Gəlmişəm!

Baktrianam, yə’ni şütür – güvənli (iki donqarlı) Avrasiya dəvəsiyəm (bax: “Ayağı qabarlılar. Tərcümeyi-halım”). Dəvə durdu – dam yıxdı, deyiblər. Kimsənin damını uçurmaqla, evini yıxmaqla aram yoxdur. Köşək ikən arvananın – ağ dəvənin halal südünü əmmişəm. Dəvəni toya çağırıblar, anlayıb: ya suya göndərəcəklər, ya da oduna – ağır zəhmətə öyrəşmiş candır. “Baktrian”ın da məramı elmi və mədəni bilikləri yaymaqdır – bundan […]