Ocaqdan Nur alanlar

“Köz” ədəbi məclisi necə yarandı?      Bir yay günü idi. Dost-tanışlarla sərinləmək, dincəlmək, dərdləşmək, yazdıqlarımızı, pozduqlarımızı bir-birimizlə paylaşmaq üçün münasib bir yer, guşə axtarırdıq. Ordubadın, Şahbuzun, ayrı-ayrı bölgələrimizin cənnət-məkan, dilbər guşələrində çox olduğumuzdan ayrı bir yerdə dincəlmək arzusunda idik. Çox keçmədi bu arzunun özü bizi tapdı. Hər birimiz üçün doğma, əziz, mehriban, qayğıkeş insan, sədaqətli dostumuz Səfiyar müəllim bizə yaxınlaşdı. […]

Fikrət və Vahid Rzayev qardaşlarının “BÖYÜK YARADAN və “Yaranış” haqqında yazdıqları kitablara mənim münasibətim.

1961 – 1967-ci illərdə Əkbər Ağayev adına Naxçıvan şəhər internat məktəbində bizə fizika-riyaziyyatdan dərs deyən Qonça Tarverdiyeva MU ALİM məmizin Ona təqdim etdiyimiz Kitablar barədə rə’yi: Fikrət və Vahid Rzayev qardaşlarının “BÖYÜK YARADAN və “Yaranış” haqqında yazdıqları kitablara mənim münasibətim.     Mən göstərilən kitabları diqqətlə oxudum və bu qənaətə gəldim ki, Naxçıvan torpağı doğrudan da dahi insanlar məkanıdır.   […]

Ariflərin könlündə yaşayan Vaqif Məmmədov

“Yaşadıqca bu yolu mən”, “Sədərək harayı”, “Qeyrət qalası”, “Salam, oğuz elləri”, “Mənə çiçək borclusan”, “Bu dünyanın sevinci nə, qəmi nə…”, “Vətən sığır ürəyimə”, “Ömrümün yarpaqları” və s. otuza yaxın şeir kitabların müəllifi Vaqif müəllimi oxucular yaxşı tanıyır. Məhəmməd Peyğəmbərdən (s.ə.s.) soruşurlar: İnsanların xeyirxahı kimdir? O cavabında belə buyurur: Ömrü uzun, əməli gözəl olanlar. Bəs insanların ən pisi kimdir? Ömrü uzun, […]

Bir könül sındırmışam

Siz heç düşünmüsünüzmü ki, nə üçün Rəşid Behbudov, Sara Qədimova, Anatollu Qəniyev və digər  korifey sənətkarlarımızın oxuduğu mahnılar daha çox sevilir və hələdə dinlənilir ? Bunun səbəbi yalnızca onların bizi ağuşuna alan ahəngli səsləri deyil, həmdə mahnıların sözlərindəki dərin məna və sözlərin axıcılığıdır. Sevərək dinlədiyimiz  bu müğənnilərin oxuduğu mahnılara nəzər yetirsək görərik ki, bu mahnıların sözləri tanınmış şairlərə məxsus olduğu […]

Cəlil Məmmədquluzadə Nəsrəddinə təhkiyə poetikası

GİRİŞ Böyük ədəbi şəxsiyyətlər öz ■zamanlarının övladları olmaqla bərabər, lıəm də ədəbiyyat və mədəniyyətlərin zamanlarını yaradırlar. Belə şəxsiyyətlərdən biri də Mirzə Cəlil Məmmədquluzadədir. Cəlil Məmmədquluzadə (1869-1932) nəinki öz zamanının ədəbiyyatını yaratdı, eyni zamanda o, ədəbiyyata yeni zaman gətirdi. Sözsüz ki, ədəbiyyat milli prosesdir və hər bir milli böyüklük həm də bəşəri böyüklüyə qovuşur. Mirzə Cəlilin ölməz sənəti də bəşəri böyüklüyə […]

