Erkən orta əsrlərdəki Azərbaycan Renessansı

Bəzi alimlər qeyd edir ki, Marağadakı və digər İslam ölkələrindəki alimlər qədim yunan alimlərinin əsərlərindən istifadə edərək, köçürücü funksiyasını yerinə yetirmişdilər. Əlbəttə, belə bir fikir ilə qətiyyən razılaşmaq olmaz. Qədimdə yaranan elmi əsərlərin surətləri çoxaldılan zaman onların inkişaf etdirilməsində Şərq alimləri elmdə əsl inqilab etmişdilər. Avropadan qabaq Renessans mədəniyyətinin şərqdə yaranmasını iddia etsək, biz bu məsələdə heç də yanılmarıq. Renessans […]

18 fevral Görkəmli Azərbaycan alimi Mühəmməd Nəsirəddin Tusinin doğum günüdür.

Elm dünyasının şahı Nəsirəddin Tusi XIII əsrdə, zəmanəsinin görkəmli filosofu, astronomu, riyaziyyatçısı, tarixçisi, coğrafiyaşünası, maliyyəçisi və hüquqşünası sayılan Azərbaycan alimi, Tusi təxəllüsünü götürmüş Mühəmməd ibn Mühəmməd ibn Həsən Nəsirəddin Tusi (1201-1274) Azərbaycanın mərkəzində yerləşən Marağa şəhərində, şəxsən özünün layihəsi ilə rəsədxana inşa etdirmiş və orada işləmişdir. Əsas mənbələrdə göstərilir ki, Nəsirəddin Tusi 1201-ci ilin fevralın 18-də Həmədan şəhərinin Bahar bölgəsində […]

Bu gün AMEA Geologiya İnstitutunun “Analitik cihaz və avadanlıqlardan kollektiv istifadə” mərkəzinin rəhbəri Nazim Sadıqovun doğum günüdür

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun “Analitik cihaz və avadanlıqlardan kollektiv istifadə” mərkəzinin rəhbəri Nazim Sadıqovun doğum günüdür. O, Azərbaycanın əməkdar mühəndisidir. Həmçinin 15-dən artıq elmi işləri var. Rentgenspetrik, spetrik və fiziki-kimyəvi üsulla filiz, torpaq, süxur,  bitki, bitki qalıqları, sularda atom absorbsiyası, alovlu-fotometrik elementlərin sayının hesablanması kimi elmi tədqiqat işləri son 30 ildə birbaşa onun adı ilə əlaqəlidir. […]

Dərviş Cavanşir – Cavanşir Eloğlu

Dərviş Cavanşir – Cavanşir Eloğlu – Elinin, Vətəninin oğlu Məmmədov Cavanşır Musa oğlunun bu gün 61 yaşı olacaqdı… Hələ vəfatından 40 gün keçməyib. Əlimizdəki imkanlar daxilində yazıçı dostu Əlabbasın 10 dekabr 2010-cu il tarixli yazısını diqqətinizə təqdim edirik. Sağ olsun Əlabbas müəllimi ki “SAĞLIĞINDA” onun şəxsiyyətinə, yaradıcılığına, talantına, dərvişliyinə qiymət verə bilmişdir. Şükürlər olsun ki, onun sağlığında mərhum Məhərrəm Zamanın […]

İmdad Tağıyev “Qarayazınamə”

Görkəmli ziyalı, “Təhsil” cəmiyyətinin yaradıcılarından biri, fizika-riyaziyyat elmləri namizədi, dosent İmdad Hüseyn oğlu Tağıyevin (1938-1997) doğulub boya-başa çatdığı qədim Azərbaycan diyarı Borçalı barədə yazdığı “Qarayazınamə” poeması müəllifin sağlığında “Təhsil” cəmiyyətinin nəşriyyatında “Təhsil” qəzetinin baş redaktoru Müşviq Çobanlının (Borçalı) yaxından köməyi ilə, o dövrün imkanları daxilində, cəmi 70 nüsxədə kitabça şəklində nəşr olunmuşdur.   Son aylarda “Təhsil” cəmiyyətinin sədri dosent Nuqay […]

