Fikrət Həsən oğlu Rzayev

FİKRƏT HƏSƏN OĞLU RZAYEV (16.08.1936-28.02.2013) 1936-cı ildə Naxçıvan şəhərində qulluqçu ailəsində anadan olub. Naxçıvan şəhər 1 №-li orta məktəbi 1954-cü ildə “Qızıl medal”la bitirib. 1954-cü ildə Azərbaycan Sənaye İnstitutunun “Neft mexanikası” fakültəsinə qəbul olunub. İnstitutu bitirmə ərəfəsində həmin Sənaye İnstitutu M.Əzizbəyov adına Neft və Kimya İnstitutu adlandırılıb.