Əsrin Şairi – (beşinci kitab)

Bu kitabda “Əsrin şairi” silsiləsindən Hüseyn Cavidin sovet dövründə qələmə aldığı “Peyğəmbər” və “Knyaz” mənzum dramaları araşdırılır. Əsərlərin təhlil və tənqidinə yeni mövqedən yanaşılır. Tənqid tarixinə və teatr tamaşalarına ayrıca yer verilir. «Peyğəmbər» təhlil edilərkən Qurani-Kərim kimi möhtəbər mənbəyə istinad olunur. Oxucuların nəzər-diqqəti pyesin mətninə uyğun gələn surə və ayələrə cəlb edilir.   Əsrin Şairi seriyasından beşinci kitab: Kitabı Yüklə   […]

Əsrin Şairi – (dördüncü kitab)

“Əsrin şairi” silsiləsindən Hüseyn Cavidin mənzum dramalarının üç hissədə çap edilməsi nəzərdə tutulmuşdur. Bu hissədə böyük şair və dramaturqun “Ana”, “Şeyx Sənan”, “Uçurum”, “İblis” mənzum dramaları nəzərdən keçirilir, müasir tələblər baxı-mından araşdırılır və təhlil edilir. Cavid bədii dühasına, əsərlərinin sənətkarlıq xüsu-siyyətlərinə, ədəbi və teatr tənqidinə ayrıca yer verilir.       Əsrin Şairi seriyasından dördüncü kitab:   Kitabı Yüklə       […]

İSGƏNDƏR ATİLLA-ƏSRİN ŞAİRİ (Hüseyn Cavidin həyatı, taleyi, sənət dünyası)

İsgəndər Atilla – Hüseyn Cavid irsinin görkəmli araşdırıcısı    İsgəndər Əhməd oğlu Orucəliyev 10 mart 1943-cü ildə Naxçıvan MR Şahbuz rayonunun Mahmudoba kəndində anadan olmuşdur. Böyük Vətən Müharibəsindən sonra ailəsi Naxçıvan şəhərinə köçmüşdür. O, burada tam orta təhsil aldıqdan sonra ali təhsil almaq üçün Bakıya gəlmiş, lakin müsabiqədən keçməmişdir. 1961-1969-cu illərdə Sumqayıt şəhərində yaşamış, Sintetik Kauçuk zavodunda və Neft-Kimya Kombinatında […]

Hüseyn Cavid və ümumbəşəri problemlər

Tarixdən bu günə bizə miras qalmış ədəbi, bədii, yaxud fikir mirasına baxdıqda bir həqiqətin şahidi oluruq: yalnız özünü, öz eqosunu, öz dar ailə və ya qövm maraqlarını deyil, hətta özünün mənsub olduğu milli maraqlarını deyil, yalnız bəşəriyyəti düşünən, onun dərdləri ilə dərdlənən və bu dərdlərə çarələr təklif edən şəxslər, ədiblər, mütəfəkkirlər bizim günlərədək yaşaya bilib, bizə irs qoyub gediblər. Ədəbi […]

Uşaq ədaləti

Mən Cavidin bacısı Ümmi Səlimə xanımın qızları ilə yaxın rəfiqə idim. Həftədə bir-iki dəfə ya mən onlara, ya da onlar bizə gələrdilər. Söhbət zamanı bəzən Ümmi Səlimə xanım Cavidin uşaqlığından maraqlı əhvalatlar danışardı. Mən sonralar Cavid haqqında ondan eşitdiyim xatirələri götür-qoy edər və həmişə uşaq xarakterilə böyük xarakteri arasında az da olsa bir yaxınlıq, bir doğmalıq görərdim. Ümmi Səlimə xanım […]

Bir Neçə Söz

“‘Babam Hüseyn Cavid bir günəş idi. Yüksəldi. parladı, yarasaların gözünü kor etdi. Lakin dumanlar onun qarşısını aldılar. Qardaşım Ərtoğrol Cavid bu sözləri 1939-cıı ildə yazıb. Mən isə  Hüseyn Cavid haqqında heç vaxt yazmamışam , demək olar ki,  yazamamışam. Buna indi ehtiyac duyuram. Xatirələr qalaq –qalaqdır.Нər şeyi təfərrüatına kimi qələmə almaq niyyətindəyəm. İndilik isə mətnləri bərpa edib   beşcildliyi çapa hazırlayarkən  və […]

Cavid obrazı, milli təsviri və tətbiqi sənətimizdə

XX əsrin ilk illərindən şöhrət qazanmış görkəmli şair-dramaturq Hüseyn Cavidin bədii obrazı həmin əsrin müxtəlif dövrlərində bir çox fırça və tişə ustalarının müraciət etdiyi mövzulardan olmuşdur. Heç şübhəsiz ki, Hüseyn Cavidin əsərləri tamaşaya qoyulduqca və kitabları nəşr edildikcə müxtəlif rəssamlar tərəfindən verilmiş dekorasiya eskizləri, pyeslərdə, poema və şeirlərdəki əsas süjetlərin rəsmləri xeyli çox olmuşdur. Lakin Cavidin öz portreti Zivərbəy Əhmədbəyovun […]

Hüseyn Cavid həyatı

1882-ci ildə oktyabr ayının 24-də Naxçıvanda Molla Abdullanın ailəsində anadan olmuşdur.  Bu ailə ruhani ailəsi kimi tanınırdı.  O, ilk təhsilini mollaxanada almış, sonra isə təhsilini öz dövrünün görkəmli maarifpərvər ziyalısı olan Məhəmməd Tağı Sidqinin yeni tipli məktəbində “Məktəbi tərbiyə” də davam etdirmişdir. İlk şeirlərini “Gülçin”,  “Calik” təxəllüsləri ilə yazmışdır. 1898-1903- cü illərdə Təbrizdəki “Talibiyyə” mədrəsəsində oxumuşdur. 1903-cü ildən tanınmış ictimai-siyasi […]

“ Mənim Tanrım gözəllikdir, sevgidir “

“ Mənim Tanrım gözəllikdir, sevgidir “.    H.Cavid əfəndim dedi ki, “ Mənim Tanrım gözəllikdir, sevgidir”. Ustad, o göz ki, ətrafını gözəllikdə görmürsə, o daha qara bir zülmətə bürəlidir. Tanrını gözəllikdə bildin ki, sevgidə birləşdin. Ərtoğrul, Müşkinaz, Turan H.Cavidlə bir məqbərə əhatəsində ( Naxçıvandan ) Əbədiyyətə çatdılar, qovuşdular. Budur Tanrı istəyi: Tanrıya çatar, qovuşar, qovuşdurar.    Görmədim, bilmədim elə bir […]

1 2