Görkəmli pedaqoq Lətif Hüseynzadə BDU-nun ilk mətbuat orqanı barədə

BDU-nun ilk mətbuаt оrqаnı –“Studеnt-jurnаlist” qəzеti оlmuşdur. Çохlаrı еlə hеsаb еdir ki, BDU-nun ilk mətbuаt оrqаnı əvvəllər “Lеnin təbiyəsi uğrundа” аdı ilə burахılmış “Bаkı Univеrsitеti” qəzеtidir. Lаkin, bir neçə il bundan əvvəl rеdаksiyаmızа dахil оlmuş bir məqalədə göstərilmişdir ki, Universitet tarixində tələbələr üçün ilk mətbu orqan Bakı Dövlət Universitetinin “Student –jurnalist” qəzeti olmuşdur. Bu məqalənin müəllifi ədəbiyyatşünas alim, “İstiqlal” ordenli, […]

Fəxrəddin Salimi tanıyaq

Fəxrəddin Salim (Baxşəliyev Fəxrəddin Elşad oğlu) 1969-cu ildə Naxçıvan MR-in Şahbuz rn. Kükü kəndində doğulub. İlk təhsilini Naxçıvan şəhər H.Cavid adına 5 saylı orta məktəbdə alıb. 8 illiyi bitirəndən sonra Naxçıvan Musiqi texnikumuna daxil olub. 4 il də orada görkəmli tarzən Naxçıvan MR-nın əməkdar mədəniyyət işçisi Əkrəm Məmmədlinin sinfində təhsil alıb. Sonra 1988-ci ildə hərbi xidmətə gedib. 1990-cı ildə qayıdıb. […]

“Ноев Ковчег и Гямигая-Гобустанский Алфавит” kitabının xülasəsi

“Xülasə” Bu günlərdə Azərbaycanın görkəmli alimi Əjdər Fərzəlinin (1937-2011) “Ноев Ковчег и Гямигая-Гобустанский алфавит” əsəri yenidən işıq üzü görüb Xatırladaq ki, məşhur dilçi Naxçıvan qayalarında, Bakı yaxınlığında Qobustanda, digər arxeoloji abidələrdə və Azərbaycan xalçalarında ilk dəfə olaraq qədim Azərbaycan Əlifbasını kəşf edib. Həmçinin Nuh Gəmisinin Gəmiqaya və Qobustandakı təsvirləri də tarixdə ilk dəfə müəllif tərəfindən aşkarlanıb. Kitab Azərbaycan Respublikasının Prezidenti […]

Gültəkin Əsgərova

Qadın zəifdirmi?  Bu qoca dünyada bir adət də var,  Qadın olan yerdə ədalət olar   S.Vurğun               Görəsən, ilk dəfə kim deyib ki, qadın zəif məxluqdur? Qadının zəif olduğunu sübut etməyə çalışanlar həmişə məğlub olub. Çünki güclünü məğlub etmək çətindir, mümkünsüzdür. Qadın zərifdir. Amma, güclüdür! Bu zərifliyi görmək üçün onun qəlbinə, əxlaqına baxmaq kifayətdir. Gözəl əxlaq […]

Xoşbəxtlikdən danışacaqdım…

Kənd yerində bünövrə qoyub ev tikəndə ən birinci xeyir-şər məclisinə toplanacaq adamların rahat yerləşdirilməsi planlaşdırılır. Həyatın qacılmaz məqamlarını nəzərə alaraq qadınlar ücün geniş aynabənd, kişilər ücün üstüörtülü mağar yeri nəzərdə tutulur. Mağar yeri daha geniş olmalıdı – ən azı 250-300 nəfərlik. Ağlım hələ yaxşı kəsmədiyi vaxtlarda  bu məsələylə bağlı yekə-yekə öz fikirimi bildirdiyim yadımdadı:          –  Nə vaxtsa […]

1 21 22 23 24 25 31