Naxçıvan Mətbəxi
Öz xalqının tarixini bilmək böyük xoşbəxtlikdir. Mədəniyyət tariximizin hər bir səhifəsi maraq doğurur. Bu səhifələri vərəqlədikcə ulubabalarımızın keçdiyi böyük həyat yolu gözlərimiz qarşısında canlanır. Tariximizi, mədəniyyətimizi öyrəndikdə yaddaşlarımız möhkəmlənir, Vətənin hər qa- rış torpağına məhəbbətimiz daha da artır. Unutmamalıyıqki, Vətən torpağının hər qarışında baba və nənələrimizin söhbətləri, elsözləri, geyim- keçimləri, yeyib-içdikləri, yaraq-yasaqları, bayram, qonaqlıq, yas, matəm mərasimləri əbədiləşərək əmanət kimi […]