Ziyadxan Əliyevin İlham Səfərlinin yaradıcılığı haqqında fikirləri

Sənət aləmində bənzərsizlik ən ümdə şərtlərdən biridir. Bu özünəməxsusluq hər bir yaradıcının uzun sürən, böyük zəhmət tələb edən gərgin axtarışlarının sayəsində yaranır. Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən olan İslam Səfərlinin ailəsində dünyaya göz açan İlham Səfərlini sənətsevərlər məhz bu cür fərdi yaradıcılıq üslubuna malik, yaradıcılığı axtarışlarla zəngin olan rəssam kimi tanıyırlar. Ötən əsrin yetmişinci illərindən başlayaraq müxtəlif miqyaslı sərgilərin iştirakçısı olan […]