VƏTƏN FƏDAİSİ

Görkəmli alim professor Abbas Zamanov Azərbaycan elmi və ictimai-siyasi mühitində vətən fədaisi, cəsarət tərcümanı, azman şəxsiyyət kimi yaddaşlarda yer tutur. Bu günlərdə professor Abbas Zamanovun fiziki yoxluğundan 30 il keçir. Zaman keçdikcə dəyərli alimimizin Azərbaycan xalqı üçün nə qədər parlaq bir şəxsiyyət olduğunu bir daha təsdiq etdi. O, Azərbaycanın ən gərgin ictimai siyasi dönəmlərində 10 oktyabr 1911-ci ildə Şərur rayonunun […]

İki ölüm, bir sir

Bütün dünyada ölməz bədii əsərləri həm fəlsəfi görüşləri ilə şöhrətlənmiş böyük rus yazıçısı Lev Nikolayeviç Tolstoy (1828-1910) həyatında baş verən iki olduqсa mühüm hadisə üzündən ən geniş kütlələr içərisində daha da artıq tanınmışdı. Əvvala o, qüdrətli insanpərvərlik yaradıсılığı ilə məsihi kəlisasının riyakarlığını ifşa etdiyinə görə təl’in olunmuşdu: bütün kilsələrdə hər dəfə ibadət zamanı ona lə’nətlər yağdırılırdı və bu çağa qədər […]

Balacanın böyük dərdi…

Vərəqin xeyli hissəsi yazılmışdı… Cümlələrdən birinin yarısı yavaş-yavaş islanmağa başladı. İslanan sahə tədricən böyüdü, vərəqin böyük bir hissəsi yaş oldu. Sətrin lap başında dayanan “A” hərfi təəccüblə soruşdu: -Bu nədir? Bu su haradan səpilir? Yazılar islandı ki… Cümlənin yarısında qoyulan vergül yavaşca dilə gəldi: -Bu mənim göz yaşlarımdır, hər dəfə fikirlər yarıda qırılanda, məni ora pərçim edirlər, əsas fikir sonraya […]

Körpə

Ailələrin sevinci olan dilsiz körpə… Məhv oldu bir körpə… Məhv edildi bir körpə… Hələ dünyaya gəlməmiş məhv edildi… Ana bətnində ikən ölümünə qərar verildi… Körpə nə atasının kim olduğunu bildi, nə də anasının. Bir dəfə cigərdolusu nəfəs almadı, bir ağız ağlamadı, bir dəfə gülümsəmədi, bu körpə… Qaniçənlər məhv etdi körpəni… Ana bətninə düşən dəyərli cövhər qanla qarışıb laxtalandı, sonra tədricən […]

Əmir Teymurun Qarabağ sevgisi

(Beyləqan şəhərinin yenidən bərpasının 620 illiyinə) “Güc – ədalətdədir!” “Biz kim, məliki-Turan, əmiri- Türküstan, millətlərin ən uluğu bolğan türknün baş boğunumuz!” Əmir Teymur Korağan Son illərdə türkdilli dövlətlər rəhbərlərinin, xüsusən, Türkiyə, Azərbaycan və Özbəkistan Prezidentlərinin ikitərəfli və çoxtərəfli görüşlərdəki çıxışlarında diqqəti yaxından cəlb edən türk birliyi ideyası və böyük Turan idealı mədəniyyətimiz tarixinin ortaq maraqlarla bağlı bir sıra məsələlərinə yeni […]

Qəddi əyilməyən analar və atalar…

Analar… Bəşəriyyətə layla çalan analar… Haradandır sizdə bi qədər qüdrət? Haradandır sizdə bu qədər dözüm, mətanət? Qarşınızda əyilən başlar, çatılan qaşlar sizi and yeri bilir. Oğlunun tabutunu çiynində aparan ana, onun ağırlığını hiss etdinmi? Onu doqquz ay bətnində gəzdirmək çətin idi, yoxsa son mənzilə öz çiynində aparmaq? Şəhid balasının məzarı yanında uzanıb onun yatdığı torpaqdan ətrini duyan analar… Cənazəsi yerdən […]

Qəzəl

İgid əsgər, bu səhər oldu mübarək zəfərin, Düşdü azad Şuşaya indi güzarın, səfərin. Sancılıb bayrağımız Şişəyə gör, ünvana bəh, Yayılıb Azərbaycana sənin xoş xəbərin. Düşmənin bağrına dağ basdı sənin zərbələrin, Mərhəba! Çaldı zəfər, nura boyandı səhərin. Ordumuz viran edib erməninin postlarını, Dönəcək dastana, əfsanəyə hər bir hünərin. O zəfər badəsini nuş eləmişdir igidim, Yaz ki, Munis, qəzəlin əsgərə olsun nəmərin. […]

Can verən ağac

Hündür ağacın nəhəng gövdəsi cadar-cadar idi. Bu ağacın nə qədər qoca olmasından xəbər verirdi. Ağacın şaxələnən budaqları müxtəlif tərəflərə yönəlmişdi. Böyük bir ərazini zəbt edən budaqların bəziləri yamyaşıl yarpaqlarla örtülmüşdü. Bəziləri isə qurumaq üzrə idi. Xəfif meh yarpaqları titrətdikcə ərtafa xoş bir sərinlik yayılırdı. Budaqların üstündə az qala şirəsi axan ağ tutlar ağ kəpənəklərə bənzəyirdi. Meh əsdikcə yetişən tutlar tappıltı […]

Əmrə Yunis adı və Əbrəqunis toponimi

Yunis Əmrənin Naxçıvanla əlaqəsini bilirsiniz? Yunis Əmrənin doğum tarixi və qəbrinin harda olması haqqında dəyərli alim Akif Azalpın yeni araşdırmaları və mülahizələrini təqdim edirik.      Keçən il vəfatının 700 illiyi beynəlxalq miqyasda qeyd olunan dahi türk şairi və mütəfəkkiri Yunis Əmrənin bütün dünyada ən çox oxunan və sevilən Şərq şairlərindən biri olduğu hamımıza yaxşı məlumdur. Onun yubiley ilinin öz vaxtında YUNESKO tərəfindən […]

“Vətəni bütöv olanın ürəyi də bütövdür” misralarının müəllifi Xanəli Kərimliyə – ELBƏYİ MAQSUDOVDAN.

Körpə maral bağrı yanar Ovçu görsə yarağında. Biz də sözlə alışırıq Şeir,sənət ocağında.       Çox düşərək bərkə-boşa, Əlli ili vurdun başa, Bundan sonra, qardaş, yaşa Yeni əlli marağında.   Zülmət görüb nə yol azdın, Nə kimsəyə quyu qazdın, İki gözəl əsər yazdın Ürəyinin çırağında.   Qəriblikdə daş da solur, Ana,bacı saç da yolur. Kəsilməyə baş da olur, Bütöv […]

1 2 3 4 6