(Görkəmli ziyalı Elman Əliyevin nurlu xatirəsinə)

NURGƏZDİRƏN Gəzdirərdi sonsuz ümman nurunu, İslam ocağından ürfan nurunu. Yanbayan gəzdikcə möcüzələrlə, Əcəmidən Nəqşi-cahan nurunu. Nuhun sorağında Gəmiqayadan, İlkdən gələn ağır karvan nurunu. Əxz edib “Mağara qardaşları” tək “Əshabi-Kəhf” içrə asman nurunu. Nəsrəddin Tusidən dərs ala-ala, Ayrılmaz elm ilə iyman nurunu. “Fatehlər divanı”n qurduqca bir-bir, Tacdan uca duran sultan nurunu. Tuğ qaldırıb daim yalana qarşı, Həqiqət önündə vicdan nurunu. Təbriz […]