Xəzərin səssiz şahidi “Nargin”
Bayırda zərif və çiskin yağan yağış damlaları daxmamın xəzərə baxan pəncərəsini elə döyür ki, sanki illərdir yoxluğuyla varlığa çevrilən birindən xəbər gətirir. Qapı çırpıntısına səksənib oyanıram xəyallarımdan. Sənələrin arxasından gələn məhzun baxışlı, qəmli yolçunun çəkdiyi qəm karvanı elə qocaltmışdı ki onu, kölgəsini itirmiş günəş kimi öz şəfəqlərində buz kəsmişdi. Saçlarının bəyazından asılan bu qadının siması, nuru və zülməti xatırladırdı. Saçındakı […]