“Kitablardan pıçıltılar”

 Qəlbimin döyündüyü, fikrimin ümman olduğu yerdən yazıram!!!                                   “Kitablardan pıçıltılar”  Üzümüzə açılan günəşli gündüzlər, üzümüzə qapanan zifri qaranlıqlar.  Hər gecə sivilizasiyanın məhşərə danışdığı ölümsüz kitablar və hər səhər yeni ümidlərlə nəfəsi qoxan şəhər…Mən bu şəhərin aşiqi, mən bu kitabxanaların və kitabların vurğunuyam.  Yalqızlığın zamanda gecələdiyi pandemi dönəmlərinə getdi xəyalım. Onlarla könüllü onlayn kitab müzakiərəsinə qoşulur, həyatın sabaha hamilə olmadığı […]

Bizə gəlib çatmış ilk tam Yaxın Şərq valeoloji konsepsiyası barədə

Düzgün yaşasan, sağlam olacaqsan! Bəs sağlam olmaq üçün düzgün yaşamaq nə deməkdir? Bu gün valeologiya elə bunu öyrənir. Lakin valeologiya təkcə humanitar deyil, həm də sosial elm olduğu üçün onun topladığı biliklərin effekti yalnız kütlələrin malı olduqda özünü büruzə verir. Cahili bu konsepsiyanın  doğruluğuna inandırmadan ona sağlamlığının ilk növbədə onun özündən asılı olduğunu izah etmək praktiki olaraq mümkün deyil. Niyə […]

Akademik Heydər Hüseynov niyə özünü asdı? – Nəsiman Yaqublunun araşdırması

Bu gün böyük alim akademik Heydər Hüseynovun doğum günü və anadan olmasının 115-ci ildğnümüdür. O,1908-ci ildə Azərbaycanın qədim şəhəri olan İrəvanda anadan olub.Sovet rejimi dövründə isə 42 yaşında özünü asaraq intihar edib.   … 1950-ci il avqust ayının 15-də Şüvəlanda özünü asan görkəmli alim Heydər Hüseynov haqqında mətbuatda rəsmi olaraq məlumat verilmədi. Hadisə yerinə tezliklə çoxlu milis, prokurorluq işçisi gəldi. […]

Naxçıvan Arxeologiyası yeni tapıntılar İşığında

GİRİŞ Naxçıvanın əlverişli təbii-coğrafi şəraiti Paleolit dövründən başlayaraq insanların burada məskunlaşmasına şərait yaratmışdır. XIX əsrdə Duzdağın daş baltaları və Qızılburun boyalı keramikası ilə gündəmə gələn Naxçıvan arxeologiyası ilə bağlı XIX-XX əsrlərdə xeyli elmi əsərlər yazılsa da, bu əsrarəngiz diyarın qədim abidələri bütöv şəkildə dünyaya tanıdılmamışdır. 1997-ci ildə İstanbul Universiteti müəllimlərinin, xüsusilə Prof. Dr. Veli Sevinin, həmçinin “Arxeologiya və Sənət” furnalının […]

Paxlalı bitkilərin insan genetikası və təbiətlə qarşılıqlı əlaqəsi

Hələ qədim zamanlardan insanlar dənli bitkilərlə yanaşı paxlalı bitkiləri də əkib becərmiş və geniş şəkildə istifadə etmişdir. Paxlalı bitkilərin insan sağlamlığı və təbiət üçün əhəmiyyəti sonsuzdur. İlk öncə paxlalı bitkilərin təbiət üçün böyük əhəmiyyətindən danışacağam. Hazırkı  dövrdə dünyanın ən böyük problemlərindən biri olan, bitkilərin becərilməsi zamanı torpağın tərkibinə həddindən artıq verilən kimyəvi gübrələrdir. Kimyəvi gübrələr  torpağı , suyu çirkləndirdiyi kimi […]

İki ölüm, bir sir

Bütün dünyada ölməz bədii əsərləri həm fəlsəfi görüşləri ilə şöhrətlənmiş böyük rus yazıçısı Lev Nikolayeviç Tolstoy (1828-1910) həyatında baş verən iki olduqсa mühüm hadisə üzündən ən geniş kütlələr içərisində daha da artıq tanınmışdı. Əvvala o, qüdrətli insanpərvərlik yaradıсılığı ilə məsihi kəlisasının riyakarlığını ifşa etdiyinə görə təl’in olunmuşdu: bütün kilsələrdə hər dəfə ibadət zamanı ona lə’nətlər yağdırılırdı və bu çağa qədər […]

Balacanın böyük dərdi…

Vərəqin xeyli hissəsi yazılmışdı… Cümlələrdən birinin yarısı yavaş-yavaş islanmağa başladı. İslanan sahə tədricən böyüdü, vərəqin böyük bir hissəsi yaş oldu. Sətrin lap başında dayanan “A” hərfi təəccüblə soruşdu: -Bu nədir? Bu su haradan səpilir? Yazılar islandı ki… Cümlənin yarısında qoyulan vergül yavaşca dilə gəldi: -Bu mənim göz yaşlarımdır, hər dəfə fikirlər yarıda qırılanda, məni ora pərçim edirlər, əsas fikir sonraya […]

Körpə

Ailələrin sevinci olan dilsiz körpə… Məhv oldu bir körpə… Məhv edildi bir körpə… Hələ dünyaya gəlməmiş məhv edildi… Ana bətnində ikən ölümünə qərar verildi… Körpə nə atasının kim olduğunu bildi, nə də anasının. Bir dəfə cigərdolusu nəfəs almadı, bir ağız ağlamadı, bir dəfə gülümsəmədi, bu körpə… Qaniçənlər məhv etdi körpəni… Ana bətninə düşən dəyərli cövhər qanla qarışıb laxtalandı, sonra tədricən […]

Əmir Teymurun Qarabağ sevgisi

(Beyləqan şəhərinin yenidən bərpasının 620 illiyinə) “Güc – ədalətdədir!” “Biz kim, məliki-Turan, əmiri- Türküstan, millətlərin ən uluğu bolğan türknün baş boğunumuz!” Əmir Teymur Korağan Son illərdə türkdilli dövlətlər rəhbərlərinin, xüsusən, Türkiyə, Azərbaycan və Özbəkistan Prezidentlərinin ikitərəfli və çoxtərəfli görüşlərdəki çıxışlarında diqqəti yaxından cəlb edən türk birliyi ideyası və böyük Turan idealı mədəniyyətimiz tarixinin ortaq maraqlarla bağlı bir sıra məsələlərinə yeni […]

Quzeydə doğan günəş, Güneydə parlayır!!!

Bəlkədə ədəbiyyata, şeirə poeziyaya ən çox mövzu olmuş çay Şəhriyarın gözü ilə qaşı arasına çiban olan Araz çayıdır. Araz! illərin həsrətini göz yaşında yuya bilməyən çay, nakam anaların, örpəkli qızların, xınalı gəlinlərin arzusunu məcrasında axıdan çay…özü ilə illərin həsrətini, nisgilini, can yanğısını daşıyan səssiz şahiddir. Bəlkədə Araz ayırmaq istəməzdi, elə ayırmaq istəmədiyi üçün utanacaq…utancaq, göz yaşı ilə Xudafərinin ayaqlarını yuyaraq […]

1 2 3 4 5 6 37