Əbülfəz Əzimli Tahiroğlu. Sokrat Daymonizmi və Mirzə Cəlil realizmi

Əbülfəz ƏZİMLİ Tahiroğlu. SOKRAT DAYMONİZMİ və MİRZƏ CƏLİL REALİZMİ. ‘‘Cəlil Məmmədquluzadə və ümumdünya ədəbiy­yatı qanunları”silsiləsindən. Naxçıvan, “Əcəmi”.2006 96 səhifə. Əbülfəz Əzimlinin bu monoqrafiyasında Daymonizmin Antiq Şərq qaynağından, Sokrat daymonizmi ilə Mirzə Cəlil yaradıcılığının bağlılığından bəhs edilir və bu zaman daymonizm fəlsəfəsinin Antiq Şərqdən-Şumer türklərindən gəldiyindən, sonralar Zərdüştdə yeni stildə davam etdiyindən, habelə “Qurani-Kərimlə” yeni Eranın başlandı­ğından söz açılır. Tədqiqatçı, Sokrat […]

TURAN QALXIR AYAĞA

Xanəli Kərimli                                                 TURAN QALXIR AYAĞA (Lirik monoloq) Yüksək Türk! Sənin yüksəkliyinin hüdudu yoxdur. Mustafa Kamal Atatürk Mən Turan şairiyəm!.. Həqiqətin aşiqi, Zəfərin dan yeriyəm!.. Mən Turan şairiyəm!.. Tanrının gur işığı, Cənnətin Kövsəriyəm!.. Közüm köz olub mənim. Sözüm söz olub mənim, Çağlayan bir türküyəm… Tarixlər yaşıdıyam, Köküm çox dərindədir… Onuncün də diriyəm. Dünyası mənə ilk ev, Göyü də qübbəm  olan Kainatın piriyəm. […]

“Kitablardan pıçıltılar”

 Qəlbimin döyündüyü, fikrimin ümman olduğu yerdən yazıram!!!                                   “Kitablardan pıçıltılar”  Üzümüzə açılan günəşli gündüzlər, üzümüzə qapanan zifri qaranlıqlar.  Hər gecə sivilizasiyanın məhşərə danışdığı ölümsüz kitablar və hər səhər yeni ümidlərlə nəfəsi qoxan şəhər…Mən bu şəhərin aşiqi, mən bu kitabxanaların və kitabların vurğunuyam.  Yalqızlığın zamanda gecələdiyi pandemi dönəmlərinə getdi xəyalım. Onlarla könüllü onlayn kitab müzakiərəsinə qoşulur, həyatın sabaha hamilə olmadığı […]

Naxçıvan Arxeologiyası yeni tapıntılar İşığında

GİRİŞ Naxçıvanın əlverişli təbii-coğrafi şəraiti Paleolit dövründən başlayaraq insanların burada məskunlaşmasına şərait yaratmışdır. XIX əsrdə Duzdağın daş baltaları və Qızılburun boyalı keramikası ilə gündəmə gələn Naxçıvan arxeologiyası ilə bağlı XIX-XX əsrlərdə xeyli elmi əsərlər yazılsa da, bu əsrarəngiz diyarın qədim abidələri bütöv şəkildə dünyaya tanıdılmamışdır. 1997-ci ildə İstanbul Universiteti müəllimlərinin, xüsusilə Prof. Dr. Veli Sevinin, həmçinin “Arxeologiya və Sənət” furnalının […]

Quzeydə doğan günəş, Güneydə parlayır!!!

Bəlkədə ədəbiyyata, şeirə poeziyaya ən çox mövzu olmuş çay Şəhriyarın gözü ilə qaşı arasına çiban olan Araz çayıdır. Araz! illərin həsrətini göz yaşında yuya bilməyən çay, nakam anaların, örpəkli qızların, xınalı gəlinlərin arzusunu məcrasında axıdan çay…özü ilə illərin həsrətini, nisgilini, can yanğısını daşıyan səssiz şahiddir. Bəlkədə Araz ayırmaq istəməzdi, elə ayırmaq istəmədiyi üçün utanacaq…utancaq, göz yaşı ilə Xudafərinin ayaqlarını yuyaraq […]

1 2 3 7