M. F. Axundov, Polşa üsyançıları, sovet mənbələrində təhriflər- Nəsiman Yaqublunun araşdırması

Azərbaycan ədəbiyyatının görkəmli xadimlərindən olan M.F.Axundov haqqında sovet rjimi dövründə yazılanlar və oxuculara təqdim edilənlər həqiqətə uyğun deyildir. Araşdırılan faktlarla sovet dövründə təqdim edilənlər arasında ciddi uyğunsuzluqlar var. İlk öncə M.F.Axundovun tərəfdarı olduğu əlifba islahatına diqqət edək. Böyük islahatçının bu sahədə fəaliyyətinin əsasını təşkil edən nə idi? İlk öncə o, ərəb əlifbasında türkcə başa düşülən səviyyədə islahatın aparılmasını təklif edirdi. […]