Şərqin elm və mədəniyyət beşiyi – Naxçıvan Muxtar Respublikası – 100
Qədim Şərqi elm və mədəniyyət beşiyi adlandıranlar yanılmırlar. Görkəmli şərqşünas alim R.Vinter yazır ki, “Şərq, yəni bütün Ön Asiya, uzun müddət orijinal sayılmış, Avropa isə onun üzünü köçürmüş şagirddir… Demək olar ki, Avropa mədəniyyətinin hər bir yüksələn pilləsi Şərqdəki böyük ixtiranın izidir”. Bu mənada Naxçıvan istər təbiətinə, istər coğrafi mövqeyinə, istər relyefinə, istərsə də sosial göstəricilərinə görə daim diqqət mərkəzində […]