərbaycanlı həkim, Dünya Baş Ağrıları Cəmiyyətinin sədri Məsud Aşina nüfuzlu Lundbeck Fondu tərəfindən 5,3 milyon avro məbləğində mükafata layiq görülüb. İnterAz-ın məlumatına görə, bununla bağlı Danimarkanın Lundbek Fondunun rəsmi saytı məlumat yayıb.  Məlumatda bildirilib ki, fond […]

Əsrin Şairi – (altıncı kitab)

Kitabda “Əsrin şairi” silsiləsindən Hüseyn Cavidin sovet dövründə qələmə aldığı “Səyavüş” və “Xəyyam” mənzum dramaları araşdırılır və təhlil edilir. Əsərlərin tənqidinə və tamaşalarına ayrıca nəzər salınır. Şərqin böyük alimi və filosofu, İbn Sinaçı Xəyyamın keşməkeşli həyatı və fəaliyyəti tarixilik və müasirlik baxımından tədqiq edilir. Cavidin görkəmli şəxsiyyətlər haqqında və görkəmli şəxsiyyətlərin şair-dramaturq haqqında fikirlərinə ayrıca yer verilir.   Əsrin Şairi […]

Əsrin Şairi – (beşinci kitab)

Bu kitabda “Əsrin şairi” silsiləsindən Hüseyn Cavidin sovet dövründə qələmə aldığı “Peyğəmbər” və “Knyaz” mənzum dramaları araşdırılır. Əsərlərin təhlil və tənqidinə yeni mövqedən yanaşılır. Tənqid tarixinə və teatr tamaşalarına ayrıca yer verilir. «Peyğəmbər» təhlil edilərkən Qurani-Kərim kimi möhtəbər mənbəyə istinad olunur. Oxucuların nəzər-diqqəti pyesin mətninə uyğun gələn surə və ayələrə cəlb edilir.   Əsrin Şairi seriyasından beşinci kitab: Kitabı Yüklə   […]

Əsrin Şairi – (dördüncü kitab)

“Əsrin şairi” silsiləsindən Hüseyn Cavidin mənzum dramalarının üç hissədə çap edilməsi nəzərdə tutulmuşdur. Bu hissədə böyük şair və dramaturqun “Ana”, “Şeyx Sənan”, “Uçurum”, “İblis” mənzum dramaları nəzərdən keçirilir, müasir tələblər baxı-mından araşdırılır və təhlil edilir. Cavid bədii dühasına, əsərlərinin sənətkarlıq xüsu-siyyətlərinə, ədəbi və teatr tənqidinə ayrıca yer verilir.       Əsrin Şairi seriyasından dördüncü kitab:   Kitabı Yüklə       […]

Əkrəm Məmmədli – Azərbaycan muğamları

Ön söz       Görkəmli tarzən, pedaqoq Əkrəm Məmməd oğlu Məmmədli Azərbaycanın qədim diyarı olan Naxçıvan şəhərində dünyaya göz açmışdır. Bakıda təhsil almaqla gənclik illərində əmək fəaliyyətinə də bu şəhərdə-Azərbaycan Dövlət Filarmoniyasının Fikrət Əmirov adına Mahnı və Rəqs Ansamblında başlamışdır. Bir neçə il bu ansamblda çalışdıqdan sonra, o Naxçıvan Dövlət Filarmoniyasına dəvət alaraq burada solist-tarzən, dirijor və bədii rəhbər kimi […]

1 8 9 10 11 12 31