GƏNC YAZARIN MƏHSULDAR ƏMƏYİ

Şəxsiyyətin formalaşması haqqında ideyalar qədim dövrdən etibarən meydana çıxmış, cəmiyyətin inkişafında müvafiq olaraq zənginləşmə yolu keçmiş və Azərbaycan ictimai-pedaqoji fikrinin mühüm probleminə çevrilmişdir. Orta əsrlərdə şəxsiyyətin formalaşması ideyası insanın tərbiyə edilməsi kimi başa düşülmüş, yaxşı insan yetişdirilməsi məqsədini daşımışdır. Bu baxımdan Naxçıvan Dövlət Universitetinin “Pedaqogika və psixologiya” kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru, Taleh Xəlilovun “Orta əsr […]