HƏM KOMMUNİSTDİR, HƏM DƏ DEPUTAT… – Həm də Vətəndən uzaqda…
Azərbaycanlıdır. Ancaq Azərbaycanda doğulmayıb. Çünki nəsillərinin taleyində ötən əsrin bir sürgünlük faciəsi var. 1937-ci ildə Azərbaycandan Qazaxıstana və Sibirə sürgün edilənlərin hamısının taleyi bir-birinə çox bənzəyir. Bu gün haqqında danışdığım 45 yaşlı soydaşımız Məhərrəm Məhərrəmov Qazaxıstanın Taldıkurqan şəhərinin Koksu (yəni Göy su) rayonunun Balpık qəsəbəsində doğulub. Qazaxıstanda bu il keçirilən Parlament seçkilərində qalib gəlib. Azərbaycanlıların ilk deputatı kimi Parlament Məclisində də həm […]