Marağa alimləri Çində rəsədxana inşa ediblər

Hələ Marağa rəsədxanasının tikintisi davam etdirilən zaman, orada xeyli təcrübə topladıqdan sonra Cəmaləddin az-Zeydi Buxari, Çin alimi Fao Mun-Çi ilə birlikdə 1265-ci ildə Azərbaycanın hüdudlarını tərk edib Çinə yollanırlar. Onlar iki ildən sonra Çinə çatırlar. Azərbaycanda aparılan elmi tədqiqatlarla öz həmkarları ilə bölüşən Fao Mun-Çi, az bir zamanda nəinki yaşadığı əyalətin Nankin şəhərində, hətta imperator sarayında da böyük hörmətlə tanınır. […]