Musiqişünas Jalə xanım Qulamova barədə

Jalə Elman qızı Qulamova 1973-cü ildə Naxçıvan şəhərində ziyalı ailəsində dünyaya gəlib. 1988-1992-ci illərdə Ü.Hacıbəyov adına Naxçıvan  Musiqi  Texnikumunun  «Nəzəriyyə» şöbəsində, 1992-1997-ci illərdə isə Ü.Hacıbəyov  adına  Bakı Musiqi Akademiyasının «Tarix- nəzəriyyə» fakültəsinin «Musiqişünaslıq» şöbəsində təhsil alıb. 1990-1997- ci illərdə Naxçıvan  şəhər 2 saylı uşaq musiqi məktəbində müəllim, 1997-2000-ci illərdə Naxçıvan Dövlət Universitetində baş müəllim, 2003-cü ildən AMEA-nın Naxçıvan  Bölməsinin  «İncəsənət, […]

Naxçıvanın tarixinə dair biblioqrafik siyahı.(Təkmilləşdirilmiş)

Əvvəlki məqalələrdə mə`lumat verdiyimiz kimi biblioqrafiya siyahısı barədə mövzunu davam etdiririk.       28 sentyabr 2016-cı il tarixində  M.S.Ordubadi adına Naxçıvan kitabxanası və onun 1973-cü ildən bəri – 44il müddətində əməkdaşı olanhazırda KitabxanaProseslərinin  Avtomatlaşdırılması  Şöbəsinin müdiri  Südabə  xanım Süleymanova barədə mə`lumat vermişdik.     Bu günlərdə M.S.Ordubadi adına Naxçıvan kitabxanasından Südabə  xanım Süleymanovanın rəhbərliyi,Yeganə xanım Rüstəmovanın və Əzizə xanım Süleymanzadənin köməyi və dəstəyi iləyenidən […]

Xalq rəqsləri tariximizi, milli xüsusiyyətlərimizi özündə əks etdirir

Rəqslər bilavasitə xalq musiqisi zəminində yaranıb və inkişaf edib. Əsrlərin sınağından keçmiş Azərbaycan xalq rəqsləri daim inkişafda olub, öz məna və vüsətini, forma və məzmununu dəyişib, təravətlənib. Ölkəmizin elə bir bölgəsi tapılmaz ki, orada xalq rəqslərimiz sevilməsin, onlardan istifadə olunmasın. Xalq şənliklərini, toy mərasimlərini, bayramları rəqssiz təsəvvür etmək mümkün deyil. Rəqslərimiz ürkək baxış- larla, odlu qəlblərlə, çevik gəzişmə- lərlə, zərif […]

Ömür vəfa etsəydi

İlk dəfə idi ki, çox sevdiyim və hörmət bəslədiyim bir insan, sevimli müəlliməm Əqidə Ələkbərova ilə bağlı yazmaqda çətinlik çəkdim. Onun haqqında indiyə qədər bir neçə dəfə yazmışam. Lakin bu gün o, həyatda olmadığı vaxt söz demək, onu anmaq mənə ağır gəlir. Əqidə Ələkbərova ilə bizim hələ bu yaxın günlərdəki söhbətlərimizi xatırlayanda, xəyalən onun Naxçıvan Musiqi Texnikumunda bizə dərs deyərkən […]

Azərbaycan memarlığının klassikləri Sadıq Dadaşov və Mikayıl Hüseynov

XX əsrin lap əvvəllərində Sadıq Ələkbər oğlu Dadaşov və Mikayıl Ələsgər oğlu Hüseynov dünyaya göz açanda Bakının me`marlıq həyatında böyük canlanma var idi. Bakı özünün artımına görə dünyanın ən böyük və sürətlə inkişaf edən Nyu-York, Paris, London, Moskva kimi şəhərlərlə bir sırada gedirdi. Bö dövrdə Bakıda İsveçdən, Almaniyadan, Polşadan və Rusiyadan olan memarlar işləyirdilər.Kiçik yaşlarından memar olmaq arzusu ilə yaşamış […]

Xanəli Kərimli

Çağdaş Azərbaycan poeziyasının tanınmış nümayəndələrindən biri olan Xanəli Kərimli (Kərimli Xanəli Abbasəli oğlu) 1951-ci ilin noyabr ayının 27-də Şahbuz rayonunun Mahmudoba kəndində anadan olub, şair, ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru, Naxçıvan Dövlət Universitetinin dosenti və həmin universitetdə əcnəbi tələbələrlə iş üzrə dekan, II çağırış Naxçıvan MR Ali məclisinin deputatı, Naxçvan MR Əməkdar müəllimi, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.  O bir sıra […]

Gəmiqaya-Qobustan mədəniyyəti

1.1Mövzunun aktuallığı Azərbaycan prezidenti İlham Əliyevin «Qobustan Dövlət tarixi-bədii qoruğu ərazisində yerləşən tarixi və mədəni sərvətlərin qorunması haqqında» 11 iyun 2007-ci il tarixli sərəncamında göstərilir ki. Qobustan Azərbaycan xalqının Milli sərvətidir.     Qobustan dövlət tarixi-bədii qoruğu ərazisində yerləşən Milli sərvətlər xəzinəsinin qorunması və gələcək nəsillərə çatdırılması, eləcə də Azərbaycan Respublikasının qədim mədəni irsinin geniş miqyasda təbliğ olunması Sərəncamda xüsusi […]

Realizmin duyğulandırıcı görüntüləri rəngkar Həmzə Sadiqovun yaradıcılığı haqqında

Qənaətimcə, Naxçıvanda doğulanlar üçün rəssam olmaq həm asandır, həm də çətin. Asandır ona görə ki, sənət həvəsli insanların çoxu üzünü görmədiyi məşhur Bəhzruz bəy Kəngərlinin adını eşidib rəssam olmaq həvəsi ilə yaşayır. Amma rənglərlə baş-başa qalanda, rəssamlığın çoxlarının görə və duya bilmədiyi çoxqatlı çətinliklərdən ibarət olduğunu dərk edəndə, üstəlik, Bəhruz bəyin də yalnız ölümündən sonra onu tapan şöhrətinin sayagəlməz mərhumiyyətlərdən […]

Oxu tar, oxu tar, Səni kim unudar?

Görkəmli şairimiz Mikayıl Müşfiqin qələmindən süzülən bu sətirlər tar ifaçılığı ilə məşğul olanların dilinin əzbəridir. Bu qədim musiqi aləti insanın daxili aləminə güclü təsir imkanlarına malikdir. Bu səbəbdəndir ki, dünya mədəniyyətinin nadir incilərindən sayılan Azərbaycan muğamları tar kimi ecazkar musiqi aləti sayəsində sənət qələbəsi qazanıb, əbədi zirvə fəth edib. XIX əsrin ortalarında Sadıqcanın tarda yaratdıqlarını ölməz bəstəkarımız Üzeyir Hacıbəyov daha […]

Ustad sənətkarın yubileyi qeyd edilib

Oktyabrın 1-də Naxçıvan Dövlət Filarmoniyasında ustad tarzən, bəstəkar-pedaqoq, Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü Əkrəm Məmmədlinin 70 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov açıb.  Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış edərək bildirib ki, […]

1 14 15 16 17 18 31