Gəmiqaya və tariximiz haqqında

Gəmiqaya, bildiyimiz kimi, həm təbiətin böyük bir abidəsidir, eyni zamanda insan yaradıcılığının abidəsidir. Bu abidə Azərbaycanındır. Azərbaycanın tarixini əks etdirən abidədir… Naxçıvan Azərbaycanın ayrılmaz  bir hissəsidir, gözəl bir diyardır və Azərbaycan ərazisi də ən qədim insan məskənlərindən biridir… Naxçıvanın gözəl təbii abidələri var. Gəmiqaya dünyada məşhur bir yerdir… O, bizim böyük sərvətimizdir. Gəmiqaya daşlarında Qobustan qayalarındakı kimi rəmzlər var. Orada […]

Elmimizin əlaqələndiricisi və təşkilatçısı: Akademik İsmayıl Muxtar oğlu Hacıyev

İsmayıl Hacıyev 1951-ci il yanvarın 21 -də Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Xanəgah kəndində müəllim ailəsində anadan olmuşdur. 1968-ci ildə Göydərə kənd orta məktəbini bitirmişdir. 1968-1970-ci illərdə Sumqayıt şəhərində fəhlə işləmişdir. 1970-1974-cü illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutun (indiki ADPU) tələbəsi olmuşdur. 1974-cü ildə həmin institutun tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1974- 1977-ci illərdə Culfa rayonunun Xoşkeşin kənd məktəbində müəllim […]

Qadir Əliyev “Memar Əcəmi Naxçıvani yaradıcılığında ahəngdarlıq ” kitabına giriş

Genetik kökləri tarixin dərin qatlarına gedib çıxan yeraltı sərdabə və uca yerüstü tutumdan qurulan yığcam planı, vertikal kompozisiyası, dinamik bayır quruluşu ilə seçilən qülləvari türbələr XI – XII yüzillikdə Azərbaycan memarlığında üstün yer tuturdu.

Naxçıvani yaradıcılığında Ahəngdarlıq” kitabına müəllif Qadir Əliyevin sözönüsü.

Müəllifdən Sonsuz bir ümmana bənzəyən zəngin mədəniyyət tariximiz insan zəkasının məhsulu olan nadir elm, fəlsəfə və sənət inciləri ilə doludur. Xalqımız üçün daimi qüvvət və qürur duyma qaynağı təşkil edən bu tarixi incilərin qeyrətlə araşdırılması,  dəyərləndirilməsi və mühafizə edilməsi yaşadığımız bu böhranlı günlərdə son dərəcə vacib olan müqəddəs vəzifələrimizdən biridir.

1 5 6 7