Bir könül sındırmışam

Siz heç düşünmüsünüzmü ki, nə üçün Rəşid Behbudov, Sara Qədimova, Anatollu Qəniyev və digər  korifey sənətkarlarımızın oxuduğu mahnılar daha çox sevilir və hələdə dinlənilir ? Bunun səbəbi yalnızca onların bizi ağuşuna alan ahəngli səsləri deyil, həmdə mahnıların sözlərindəki dərin məna və sözlərin axıcılığıdır. Sevərək dinlədiyimiz  bu müğənnilərin oxuduğu mahnılara nəzər yetirsək görərik ki, bu mahnıların sözləri tanınmış şairlərə məxsus olduğu […]

Sarıköynək

… viran olan bağdan çoxdan idi ki, quş səsi gəlmirdi. Sanki yuvası dağılan quşlar bağdan küsmüşdü. Əvvəllər səhərin gözü açılmamış, gün şəfəqlərini saçmağa macal tapmamış, quşların cəh-cəhi bağı bürüyərdi. Güllər nazlanar, yırğalanıb ətrini ətrafa yayardı. Səhərin mehi bu gözəl ətri bütün bağa çatdırardı. Güllərin ətrindən bihuş olan quşlar daha şövqlə oxuyar, bir-birinə səs verərdilər. Bəs bu axşam vaxtı bu quş […]

Alma almaya bənzər…

Azərbaycanın zəngin təbiətinə  istinadən deyirlər ki, dünyanın on bir iqlimindən doqquzu bizim məmləkətimizdədir. Bu Allahın Azərbaycana və  xalqına olan lütfü, mərhəmətidir. Torpağımızda bitən nemətlərin sayı hesabı yoxdur, meyvə, tərəvəz, gül-çiçək, min bir dərdin dərmanı otlar, daha nələr, nələr? Allahın verdiyi, torpağın yetişdirdiyi nemətlərə görə şükür əlaməti olaraq tarix boyu nənə-babalarımız nağıllarda, bayatılarda, o  nemətlərin müqəddəsliyini, saflığını, halallığını nəzmə çəkib. Bəstəkarlar […]

Çərşənbə arzuları…

Su olmaq istəyirəm… Saf, təmiz, şəffaf su. Dağlardan şəlalələr kimi hayqırıb axım. Bir ovuc mirvari kimi ətrafa səpələnim. Torpağın üstü ilə yol tapıb üzü çaylara doğru gedim. Çayın suyuna qarışıb, dərin-dərin dənizlərə, ümmanlara süzülüm. Su olmaq istəyirəm… Otlara, güllərə, çiçəklərə, ağaclara, bütün canlılara həyat vermək istəyirəm. Yayın qızmar istisində günəşin məhəbbətinə qərq olub buraxlanım. Səmaya qalxıb bulud olum və dünyaya […]

Gülarə Munisin deyimləri

Munisin deyimləri  “Munisin deyimləri” müəllifin on səkkizinci kitabıdır. Kitaba G. Munisin müxtəlif vaxtlarda dediyi ana sözləri, nənə öyüdü, ibrətli və hikmətli kəlamları, gənclərə tövsiyyə və nəsihətləri cəm olunub. Kitabı yazmaqda məqsəd budur ki, tarixdə “Atalar sözləri” var, qoy “Ana sözü” də olsun. Şərqdə, bəlkə elə Qərbdə də, indiyə kimi “Analar sözü” adlı kitab və ya toplu olmayıb, bu hər deyimin […]

Qaytar dənizi…

 Səni heç vaxt belə pərişan görməmişdim…     -Nədən belə məyussan, dəniz?     Sanki ləpələr sənin göz yaşlarını sahilə aparır. Suların rəngi də qaralıb, elə bil üşüyürsən.     Üfüqündə belə bir zərrə rahatlıq yoxdur. Elə hey ətrafa boylanıb o tərəf-bu tərəfə baxırsan.     Kimi axtarırsan, dəniz? Kimdən nigaransan? Dəniz: -“Çətindir, çox çətindir mənə… Hamı məni lənətləyir, hamı günahı məndə görür. Sahildə dayanıb […]

Şəhid mahnı

Müharibənin hələ elan edilməmiş vaxtlarından qardaşım Münasif Şəfəq kəndində vuruşurdu. Tankçı idi. Niyyətini gizlətməyən erməni işğalçıları ilə üzbəüz dayananların arasındaydı. Döyüş əməliyyatlarının birində ayaqlarından yaralanıb tibbi vertolyotla Bakıya – Respublika Mərkəzi Hərbi Hospitalına gətirilmişdi. Yeddi aydan çox (ümumilikdə isə il yarım)müddətdə fasiləsiz olaraq hər gün həmin hospitalda yaralılarımızın yanında olmuş, özümü, belə demək mümkünsə,  arxa cəbhənin əsgəri hesab etmişəm. Yaralılarımızla, […]

“Əsrin müqaviləsi” beynəlxalq əhəmiyyətli hadisədir

Heydər Əliyev: “Əsrin müqaviləsi” və onun icrasının 5 illik tarixi, əldə olunmuş gözəl nailiyyətlər müstəqil Azərbaycanda hüquqi demokratik, dünyəvi dövlət quruculuğu prosesinin bəhrəsidir, Azərbaycan dövlətinin düşünülmüş daxili və xarici siyasətinin nəticəsidir, Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərinin bərqərar olması, ölkəmizin dünya iqtisadiyyatı  ilə inteqrasiyası və Azərbaycan dövlətinin respublikamıza xarici sərmayələrin cəlb edilməsi sahəsində apardığı ardıcıl siyasətin nəticəsidir”.    1991-ci il oktyabrın 18-də […]

Anaların səbri dağ yarar…

Səbr etmək … Nəyə səbr etmək və niyə səbr etmək?… Ana!!! Adı kimi özü də əziz olan bir varlıq. Əziz olan nə varsa, onu anaya bənzədirik. Ana təbiət, ana vətən, ana torpaq. Övladımızı da əzizləyəndə ona “Anamsan”-deyirik. Bəs, özümüz analara layiq övlad ola bilirikmi? Ananın zəhmətini, əziyyətini dəyərləndirə bilirikmi? Analarımız kimi ana ola bilirikmi? Cavab tapa bilmirəm, bu nəhayətsiz suallara. […]

Mir Mövsüm Ağa

Azərbaycanda müqəddəs yerlər və müqəddəsliklə bağlı olan tanınmışlar olmuşlar.  Onlardan biri Bakıda İçəri Şəhərdə bütün Azərbaycan əhalisinin tanıdığı və bildiyi Mir Mövsüm Ağadır.    Bakıda İçəri Şəhərdəki evin, Şüvəlandakı məqbərən hələ də insanlara nicat qapısıdır!    Ruhun, O, Böyük Ruhun şad olsun, Mir Mövsüm Ağa!    Adını çağırıb, ziyarətinə gəlmək, sənin İlahi Böyüklüyün qarşısında dayanmaq, sənə baş əymək, təşəkkür etmək, […]

1 2