Allahverdi Məmmədli

Filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru, Əməkdar Jurnalist, “Qızıl qələm” və “Həsən bəy Zərdabi” media mükafatları laureatı, Naxçıvanımızın işıqlı və hörmətli ziyalılarından olan Allahverdi Məmmədlinin növbəti-onuncu kitabı işıq üzü görmüşdür. Kitab-monoqrafiya “Azərbaycançılıq Mollanəsrəddinçilərin Milli İdeya kontekstində” adlanır və bu böyük zəkaların XX əsrin əvvəllərində xalqımızın maariflənməsi naminə, ələlxüsus, Azərbaycançılıq ideyası ətrafında birləşən millət fədailərinin Azərbaycançılıq məfkurəsi istiqamətində apardıqları mübarizəyə, […]

Azərbaycan dilinin leksik bazasının ilkin halının təyini, bərpası və başqa dillərlə müqayisəli analizi

ÖZƏT Bu yazıda çağdaş Azərbaycan dilinin kök sisteminə aid olan, bəlli dərəcədə onun leksik bazasını təşkil edən sözlərin genezisindən və semantik analizindən bəhs edilir. Araşdırmada, ümumiyyətlə, min illər, əsrlər boyunca deformasiya və dəyişilməyə uğramış sözlərin başlangıç forma və hallarının bərpası amaclanmışdır. Müəllif bu işi lingvistik restorasiya (restitusiya), yaxud da dil bərpaçılığı adlandırmağı məqbul sanmışdır. Uzun illər boyu aparılan incələmə və […]

Maral və donuz (təmsil)

Acgöz Donuz meşədə Hər nə gəldi yeyirdi Haram şeylər xoşlayır Belə yaxşı, deyirdi. Hələ bir gün hədd aşıb Rişxənd etdi Marala Dedi: Sənə baxdıqca Düşürəm haldan-hala. Niyə otu, yarpağı Bircə-bircə seçirsən? Hətta təmiz suyu da, Püləyərək içirsən. Həm də elə qürurlu Şux dayanıb baxırsan Gözlərinlə qəlbləri Yandırırsan, yaxırsan. Bir de görüm, ey Maral! Nədir bunun səbəbi? Səni görən Bülbülün Cuşa […]

Bir könül sındırmışam

Siz heç düşünmüsünüzmü ki, nə üçün Rəşid Behbudov, Sara Qədimova, Anatollu Qəniyev və digər  korifey sənətkarlarımızın oxuduğu mahnılar daha çox sevilir və hələdə dinlənilir ? Bunun səbəbi yalnızca onların bizi ağuşuna alan ahəngli səsləri deyil, həmdə mahnıların sözlərindəki dərin məna və sözlərin axıcılığıdır. Sevərək dinlədiyimiz  bu müğənnilərin oxuduğu mahnılara nəzər yetirsək görərik ki, bu mahnıların sözləri tanınmış şairlərə məxsus olduğu […]

Ömrün davamı xatirələrdə yaşayır… Rafiq Babayev – 70

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayılın “Ömrün davamı xatirələrdə yaşayır… Rafiq Babayev – 70” adlı məqaləsi “Olaylar” qəzetinin 8-14 dekabr 2023-cü il tarixli sayında dərc olunub. Tanınmış və fədakar alim, səmimi dost, nəcib insan mərhum Rafiq Babayevin bu il 70 yaşı tamam olur. Onu yaxından tanıyaq: Folklorşünaslığın aktual […]

Cəlil Məmmədquluzadə Nəsrəddinə təhkiyə poetikası

GİRİŞ Böyük ədəbi şəxsiyyətlər öz ■zamanlarının övladları olmaqla bərabər, lıəm də ədəbiyyat və mədəniyyətlərin zamanlarını yaradırlar. Belə şəxsiyyətlərdən biri də Mirzə Cəlil Məmmədquluzadədir. Cəlil Məmmədquluzadə (1869-1932) nəinki öz zamanının ədəbiyyatını yaratdı, eyni zamanda o, ədəbiyyata yeni zaman gətirdi. Sözsüz ki, ədəbiyyat milli prosesdir və hər bir milli böyüklük həm də bəşəri böyüklüyə qovuşur. Mirzə Cəlilin ölməz sənəti də bəşəri böyüklüyə […]

