1990-cı il 20 yanvar hadisələri haqqında bəzi xatirələrim

Ermənilər tərəfindən zaman-zaman xalqımzın başına açılan faciələri heç zaman, heç kəs unutmamalıdır. Ona görə də bu hadisələri olduğu kimi yazmaq, xalqa çatdırmaq alimin, ziyalının, hər bir azərbaycanlının müqəddəs vəzifəsidir, müqəddəs borcudur. Qoy o günlər, başımıza gələn faciələr heç vaxt yaddan çıxmasın. 20 yanvar 1990-cı il faciəsindən 8 il keçir. Bu münasibətlə keçırilən yığıncaqlarda, televiziya, radio verilişlərində çıxış edənlər öz xatirələrindən, […]

Məhərrəm Zamansız ötən bir il

Əslində Məhərrəm Zaman, böyük ürək sahibi, sədaqətli dost və istedadlı yazıçı kimi onu tanıyanların qəlbində bu gün də yaşayır və yaşayacaqdır. Hər dəfə ölümdən söz düşəndə çoxlarının qorxduğu və vahimələndiyi bu sözə qəh-qəhələr çəkən bu cəsur insan cəmi 53 il ömür sürdü. Lakin bu 53 ilin içərisindən boylanan müdriklik və məğrurluq işıq-işıq yayılaraq min illər boyu diri və əbədi qalacağına […]

Nazim Əkbərov Səkinə xanım Əliyeva haqqında

BU DÜNYADAN BİR İNSAN KEÇDİ… SƏKİNƏ XANIM ƏLİYEVA   “Dünya bir pəncərədir, Hər gələn baxar, keçər…” Bayatı. KİÇİK BİR MÜQƏDDİMƏ Bu müqəddimə ilə sizə həyat məktəbində mənə muəllimlik etmiş zamandan və bu zamanın bir dilimində həyatı ilə muəllimim olmuş bir böyük insandan bəhs edəcəyəm. Sizə təqdim edəcəyim qəhrəmanlıq, qəhrəman yüksək dövlət vəzifəsində işləyən, eyni zamanda bir övlad-qəhrəman, bir bacı-qəhrəman, bir ana-qəhrəman, bir […]

17 ildir Sevastopol radiosunda gedən “Azərbaycan-Qobustan” verilişləri haqqında

Həbib Əliyev Naxçıvan MR-nın Babək rayonunun Çəhri kəndində anadan olmuşdur. Orta məktəbi 1964-cü ildə bitirib, Bakıda 25 saylı peşə məktəbinə daxil olmuşdur. Əskərlik xidmətini 1966-cı ildə başa vuraraq APİ-nin dil-ədəbiyyat fakültəsinə daxil olmuşdur. Istehsalatdan ayrılmadan oxuyaraq 1972-ci ildə təhsilini başa vurub, Xətai rayonunun 171 saylı məktəbinə müəllim təyin edilmiş, 1969-cu ildən Keşlə Maşınqayırma zavodunda fəhlə işləmiş, sonra zavodun 21 saylı […]

Səkinə Əliyeva – “Azadlıq carçısı”, İşığın dostu, zülmətin düşməni olmuşdur

Azadlıq Carçısı kitabını yükləAzadlıq carçısı” kitabında Naxçıvan MR Respublikası Ali Soveti Rəyasət heyətinin sabiq sədri, Sovet ittifaqının tərkibindən çıxmaq haqqında ilk dəfə mərdanə qərar qəbul edən Səkinə xanım Əliyevanın (1925-2010) ömür yolundan bəzi məqamlar açıqlanmışdır. Kitabda eyni zamanda Səkinə xanım haqqında dostlarının xatirələrinə və ürək sözlərinə də yer verilmişdir.  İŞIĞIN DOSTU, ZÜLMƏTIN DÜŞMƏNI Onunla Mərdəkanda sanatoriyada tanış oldum. Bu tanışlığa […]

