AFAD QURBANOV – 85 TARİX YARADAN İNSAN

Afad Qurbanov bütün mənalı həyatını, sonsuz, tükənməz elmi istedadını, yaradıcılıq qüvvəsini Azərbaycan dilçiliyinin inkişafına sərf edən, öz xalqına sədaqətlə və namusla xidmət göstərən, bütün varlığını elmin, təhsilin və mədəniyyətin inkişafına verən əvəzsiz alimlərdəndir. XX və XX1 əsr Azərbaycan dilçiliyinin görkəmli, istedadlı alim və elm təşkilatçısı, Azərbaycan Elmlər Akadmiyasının üzvü, Əməkdar elm xadimi, Respublika Dövlət mükafatı laureatı Afad Qurbanov uzun illər […]