Əkrəm Məmmədli – Azərbaycan muğamları

Ön söz Görkəmli tarzən, pedaqoq Əkrəm Məmməd oğlu Məmmədli Azərbaycanın qədim diyarı olan Naxçıvan şəhərində dünyaya göz açmışdır. Bakıda təhsil almaqla gənclik illərində əmək fəaliyyətinə də bu şəhərdə-Azərbaycan Dövlət Filarmoniyasının Fikrət Əmirov adına Mahnı və Rəqs Ansamblında başlamışdır. Bir neçə il bu ansamblda çalışdıqdan sonra, o Naxçıvan Dövlət Filarmoniyasına dəvət alaraq burada solist-tarzən, dirijor və bədii rəhbər kimi […]