Həkim narkoloq Asif Kəngərlinin yaradıcılığı barədə

Asif Cəlil oğlu Kəngərli (Məmmədli)– 1954-cü ildə Naxçıvan şəhərində ziyalı ailəsində anadan olmuşdur. O, 1971-ci ildə 1 №-li orta məktəbi ədəbiyyat üzrə fərqlənmə diplomu ilə bitirmiş, Ukraynada həqiqi hərbi xidmət keçmiş (1972-1974), Azərbaycan Dövlət Tibb İnstitutunun II müalicə fakültəsində təhsil almış (1975-1981), internaturada (1981-1982) ona psixonevroloq ixtisası verildikdən sonra doğma Naxçıvana qayıtmış, əvvəlcə Naxçıvan Respublika xəstəxanasında metodist (1982-1985), sonra rayonlararası […]