Əbülfəz Əzimli Tahiroğlu. Sokrat Daymonizmi və Mirzə Cəlil realizmi

Əbülfəz ƏZİMLİ Tahiroğlu. SOKRAT DAYMONİZMİ və MİRZƏ CƏLİL REALİZMİ. ‘‘Cəlil Məmmədquluzadə və ümumdünya ədəbiy­yatı qanunları”silsiləsindən. Naxçıvan, “Əcəmi”.2006 96 səhifə. Əbülfəz Əzimlinin bu monoqrafiyasında Daymonizmin Antiq Şərq qaynağından, Sokrat daymonizmi ilə Mirzə Cəlil yaradıcılığının bağlılığından bəhs edilir və bu zaman daymonizm fəlsəfəsinin Antiq Şərqdən-Şumer türklərindən gəldiyindən, sonralar Zərdüştdə yeni stildə davam etdiyindən, habelə “Qurani-Kərimlə” yeni Eranın başlandı­ğından söz açılır. Tədqiqatçı, Sokrat […]

Dədə Qorqudun doğum ilinə (594) dair daha bir sübut!

                                  “Maddeyi-tarix”in möhürü                                             (Yaxud Dədə Qorqudun inanılmaz yaşı öz dilindən)             Qorqud Atanın anadan                     olmasının 1430 illiyinə             Hər şeydən öncə, “Kitabi-Dədə Qorqud” müəllifinin tərcümeyi-halına dair “Maddeyi-tarix”lər müjdəsi (Yaxud Dədə Qorqudun doğum ili öz dilindən)” adlı məqaləyə (“Mədəniyyət/Culture”, 2023-cü il, 1-ci say, s.14-17) ciddi diqqət yetirdiyinə və onun ayrıca müzakirəsini təşkil etdiyinə görə (31.07.2023) Azərbaycan Respublikası […]

“Malayziyada açılan səhər” romanı çapdan çıxdı

Tanınmiş jurnalist, yazıçı-publisist İlham Əliyevin növbəti kitabı çapdan çıxıb. “Malayziyada açılan səhər” adlanan romanda hadisələr 2003-cü ildə cənub-şərqi Asiyada baş vermiş dəhşətli təbii fəlakət- 300 min insanın ölümünə səbəb olan sunami zamanı yaşanan hadisələr əsasında cərəyan edir. Ölkələrin, xalqların üzləşdikləri bəşəri fəlakət zamanı insan tacirləri öz biznes maraqlarından əl çəkmirlər. Sunamidən sonra İndoneziya sahillərində baş verən dağıntılar altından xilas edilən […]

Azərbaycanlı xanım yazıçı: “Romanımı yazandan sonra həyat yoldaşımın adını unutdum” – Müsahibə

 Azərbaycanlı xanım yazıçı: “Romanımı yazandan sonra həyat yoldaşımın adını unutdum” – Müsahibə Karvannews.com İsveçdə yaşayan azərbaycanlı xanım yazıçı Eluca Atalı ilə müsahibəni təqdim edir.   – İlk olaraq özünüz haqda oxuculara məlumat verərsiniz…   – Quzey Azərbaycanın Neftçala rayonun Xolqaraqaşlı kəndində doğulmuşam, BDU-nun kitabxanaçılıq fakultəsini bitirib Azərbaycan Universitetində çalışıb və kitabşünaslıq sahəsində elmi fəaliyyət aparmışam. Asif Ata Ocağının Evladıyam, əqidəcə […]

1 2 3 6