Mərdlik qalası Əlincə
Belinə kəmər kimi, Bağlayıb sərt daşları. Ehtiyat əsgər kimi, Saxlayıb mərd daşları. Sanki qoyubdu dincə – Əlincə. (Muxtar Qasımzadə) Naxçıvanın Əlincəçay vadisində bir qala var – Əlincə. Köksündə ulu tarix yaşadan bu qala minilliklərin tufan və qasırğalarına, zəmanəsinin qan qoxuyan küləklərinə mərdliklə sipər çəkib. Sinəsinə xalqımızın qədim tarixini, ərənlərimizin qəhrəmanlıq salnaməsini yazıb, onu daş yaddaşına köçürüb. Bu qala cəngavər oğullarımızın […]