Olan Bilinər, Olan Tapılar!

Olan Bilinər, Olan Tapılar! Olmayan, necə Bilinər, necə Tapılar… Tapılan, aşkar olunan Planet 60-İşıq ili məsafəsindədir! Bir İşıq İli isə, 9,461 Milyon kilometirdir! Həmin, 9,461 milyon kilometri, 60-İşıq ilinə vursaq, həddindən artıq, böyük bir, uzaq məsafə, alınacaqdır! Kainatda, Mövcud olan, Tapılan, Aşkar olunan bu Planet, Altı, Yaşam Planetlərindən, biridir! Yer Planetindən, Altı Yaşam Planetlərinin Mövcud olmasını demək üçün, həmin o, […]

Gözəl Insan, Alim, dəyərli Dost, Fərid Ələkbərli vəfat edib

Gözəl Insan , Alim , Şəxsiyyətinə böyük hörmət bəslədiyim dəyərli Dost , Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun şöbə müdiri Fərid Ələkbərli, uzun sürən xəstəlikdən sonra dünən gecə saatlarında vəfat etdi… Qeyd edim ki, prof. Fərid Ələkbərli bir neçə il əvvəl Vatikanın məxfi arxivlərində Azərbaycanın orta əsr tarixinə aid çox qiymətli məlumatları tapmışdı. O, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik […]

Kərimli Xanəli. Tanrı müjdəsi. Şeirlər və poemalar

Rəyçi Əsgər RƏSULOV, Filologiya elmləri doktoru, professor Redaktoru Nəriman ƏBDÜLRƏHMANLI Kərimli X. Tanrı müjdəsi. Şeirlər və poemalar. Bakı, Qanun nəşriyyatı, 2021, 300 səh., 300 tiraj. Görkəmli şair, ədəbiyyatşünas və pedaqoq Xanəli Kərimli “Ay işığında” (1998), “Anamdan məktub” (2000), “Bu da bir nağıldı…” (2004), “Mənə elə gəlir ki…” (2008), “Duyğularım, düşüncələrim”, “Mənim könlüm bir ümmandır” (İran, 2011), “Payız duyğuları” (2013), “Ahlat […]

Azərbaycanlı xanım Beynəlxalq İntellektual Əməkdaşlıq Komitəsi İntellektual Liqası”nın həqiqi üzvü seçilib.

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin əməkdaşı – Təbii Ehtiyatlar İnstitutunun Hidrogeologiya və mineral sular laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədova beynəlxalq jurnallarda nəşr olunan məqalələrin elmi əsərlərinə olunan istinadların çoxluğu nəzərə alınmaqla “Beynəlxalq İntellektual Əməkdaşlıq Komitəsi İntellektual Liqası”nın həqiqi üzvü seçilib. Mənbə: https://umayclub.com/az%C9%99rbaycanli-xanim-beyn%C9%99lxalq-intellektual-%C9%99m%C9%99kdasliq-komit%C9%99si-intellektual-liqasinin-h%C9%99qiqi-uzvu-secilib/

Müqəddəs kitabımızın uzaqgörənliyi

Hər gün öz iş otağıma keçəndə özümə söz verirəm ki, daha qəzetlər üçün məqalə yazmayacağam. Amma haçansa müxtəlif kitablardan götürdüyüm rəngi saralmış qeydlərimi cırıb atmaq istəyəndə düşünürəm ki, bu məlumatları əldə etmək üçün oxucularım onlarla kitabı vərəqləmilidirlər. Bu dəfə sizə Bermud üçbucağından, suları acı və şirin olan dənizlərdən danışmaq istəyirəm. İslam dininin müqəddəs təməl kitabı Qurandır. “Quran” sözünün mənası “oxumaq, […]

Hara gedİr bu dünya

Hazırda dünya əhalisinin sayı 8,7 milyarddır. Əhali artımı hər il 90 milyondan çox olur. Bu gedişlə 2050-ci ildə dünya əhalisinin sayının 10 milyard nəfərə çatacağı gözlənilir. Hal bu ki, XIX əsrin əvvəllərində Yer kürəsində cəmi 1.6 milyard əhali var idi. Eramızın əvvəlində Yer üzündə yaşayan əhalinin sayı 230 milyon nəfər, 1000-ci ildə 305 milyon nəfər, 1300-cü ildə 384 milyon nəfər, […]

Qarabağda dağıdılmış və ya tamamilə məhv edilmiş maddi-mədəni irs

Salam, mən Kənan Eminli 2001-ci ildə Lənkəran şəhərində anadan olmuşam. Orada Xarici Dillər təmayüllü gimnaziyada təhsil aldıqdan sonra 2018-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinə qəbul olunmuşam. Hal-hazırda III kursam. Alman dilini səlist bilirəm. İnformasiya müharibəsində dəlillərdən istifadə edək! (bölüm 2) Zəngilan şəhərinin işğal altında dağıdılmış maddi-mədəni irsinin siyahısı: Qoruq, yasaqlıq: ✓Bəsitçay Dövlət Qoruğu Tarixi-dini abidələr: ✓Səkkizguşəli türbə (XIV […]

Əbülfəz Əhməd

Ön söz əvəzİ   Əbülfəz Əhməd kimdir? Ədəbi aləmdə o qədər də tanınmayan, nə Yazıçılar birliyinin, nə Jurnalistlər birliyinin üzvü olmayan, nə “Qızıl qələm” mükafatı, nə Məmməd Araz mükafatı, nə Rəsul Rza beynəlxalq mükafatı, nə Media mükafatı, nə beynəlxalq Andersen mükafatı, nə Nobel mükafatı almayan, lakin şeirləri olan bir şairdir. Özü də elə şairdir ki, ədəbiyyatımızın, poeziyamızın cəfasını və təəssübünü […]

Siyasi partiyaların 27 sentyabr tarixli birgə bəyanatı haqqında

Siyasi partiyaların 27 sentyabr tarixli birgə bəyanatı haqqında Azərbaycanda fəaliyyət göstərən 52 siyasi siyasi partiyadan 50-sinin yaydığı milli həmrəylik bəyanatından qürurlandıq. Söz yox ki, bu, ölkədə istənilən çətin vəziyyətdə qarşılaşacağımız siyasi həmrəyliyin nümunəsidir. Bu, onu göstərdi ki, Azərbaycan xalqı və ölkənin siyasi partiyaları yekdilliklə Prezident İlham Əliyevin yanındadır. Lakin belə çətin sınaq günlərində iki partiya – Müsavat və Azərbaycan Xalq […]

Böyüklər üçün nağıl…

Biri var idi, biri yox idi. Qoca bir balıqçı var idi. O, öz qarısı ilə dənizin sahilində balaca komada yaşayırdı. Dolanışıqları yalnız balıq tutub, satmaqla təmin olunurdu. Hər gün səhər tezdən qoca balıqçı torlarını, tilovlarını götürüb dənizin sahilinə gələr, əvvəl dənizlə salamlaşar, sonra balıq tutmaq üçün dənizdən icazə alardı. Hər gün də qocanın ovu uğurlu olardı. Başqa balıqçılar küləkli havada […]

1 6 7 8 9 10 37