10 dekabr Aydın Əzimbəyovun ad günüdür

Aka­de­mi­k, So­sia­list Əmə­yi Qəh­rə­ma­nı Nacim  Xam­ra­yev Aydın Əzimbəyov haqqında Əsl in­san xark­te­ri­nin ciz­gi­lə­ri Ay­dın Əli­bəy oğ­lu Əzim­bə­yov­la ara­mız­da olan möh­kəm ki­şi dost­lu­ğu­nun qırx il­lik ta­ri­xi var. Bu il­lər ər­zin­də mü­na­si­bət­lə­ri­mi­zin də­yiş­məz­li­yi­nə, sa­diq­li­yi­nə, onu qiy­mət­lən­dir­mək və qo­ru­yub sax­la­maq ba­ca­rı­ğı­na gö­rə da­ha çox Ay­dı­na min­nət­dar ol­ma­lı­yam. Onun­la müx­tə­lif sa­hə­lər­də iş­lə­mə­yi­mi­zə bax­ma­ya­raq,  Ac Çö­lün – Öz­bə­kis­ta­nın Sır­dər­ya vi­la­yə­ti­nin 300 min hek­tar sa­hə­ni əha­tə edən […]

Özümüzü tanıyaq, milli kimliyimizi, dəyərlərimizi unutmayaq!

Müraciət Müasir elm bu məsələlərdə hər şeydən əvvəl əlində olan, yəni araşdırılaraq çap olunmuş və cəmiyyətə çatdırılmış qaynaqlara əsaslanır. Ən başlıcası nəzərə almalıyıq ki, biz hələ indi-indi öz tariximizi açmaq, çoxminillik mədəniyyətimizi öyrənmək istəyirik. Milli kimliyimizi və əzəli dəyərlərimizi ortaya qoymaq əzmindəyik. Gəlin nəzərə alaq ki, cəmi 20 yaşımız var, yeniyetməlikdən gənclik dövrünə qədəm qoyduğumuzu nəzərə alsaq, bunlar təbiidir. Bəşər […]

Tanrının seçilmiş qonağı

 Mənə qalsa, dünyanın bütün yaxşı adamlarını yaxından tanımaq istərdim. Təbii ki, bu mümkün deyil. Amma məni qane edən bir məqam da var – belə insanların dünyada var olmasını biləndə mənə bir könül xoşluğu, məmnunluq əta olunur elə bil. Və özlüyümdə fikirləşirəm ki, xoşbəxt olmaq üçün mənə çox şey lazım deyil. Belə bir könül xoşluğunu mənə işıqlı bir ziyalı, gözəl insan, […]

Tanrı qonağı

Azərbaycan Respublikasının Özbəkistan Respublikasında ilk Fövqəladə və səlahiyyətli səfiri və Mərkəzi Asiya Respublikalarında akkreditə olunmuş səfir Aydın Əlibəy oğlu Əzimbəyovun qisa tərcümeyi-halı 1932. Azərbaycan SSR-in Naxçıvan şəhərində Bilan (Bilən) məhəlləsində qulluqçu ailəsində anadan olmuşdur. Atası Əlibəy qulluqçu, anası Aminə xanım evdar qadın olmuşdur. 1937 əvvəli. Atası Əlibəy qaynatasından qalma evinin başqa evlərdən nisbətən böyük olması səbəbiylə həbs olunmuş və naməlum […]

Əhəd Firudin oğlu Hüseynov

5 oktyabr 1943-cü  ildə  Bakı şəhərində,  fəhlə ailəsində anadan olub. 1961-ci ildə 199 saylı şəhər orta məktəbini bitirib. Əmək fəaliyyətinə Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində fəhlə kimi başlayıb.1962-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun avtomatika və telemexanika fakültəsinin axşam şöbəsində təhsil alıb. Həmin institutu bitirdikdən sonra ikinci ali təhsilə yiyələnib. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun xalq təsərrüfatının planlaşdırılması fakültəsində oxuyub. […]

1 6 7 8 9 10