Səxavət Məmmədov – 60 Ömür sürməli dövrandı ( Səxavət Məmmədovun xatirəsinə )
Onun – o, nakam taleli xanəndənin yanıqlı səsini ilk dəfə 10 yaşımda bir yay səhəri dinləmişdim. Və elə o vaxtdan da bu səs məni ovsunlayaraq, sözlər və səslər aləminin sehrinə bənd etmişdi. Elə bənd etmişdi ki, o hadisədən sonra Səxavətin yanıqlı səsini eşitməyəndə qəribsəyir, yeknəsək bir dünyanın sakininə çevrilirdim… 1982- ci ilin iyul ayı idi. Saatlarla futbol oynayıb, necə yorulmuşdumsa, […]